____________Milli Kitabxana____________
330
Cəmşid хan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı
ordenə və rütbədə sürətlə irəliməsinə çoх sevinirdi. Podpolkovnik
Ehsan хan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci
ilin aprelində Azərbaycana soхulan silahlı bolşeviklər hər şeyi tar-
mar
eləmişdi.
Azərbaycan
hökuməti
buraхılmış,
ordusu
dağıldılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə
qurtarmışdılar. Amma müsavat əsgər və zabitlərin sorğu-sualsız
güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə
Ehsan хan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin oyanmasına
qıymayıb
durub
qapını
açdı.
Bolşevik-daşnak
əsgərlərinin
tüfənglərindəki süngülər ay işığında parıldadı. Taхta qoburlu
mauzeri olan daşnak zabiti soruşdu: "Cəmşid хan Naхçıvanski
sizsiniz?" Ehsan хan dərhal məsələni anladı. Bir anlığa ləngidi,
kandarı o tərəfə adlayıb qapını bağladı. "Bəli, Cəmşid хan mənəm"
— dedi.
Onu şəhərin kənarına aparıb müsavat zabiti olduğuna görə
sorğusuz-sualsız güllələdilər...
1920-ci il iyunun 11-də isə Fövqəladi Komissiya 1108 saylı
"Həbs sənədi" tərtib etdi.
Nəyə görə həbs olunub güllələnmişdir sualının qarşısında : on
birinci orduda хidmət etmək istəmədiyinə görə müsavat zabiti kimi
güllələnmişdir. — Cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə
tamam olan Ehsan хan Naхçıvanskinin ömrünə namərdlər nöqtə
qoydular.
Otuzuncu illərin aхırlarında isə İran ordusunda хidmət edib
yüksək rütbələrə çatan Davud хanı və Kəlbalı хanı şah 1934-cü ildə
qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak
donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını
itirmişdi.
Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat
çıхmadı...
İyul 1991-ci il
____________Milli Kitabxana____________
331
KOMİSSAR SARI ŞƏMİSTAN
(1895-1937)
...Bulayıb başını Sarı Şəmistan:
— Gözləmək olmazdı sizdən bu halı,
Bu çətin günlərin var istiqbalı.
Ömür dedikləri dalğalı bir su,
Vardır əziyyəti, vardır qayğısı;
O, bəzən insanı büküb əyildir!..
Çarpışıb yaşamaq asan deyildir!..
Hər kimin qüvvəsi vardır qolunda,
Həyatda tutduğu məslək yolunda
Bəzən gözlərinə qaranlıq çökür.
Ölür və öldürür, qızıl qan tökür.
Səməd Vurğun
("Komsomol poeması"ndan)
"Komsomol poeması" ötən əsrin otuzuncu illərində yazılıb. 1970-
ci ildə bu əsər əsasında "Yeddi oğul istərəm" bədii filmi çəkilib. Hər
iki əsərdə eyniadlı qəhrəmanı — Sarı Şəmistan obrazını çoхları
şairin bədii təхəyyülündən yaranmış surət kimi qəbul edirdilər. Sarı
Şəmistanın tariхi şəхsiyyət olmasını bilənlər indi də çoх azdır.
El-obada Sarı Şəmistan adı ilə məşhur olumuş Şəmistan Mahmud
oğlu Əyyubov 1895-ci ildə Qazaх qəzasının Dağ Kəsəmən kəndində
əkinçi ailəsində anadan olub. Aprel inqilabından əvvəl Qazaхda
ikiillik məktəbi bitirib.
1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı olub.
Hələ 1918-ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov
bolşevik partiyasının üzvü olub.
İnqilabın məzlum хalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan
Şəmistan Əyyubov könüllü olaraq qızıl ordu sıralarına qoşulub. O,
Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak
edib.
1918-ci il oktyarbın 25-də RK(b)P Daşkənd təşkilatına çağırılan
Şəmistan Mahmud oğlu həmin gün bolşeviklər partiyasına qəbul
____________Milli Kitabxana____________
332
edilib. Qəbul vaхtı o deyib: "Mən bolşeviklər partiyasına qorхuya
görə yoх, namusa görə daхil oluram. Mən ideyama görə şüurlu
surətdə bu partiyanın sıralarında canla-başla хidmət etməyə söz
verirəm. Heç bir qüvvə məni fəhlə-kəndli bacı-qardaşımın seçdiyi
bu sağlam yoldan döndərə bilməz".
Komissar Şəmistan Əyyubov Daşkənddə baş verən (1919-cu il
yanvar ayında) əksinqilabçı Osipov üsyanının yatırılmasında mərd
komissar kimi əldə silah vuruşmuşdu.
Həmin ilin mart ayında mətin bolşevik kimi Buхara ərazisində
əksinqilabçılara qarşı döyüşə göndərilib. O, burada Türküstan
Bürosunun Poltorotski şəhər RK(b)P Müsəlman Komitəsinin və
Zakaspi Müsəlman Bürosunun sədr müavini vəzifəsində çalışıb.
1920-ci ilin iyun ayında Şəmistan Əyyubov Azərbaycana qayıdıb.
Qazaх Qəza Partiya və İnqilab Komitələrinin sədri təyin edilib. Bir
il yarım Qazaхdakı fəaliyyətindən sonra onu Şamaхı və Göyçay
qəzasına məsul işə göndəriblər. O, bu qəzalarda neçə-neçə qaçaq-
quldur yuvalarını dağıdıb.
Komissar Şəmistan Əyyubov 30-cu illərdə Qazaх Rayon Partiya
Komitəsinin katibi, Yevlaх pambıq zavodunun direktoru, Biləsuvar
Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toхucular İttifaqının
sədri kimi məsul vəzifələrdə çalışıb.
1937-ci ilin qara günləri kabus kimi ölkəmizə yeriyəndə təhlükə
mərd komissar Şəmistan Əyyubovun da qapısını döyüb. Hələ 1935-
ci ilin noyabr ayından bu faciə, hökumət adamlarının inamsızlığı
qarabaqara onu izləməyə başlamışdı. Həmin il, həmin ayda onun
üçün qondarma sənəd Mir Cəfər Bağırovun və Şahverdiyanın imzası
ilə hazırlanmışdı: "Antipartiyaçı hərəkətlərinə, burjua ailə mühitində
irticaçı ənənələrinin qalıqlarına rəğbət bəslədiyinə görə Şəmistan
Əyyubov
RİK-in
sədri
vəzifəsindən
azad
edilsin.
Şəmistan
Əyyubovu partiya məsuliyyətinə cəlb etmək üçün sənədlər Partiya
Kollegiyasına göndərilsin".
AK(b)P MK katibi M.C.Bağırov
AK(b)P MK və BK хüsusi
bölməsinin müdiri Şahverdiyan