İsa Muğanna yaradıcılığı “İdeal” işığında
213
Əli İbrahimbəyli:İsa müəllim, bunun elektron va-
riantını yığıb göndərmisiniz Türkiyəyə? Yəni səhv
yoxdu burda? Redaktə olunub?
İsa Muğanna: Bunu necə vermişəmsə o şəkildə çap
olunub. Dəmirəlin baldızının yaxşı kitabxanası var.
Özü də yaxşı qadındır. Ona aparıb veriblər. O da gö-
türüb çap edib.
Əli İbrahimbəyli: Bunun elektron variantı varmı
sizdə?
İsa Muğanna: Yoxdu yox... Dəmirəl çalışıb bunu bu
əlifba ilə oxusun, oxuya bilməyib. Sonra mənə isma-
rıc göndərib ki, “müəllifdən xahiş edin ki, icazə ver-
sin biz bunu bizim əlifba ilə tərcüməsiz çap etdirək.
Necə varsa o şəkildə çap eliyək. Çünki bunu tər-
cümədə korlaya bilərik.” Mən də dedim ki, “mən şad
olaram.” Dəmirəl bunu yüz-iki yüz nüsxə çap edib.
Paylayıb hökumət adamlarına. Cümhuriyyət parti-
yasının lideri bu əsəri oxuyub sonra istefa verib ki,
mən imtina edirəm hər şey yalandı. Və “SafAğ” el-
mini qəbul edib.
Şəmil Sadiq: Açıq-aydın yazmısınız, hardan-hara
əlavə...
İsa Muğanna: Bu sözləri işarə elədiyim yerlərə qoy-
sunlar. Bir də bunun arxasınca belə bir cümlə gedir:
“Eysar çarmıxda.” Bunu böyük hərflərlə versinlər.
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
214
Bir də mənim münasibətimdi ki, bunu niyə yazmı-
şam. Öz münasibətimlə birgə əlavə edin ki, oxucu
üçün aydın olsun. Bu kitabı, zəhmət olmasa, mənə
qaytararsan. Axırıncı variantdır bu...
Şəmil Sadiq: Məndə olan isə başqa cilddir.. Döv-
lətin...
İsa Muğanna: Yox, o şikəstdir... Orda “Qapalı dün-
ya”nı salmayıblar. Bunlar da şeirlərdir...
Şəmil Sadiq: Maraqlıdır, adətən, şeirdən nəsrə keçir-
lər, siz isə...
İsa Muğanna: Əşi... Yuxarıdan əmr edir ki, belə
yaz... Şeir yaz... Mən də yazıram daa...
Şəmil Sadiq: Deyirlər, sevəndə şeir yazırlar...
İsa Muğanna: İndi yoldaşıma şeir yazmışam, dildən-
dilə gəzir.. İndi bir sirr açım sənə. Süleyman
peyğəmbər mənim ulu babamdır. Onun yerdə qəbri
yoxdur.
Şəmil Sadiq: Bunlar bizim dərk edə bilməyəcəyimiz
səviyyədədir.
İsa Muğanna ürək xəstəliyindən əziyyət çəkdiyi
üçün tez-tez nəfəs almaqda çətinlik çəkirdi... Söhbətlərimiz
də tez-tez qırılır, onun sakitləşməsini, Firuzə xanımın tə-
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
215
laşla ona su və dərman verməsini gözləyirdik. Hərdən də
Muğannanı məzəmmət edirdi ki, nə xəbərdi az danış...
Bizim pərt olduğumuzu görəndə isə dönüm inciməyin,
onun sağlamlığı hər şeydən vacibdir. Biz isə dəqiqələrcə
susur, bəzən isə, bəlkə durub gedək” deyə fikrə düşürdük..
Ustad isə əli ilə “narahat olmayın, keçəcək” deyə işarə
edirdi...
İsa Muğanna: Ürəyim yaxşıdır indi. Söhbət edə bilə-
rəm.
Şəmil Sadiq:İsa müəllim, biz də “SafAğ” elmini
öyrənmək istəyənlərdənik. Yəqin ona görə...
Əli İbrahimbəyli:İsa müəllim, sizin haqqınızda de-
yilən sözlər, yazılan məqalələr hardasa bir yerdə top-
lanmayıbmı?
İsa Muğanna: Toplanıb, var... Axırıncı cilddə var.
Məqalələr çoxdur. 6-cı cildə düşüb. Yarısı da mət-
buatda qalıb tapılmayıb.
Şəmil Sadiq:İsa müəllim, Nihal Atsız var, onu
tərcümə etdiririk. Murad Adcının kitabları var. Ona
münasibətiniz necədir?
İsa Muğanna: Heç bir səhifəsini də oxumamışam.
Gərək tapam oxuyam...
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
216
Şəmil Sadiq: O da türkçülükdən yazıb. Tarixçidir...
İsa müəllim, bir sual da verim mən. Füruzə xanım
razı olmasa da, verməliyəm. Necə oldu ki, bütün
peyğəmbərlər Yərusəlimdən çıxdı?
İsa Muğanna: Türk xalqı çox böyük xalqdır. “OdƏr”
bütün xalqların atasıdır. Bunu da işıq gəmilərində
ordan göndəriblər. Yer hazır olanda –Qreklər yeri
təmizləyəndən sonra... Neçə min peyğəmbər göndə-
rilib... Peyğəmbər deyil, onlar “OdƏr”dilər...
Şəmil Sadiq: Onların niyə hamısını ora göndəriblər?
İsa Muğanna: Sonradan dəyişdiriblər. Yerlərini son-
radan dəyişiblər. Bütün planet dolu türkdür. Xakas-
lar eşitmisənmi? Onlar qədər gizli yaşayan xalq yox-
dur. Hamısı türkdür. Böyük səhrada hamısı türkdür.
Nərimanov da getmişdi ora.
Əli İbrahimbəyli:İsa müəllim, Nərimanova, deyə-
sən, xüsusi məhəbbətiniz var.
İsa Muğanna: O qohumdur da... Gəlib mənim əmilə-
rimi oxudub. İsa əfəndi gedib Rusiyanın ordusunda
döyüşüb. Məşhur zabit olub. Bakıda hərbi gimnazi-
yanı bitirib. Bircə atryadla Denikinin dədəsini yandı-
rıb. Nərimanov oxudub onu...
Şəmil Sadiq:İsa müəllim, sizin adınızla yaradıcılı-
ğınızı bağlayan nə isə var?
Dostları ilə paylaş: |