Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə53/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
193 
Daxilimizdədi  bu  bataqlığa  sürüyənlər  institutlarda, 
mədəniyyət ocaqlarındadılar! 
Vətənin həqiqətlərini danan adam vətəndaş olammaz, 
oğul!” 
Dr.  Fatih  Yalçın  beyin  fikirləri  bu  məqamda  fik-
rimizi  daha  aydın  ifadə  edər:  “Tarihsel  bilginin  nes-
nelliğinin  bile  tartışıldığı  bir  dönemde  bir  de  yazarların 
tarihî  metinler  üzerinde  kurgu  yapma  özgürlüğü  ortaya 
çıkınca tarih bir fantezi alanına dönüşmüştür. Hiçbir etik 
kaygı  taşımayan  bu  tavır  zaman  zaman  tarihin  ideolojik 
kaygılarla  çarpıtılmasına,  kişilik  haklarının  ihlaline  kadar 
ileri boyutlara varabilmektedir. Bu tür metinleri kurgusal 
metinler  olarak  değerlendir(e)meyen  okur  zihninde  tarih 
bu yolla suistimal edilmekte, istikrarsızlaştırılmaktadır.
138
 
İdeal  romanından  sonra  “Qəbiristan”  (1991-92) 
romanında  İsa  Muğanna  “Kitabi-Dədə  Qorqud” 
mövzusuna bir daha qayıdır. Bu dəfə isə daha böyük 
ürək yanğısı ilə gizlədilmiş tarixin – vərəsənin yerini 
bilən  Səməd  Əmirli  oğlu  Səmiyə  bu  haqda  danışır. 
İsa  Muğanna  sonralar  öz  xatirələrində  yazır  ki,  “Ün 
eşitməyimdə təbəddülat yaranmışdı. Məhz bu təbəddülata 
görə  romanda bəzi xırda-para nöqsanlar getmişdi. Həmin 
nöqsanları  əsər  "Azərbaycan"  jurnalında  çap  olunandan 
sonra gördüm: "Kitabi-Dədə Qorqud" dastanındakı rəmz-
ləri  açarkən  nöqsana  yol  vermişdim.  Dastanın  əvvəlində 
kişilərə  Bağ  rütbəsi  vermək  əvəzinə,  "buğa"  rütbəsi  ver-
məklə kobud, təhqiramiz fiziki qüvvə təbliğ olunur. Bunu 
emosional  cəhətdən  nöqsanlı  yazmışdım.  Oturub  düzəlt-
                                                 
138
 Atatürk ÜniversitesiTürkiyat Araştırmaları Enstitüsü Dergisi, Erzurum 
2013, s 171-184, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
194 
dim.”
139
 
Nəzərinizə  çatdırım  ki,  İsa  Muğanna  son  əsərlə-
rini  yazarkən  iddia  edirdi  ki,  o  Ün  eşidir  və  sonra 
eşitdiklərini  köçürür.  Onun  fikrincə  Bağ  Tanrı  de-
məkdir.  “Ruscadakı  Boq  –Tanrı  sözünün  ilkin  variantı 
məhz  Bağ  olub.”  Bağ,  maq,  muğ  sözlərini  bir  biri  ilə 
əlaqələndirərək yeni etimologiya təqdim edirdi. 
Əsərin  qəhrəmanı  Səmi  xəyalən  ölmüş  atası  ilə 
söhbətləşir, atası ona deyir:
 
–  Birinci  başla  “Dədə  Qorqud”dan.  “Salur  Qazanın 
evinin  yağmalanması”ndan.  Niyə?  Çünki  xalqın  tarixi 
məhz  o  dastanda  dəfn  olunub.  Təhqirlər  kitabıdı  Dədə 
Qorqud... 
Səminin ağzı açıq qaldı: 
–  Ata!..  Ata,  sən  nə  danışırsan?!  Salur  Qazan?! 
Burla  Xatun?!  Beyrək?!  Qaraca  Çoban?!  O  biri  boylar!.. 
Dəli  Domrul  təki  qeyri-adi  igidlik  rəmzi!  Necə  yəni  təh-
qir? 
Səməd birdən-birə başdan-ayağa titrədi. 
– Budur, bax, məhv olan xalqın məhv olan oğlu Səmi 
Səməd  oğlu  Əmirli.  “Domrul”  domara  deməkdi!  Qozbel 
deməkdi!  Əzrayılla  –  əfsanəylə  döyüşməyi!..  Təkcə  “Yağ-
malanmaya” görə nə qədər işgəncə çəkirik biz?!”
140
 
