Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə60/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
221 
İsa Muğanna: Onların savad dərəcələri müxtəlif  idi. 
Çox  müxtəlif  olublar  azərbaycan  ziyalıları.  Hüseyn 
Caviddən,  Haqverdiyevdən  tutmuş  bu  günə  qədər 
hamısı subyektiv olub, təhsili də, özü də. Bağırov da 
bundan  istifadə  edirdi.  O  son  dərəcə  ziddiyyətli  idi. 
Hətta  bəzən  heç  nəyə  yaramayan  adamı  nazir  qo-
yurdu, bəzən də savadlı adamı əlaltısı edirdi. 
 
Əli  İbrahimbəyli:Həmidə  xanımın  “Xatirələrim” 
adlı kitabı çıxdı bu yaxınlarda. Mirzə İbrahimov bu-
nu  çağırır  deyir  ki,  “Xatirələrim”  adlı  kitab  yazma-
lısan  Mirzə  Cəlidən,  Bağırovun  Qarabağdakı  fəaliy-
yətindən  yazmalısan.  Buna  xüsusi  maşın  ayırırlar, 
pul-zad verirlər... Yazır gətirir, sonra Bağırov oxuyur 
görür ki, onun haqqında heç nə yoxdu... Verdiklərini 
əlindən alırlar, əlyazmaları da itirirlər. 
 
İsa Muğanna: Həmidə xanım çox qeyrətli qadın idi. 
Gözəl azərbaycanlı idi. 
 
Əli  İbrahimbəyli:  Başqa  yerdə  yazıb  qeyd  edir  ki, 
Bağırov Qarabağda quldurluq edirdi. Bir gün atasına 
xəbər  göndərir  ki,  məni  xilas  edin.  Hətta  bir  məsələ 
var  ki,  onu  quyuya  salıblar.  Rəsulzadənin  əmisi 
gedib qurtarıb onu. 
...İsa  müəllim,  bugünkü  Azərbaycan  ədəbiy-
yatına necə baxırsınız? 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
222 
İsa  Muğanna:  Zəifdir.  Əkrəm  Əylislini  mən  xoşla-
mıram.  Nə  xarakterini,  nə  yazısını.  O  köçürdürdü. 
Mənim təsirim altında yazırdı o. 
 
Şəmil  Sadiq:  Bu  yaxınlarda  eşitdim  ki,  Əkrəm  Əy-
lisli deyib ki, Nizami fars şairidir. 
 
İsa  Muğanna:  Əşii...  Əkrəm  “jurik”dir.  Ermənidir. 
Mənim yanımda Heydər  (Heydər Əliyev) sübut etdi 
ki,  “sən  ermənisən.”  Bu  da  Heydər  (Heydər Əliyev) 
Moskvaya  gedəndən  sonra  onun  arxasınca  danışıb. 
Mən də küçədə tutdum bunu biabır elədim ki, “niyə 
onun  arxasınca  danışırsan?”  O  da  dedi  ki,  “məni 
yoxlatdırıb”.  Mən  də  dedim  ki,  “səni  qardaşın  da 
yoxlatdıra bilər. Onun ixtiyarı var”. Çox pis adamdır. 
O, Anarın uşağını kalyaskada dənizin qırağında gəz-
dirirdi. Sonra onunla düşnüşdü. Başladı Anarı pislə-
məyə. A kişi utanmırsan sən? Anar səni qaldırıb, ad 
verib.  Bizi  qurultayda  ağsaqqallar  şurasının  üzvü 
seçdilər.  Gördüm  Əkrəmin  adı  da  var  orda.  Dedim 
ki,  “mən  onu  yazıçı  hesab  etmirəm,  məni  siyahıdan 
silin.  Mən  onda  yazıçı  xarakteri  görmürəm”.  O  da 
dedi ki, “öləndə birinci əklili mən qoyacam sənə”. 
 
Şəmil  Sadiq:İsa  müəllim  bu  yazını  biz  publikaya 
çıxarmaq  istəsək,  hansısa  hissəni  verməməyimizi  is-
təyirsinizmi? 
 
İsa Muğanna: Yox, verin mənsiz... 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
223 
Şəmil Sadiq: Rüstəm Behrudi ilə aranız necədir? 
 
İsa  Muğanna:  Oxumamışam,  bilmirəm...Ədəbiyyat 
aləmində  meydana  çıxmaq  çox  çətindir...Bu  çıxıbsa 
demək  ki,  nəsə  var.  Təzə  jurnal  oxuyuram,  hələ  bir 
işıq  üzü  görmürəm.  Nəsr  yazan  yoxdur.  Mən  sizə 
təşəkkür  edirəm  ki,  bu  gün  məni  ziyarət  etdiniz... 
Mən bu gün belə şəxsiyyətlərlə tanış oldum... 
 
Söhbətimiz  o  qədər  maraqlı  gedirdi  ki...  Beynimdə 
ilişib qalan bütün mətləblərə aydınlıq gətirmək istəyirdim 
sanki... 
 
Şəmil Sadiq:  Ziya Bünyadovun sevmədiyi yazıçı... 
 
Füruzə xanım: Düzdür, qırıblar bunlar bir-birilərini. 
Dalaşıblar. 
 
Şəmil Sadiq: Niyə sevmirdi? Nə olmuşdu? Bu tarixi 
yanaşmanıza görə olmuşdu, yoxsa şəxsi məsələ idi? 
 
İsa  Muğanna:  İdeyasına  görə...  Azərbaycan  xalqı... 
Kamran Məmmədov çıxış elədi ümumi iclasda, rusca 
danışırdı,  dedi  ki,  “Azerbaycanskiy  narod  isklyuçi-
telnıy  pa  slovam  İsa  Quseynova.  İsklyuçitelnıy 
narod”.  Ziya  da  iki  dəfə  böyük  variantda  “Kom-
munist”  jurnalında  yazmışdı  ki,  rusca  və  azərbay-
canca  ki,  “ne  obxadima  pakonçit  s  İsa  Quseynovom 
skorey  tem  luçşe.  (İsa  Hüseynovun  işi  nə  qədər  tez 
bitirilsə, o qədər yaxşıdır.)” Mən də necə soyuqqanlı 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
224 
yanaşım ki, buna? Heydər (Heydər Əliyev)də qəzəb-
lənmişdi: “İsaya, yazıçıya ölüm hökmü verirsən? Sən 
kimsən axı?!” 
 
Şəmil  Sadiq:  Daha  çox  sizin  yaradıcılığınızdakı  bu 
“OdƏr”, “SafAğ” elminə görə əks çıxıb yəqin... 
 
İsa Muğanna: Hə... 
 
Şəmil  Sadiq:  Hə,  başlığını  ayrı  qoymuşdular:  “İsa 
Muğannanı sevməyən Ziya Bünyadov”. 
 
İsa Muğanna: O “Quran”ı tərcümə eləmişdi, özü də 
İslamist  idi.  Bir  tərəfi  rus  idi,  amma  İslamist  idi. 
“Quran”ın təhrif variantına da vurulmuşdu. 
 
Söhbətimiz  birbaşa  başladığı  kimi,  elə  birbaşa  bit-
mişdi...  Çox  yorulduğunu  hiss  etdiyimiz  üçün  ilk  görüş-
dən  ayrılmağı  qərarlaşdırdıq.    Uzun  sürməyən  sağollaş-
madan sonra Hüsü Hacıyev küçəsində yerləşən bu 3 otaqlı 
köhnə təmirli evdən çıxdıq... 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə