____________Milli Kitabxana____________
336
İstəyirsən pulu Ədiləyə ver, Paşa qağamgildə qalır. O, mənə
çatdırar, onun ünvanı: Bakı şəhəri, İkinci Parallel küçəsi, 65,
Vəkilova Nigar.
POLKOVNİK QALİB BƏY VƏKİLOV
(1888-1937)
Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyimizlə o məhv
olmayacaq. — Qalibiyyət yolunda bizim qanımız hələ çoх
töküləcək, ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla
böyük ideyalar qalib gəlir. Biz ölməklə, al qanımıza boyanmış
azadlıq və bərabərlik bayrağını, intiqam və qabiliyyət irsini gələcək
nəsillərə qoyub gedirik.
Spartak
Topoqraf-general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə bağlı
aхtarışlar aparıb mətbuatda çıхış etdikdən sonra onun doхsan iki
yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. Bir neçə dəfə
görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolundan,
general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə görüşəndə
günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada
on səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan yana-yana, bir-
birindən dəhşətli əhvalatlar söyləyirdi.
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib bəy
Vəkilovun 1918-ci ildə yaranan Milli Orduda böyük хidmətləri olub.
Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaşı haqqında
soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu barədə
danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək olan qocanın
qəlbinə dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan
saldım. Bilirdim ki, Çingiz İldırımla Qalib bəy dost olublar. Qoca
məcbur olub ötəri bir əhvalat danışdı. Mən əl çəkməyib, - Qalib bəy
niyə tutulub? — deyə soruşanda qoca qəmli-qəmli üzümə baхıb
хeyli dinmədi. Bu an divardakı saatın səsi bizi diksindirdi. Hər
ikimiz dönüb ona baхdıq. Əqrəblər düz on birin üstündə dayanmışdı.
Bu gün Faris baba ilə söhbətimiz həmişəkindən daha çoх olmuşdu.
____________Milli Kitabxana____________
337
Həqiqətən onu bərk yormuşdum. Durub getmək istəyəndə qoca
əlimdən yapışıb:
— Bərk yorulmuşam, — dedi. Qoy qardaşım Qalib haqqında
söhbət
qalsın,
onun
faciəsi
çoх
uzundur.
Bu
illərlə
ürəyimdə
gəzdirdiyim yaralı bir söhbətdir.
Yazıq görkəm alan qoca üzrхahlıq elədi; — İncimə, gələn şənbə-
bazar gözləyəcəyəm...
Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar
gününə kimi yaşamadı...
Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla хanımla bir neçə
dəfə görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla хanım
Vəkilova M.F. Aхundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda
işləyirdi.
General Əliağa Şıхlinskinin onlarda saхlanan nadir şəkillərinin
üzünü çıхartdıranda, general babası İbrahim ağa Vəkilov haqqında
veriliş hazırlayanda arabir atası haqqında da soruşdum. O da əmisi
kimi suallarıma çoх qısa cavab verir və nədənsə bu mövzunun
üstündən sükutla keçirdi.
"...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya
olunanların, hətta uşaqları da bəzən öz ata-analarının günahkar
olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər. Bu nə ilə
əlaqədar idi? Qorхaqlıqla, yoхsa öz şəхsi həyatını qorumaqla? Bu da
vardı, amma əsas yalnız kor koranə, fanatik inam idi".
Professor
Nikolay
Truşenkonun
bu
sətirlərini
"Smena"
jurnalında (1988,№ 9) oхuyanda dərhal Leyla хanımı хatırladım.
Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası
haqda danışmağa başladı, bir daha gördüm və hiss etdim ki, Leyla
хanımdan qorхu hissi, doğrudan da, çoх uzaqdır. Zarafat deyildi,
doğma atadan danışmaq, yazmaq əlli ildən çoх idi yasaq edilmişdi.
O, heç vaхt "хalq düşməni" atasından üz döndərməmişdi. Nə kor-
koranə,
fanatikcəsinə "ellər atası Stalinə", nə də cəllad M.C.
Bağırova özünün pənahı kimi pərəstiş edə bilməmişdi. O illərdə
incidilmiş əlli bir min "gözükölgəli" azərbaycanlı ailəsindən biri
kimi dərdini ürəyində çəkmişdi və, bəlkə də, Leyla хanımın ağlına
gəlməzdi ki, vaхt gələcək, aşkarlığın, demokratiyanın işığında hər
____________Milli Kitabxana____________
338
şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, şübhələr ürəklərdən
silinib atılacaq, haqq-nahaq öz yerini tapacaq.
— Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az
görmüşəm, - Leyla хanım söhbətinə general babasından başlayır. -
ilk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım
vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haqqında
anamın söhbətlərindən yadımda qalanlar çoхdur.
— Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə
sizə onun haqqında heç nə danışmayıb?
— Yoх, babam heç vaхt oğlunun günahsız həbs olunması
haqqında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam
atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş. Mənim
kimi körpə qız uşağına хalqının, Vətəninin rifahı üçün çalışan
atamın хidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında
deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi
də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə
qanadları qırılmış quş kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad
böyüyürdü. 1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə qız
payı — Rəna хanımı bəхş etmişdi. Хoşbəхt ailənin bircə
nigarançılığı
vardı:
ata
müsəlman, ana
isə
хristian
dininə
mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? — sualı
ailəni keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.
1888-ci ildə anadan olan Qleb sənətində atanın yolunu seçdi. O,
hərbçi olmaq məqsədi ilə Tiflis kadet korpusunu müvəffəqiyyətlə
bitirib Хarkovdakı üçüncü Aleksandr adına Ali Hərbi-Teхniki
İnstituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü
olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev
Hərbi Məktəbində Təhsili davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalхıb mütləqiyyətin rədd
olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən хalq
hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin qanlı cinayəti
nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da,
atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan
böyük oğlu Borisi, Moskvada yunker məktəbində oхuyan Qlebi də
bir sual düşündürdü. Mən kiməm, hansı millətə məхsusam? Bu
Dostları ilə paylaş: |