“Yarımçıq  əlyazma”nı  da  oxuyanda  Səmədin oğlu 
kimi  bizim  də  ağzımız  açıq  qalır,  ideoloji  qəhrəman-
larımızın  gözdən  düşmüş  vəziyyətinə  görə  heyrətlə-
nirik.  Məhz  bu  baxımdan  bütün  tədqiqatçılar  postmo-
dernizmin  keçmişə  bu  cür  qəddarcasına  hücumuna 
                                                 
139
 
İsa Muğanna, İlan dərəsi, Bakı: Hədəf nəşrləri 2013,  s 91 
140
 İsa Muğanna, Qəbiristan, Bakı: Hədəf nəşrləri 2013,  s 269 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
195 
razılaşa bilmirlər. Burda sanki əsərdə reallığı, yəni bizi 
təmsil  edən  Səmi  atasına  deyir  ki,  –  “Ata,  bu  dastan 
xalqın qəlbindədir.” 
İstər  İsa  Muğanna,  istərsə  də  Kamal  Abdulla 
dastandakı obrazlara öz yozumları ilə yanaşıblar. 
“Qəbiristan”  romanında  müəllif  Səmədin  dili  ilə 
deyir:
“Ə”  hərfini”  “e”  şəklində  tələffüz  eləyən  tərikləri-
mizin “dil”ində “Beyrək” ”bəyirək”deməkdi. Yəni gəyirək. 
İndi  də  işlənir  bu  “bəyirmək”  sözü.  Monarx  hırıldayır, 
“Od”u yeyək, gəyirək! Budu sənin əli qılınclı, qolu zorlu 
“Beyrək”  oğluyun  “Od”u  –  həqiqəti!  Yeyir,  qolu  zorlu 
olur,  qılınc  çalır,  qan  tökür,  vəhşiləşib.  Elmdən  uzaq  dü-
şüb, düşmən pəncəsində əsir qalır!.. “Atilla”nın - OdƏlin 
“Qazağıstan” ərazisinə sığınmış OdƏr - “Kar”Uca ordu-
sunu “Qaraca” çobana döndərib Monax, AğUcaya - Elmə 
yox, təhrif sözə “ağaca” bağlayıb”
141
 
deyən İsa Muğanna-
dan  hardasa  on  il  sonra  “Yarımçıq  əlyazma”nı  yazan 
Kamal  Abdulla  isə  yazır:
“Beyrək  hiylə  edir,  ad  qazanır, 
Qazanın  inağı  olur,  bu  yana  da  Təkgözün  üstünə  savaşa 
getməməkdən ötəri Bayburd əsirliyini intixab edir. Ancaq 
və  ancaq  böylə  olmuşdur.  Heç  kim  bilməsə  də  mən  bunu 
səhih bilirəm. Bayburdun adamı mənə bunu dedi. Bu yana 
da bu casus… Nə edəlim?!”
142
 
Hər  iki  yazıçının  da  Beyrək  kimi  qəhrəmana  bu 
cür  münasibəti  əlbəttə  ki,  şübhə  doğurmaya  bilmir. 
Kamal  Abdulla  İsa  Muğannanı  yaxşı  tanıyır  və 
əminəm ki, əsərləri ilə yaxından tanışdır. İsa Muğan-
na  sadəcə  yazıçı  olduğu  halda  akademik  Kamal 
Abdulla  həm  də  “Kitabi-Dədə  Qorqud”  dastanının 
                                                 
141
 İsa Muğanna, Qəbiristan. Bakı: Hədəf nəşrləri 2013,  s 270. 
142
 Yenə orda, s 270. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə