Şəmistan Nəzirli
391
– Sona xanım, Tiflis dediniz yadıma atanızın arxivdə saxlanı-
lan bir teleqramı düşdü. Onu poruçik Gəray bəy Vəkilov 1901-ci
il oktyabrın 7-də ilk qız məktəbinin açılışı münasibətilə Hacı
Zeynalabdin Tağıyevə vurub. Atanız Gəray bəy yazır ki, Ünasiyə
məktəbinin güşadı günü ilə Sizi təbrik edib, tofiq istəyirəm.
– Siz poruçik deyəndə atamın kinayə ilə tez-tez işlətdiyi bir
məsəli yadıma düşdü. O, acığı gələn zabitə deyərdi:
– Praporşik zabit olsa, toyuq da quş olar.
1926-cı ildə tutulanda onun üzünə nahaqdan duranın rütbəsi
praporşik olub. Ömrünün son illərində atam süvari generalı Hü-
seyn xan Naxçıvanskini tez-tez xatırlardı. Hüseyn xan Port-Artur
döyüşlərində atamın komandiri olmuşdu.
Yadımdadır, danışardı ki, 1905-ci ildə yaponlarla döyüşdə
Hüseyn xan əmr verdi ki, xəncəri dişimizə alaq, qılıncı sağ
əlimizə, tüfəngi isə sol əlimizə. Belə yaraqlanıb hücuma keçdik,
yaponlar mövqelərini qoyub qaçdılar. Biz bir güllə belə atmadan
cəbhəni aldıq.
* * *
Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ
idi: Böyükağa (1914-1995), Rüstəm (1916-1998), Fərrux (1921-
1998). Bu sətirlərin müəllifi onların hər üçü ilə görüşüb söhbət
etmişdi.
Böyükağa EA-nın Geologiya İnstitutunun laboratoriya rəh-
bəri, geologiya-mineralogiya elmləri namizədi, Rüstəm əməkdar
mühəndis, Fərrux isə baş ədliyyə polkovniki və fəxri prokuror-
luq işçisi idi.
1992-ci ildə görüşlərimizin birində Böyükağa müəllim mənə
iki nadir fotoşəkil göstərdi. İlk dəfə gördüyüm bu tarixi şəkillər
atmış səkkiz il əvvəl – 1924-cü il noyabrın yeddisində çəkilmişdi.
Şəkildə xalqımızın görkəmli oğlu Nəriman Nərimanov və Za-
qafqaziya Hərbi Hazırlıq Məktəbinin kursant və zabit heyəti
Moskvada təsvir olmuşdu. Böyükağa Vəkilov da həmin kursant-
General Əli ağa Şıxlinski və silahdaşları
392
lar arasında olduğuna görə fotoşəklin çəkilmə tarixini mənə nəql
etmişdi:
– 1922-ci ilin yazında atam məni Qırmızı kadetlər korpusu
məktəbinə oxumağa qoydu. Onda mənim səkkiz yaşım vardı.
Həmin məktəbə yeddi yaşından on dörd yaşınadək olan uşaqları
götürürdülər. Məktəb beynəlmiləl idi. Orda müxtəlif millətlərdən
olan uşaqlar oxuyurdu. Azərbaycanlılar əksəriyyət təşkil edirdi.
1923-cü ildə bizim məktəbin adı dəyişdirilib Zaqafqaziya Prole-
tar Hərbi Məktəbi, bir il sonra isə Hərbi Hazırlıq Məktəbi adlan-
dırıldı.
Yadımdadır, məktəbin tədris korpusu Bakıda, indiki 1 nöm-
rəli orta məktəbdə, yataq korpusu isə indiki Zabitlər evinin bina-
sında yerləşirdi. Təlim, siyasi-tərbiyə işləri və mədəni-kütləvi
tədbirlər tədris korpusunda keçirilirdi. Bu, Zaqafqaziyada yeni-
tipli nümunəvi hərbi məktəb idi. Məktəbimiz 1921-ci ilin oktyab-
rında Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman
Nərimanovun təşəbbüsü ilə yaradılmışdı. Ona görə də həmişə
Nərimanovun diqqət mərkəzində idi.
Hələ birinci kursda oxuyanda Nərimanov tərəfindən qəbul
edilməyimiz də yaddaşıma həmişəlik həkk olunub.
Nəriman Nərimanov bir ata kimi bizimlə xeyli səmimi söhbət
etdi. Təhsilimizlə, dolanacağımızla maraqlandı, kefimizi xəbər
aldı. O, bizim hər birimizdən dönə-dönə soruşdu ki, məktəbdə
nə üçün, hansı məqsəd naminə oxuduğumuzu bilirikmi? Biz də
onun bütün suallarına ürəkdən, cəsarətlə cavab verirdik ki, ko-
mandir olmaq istəyirik. Bizi ata qayğısı ilə dinləyən Nərimanov
şad bir halda “mərhəba, balalarım, sağ olun!” – deyirdi.
1924-cü ildə paradda iştirak etmək üçün məktəbimizin yüz
iyirmi altı nəfər kursant və zabit heyətini Moskvaya dəvət etdilər.
Noyabrın üçündə yola düşdük. Rostova qədər yük vaqonlarında
getdik. Gecikdiyimizə görə bizi ordan sürət qatarında yola saldı-
lar. Noyabrın yeddisində səhər Qızıl meydana çatdıq.
Bizi Moskvaya aparan komandirlərimizi yaxşı xatırlayıram.
Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin kurs komandiri Həqqi
Şəmistan Nəzirli
393
Kəngərlinski, siyasi rəhbər Allahqulu Mehdiyev, məktəbin rəisi
Hacıağa İbrahimbəyli, tədris hissəsinin rəisi, atam Gəray bəy
Vəkilov və başqaları bizimlə getmişdilər.
Qızıl meydandan keçəndə tribunada dövlət rəhbərləri ara-
sında dayanan Nəriman Nərimanovu görüb daha gur səslə
“Ura!” – deyə qışqırdıq. Rəsmi keçiddən sonra bizim batalyonu
tribunanın önündə saxladılar. Dövlət rəhbərləri bizim yanımıza
enib salamlaşdılar. Mənim kimi 10-12 yaşlı balaca kursantları
səmimiyyətlə dindirir, bəzilərini də atıb-tutur, öpürdülər.
Səhərisi bizi SSRİ MİK-in Sədri Nəriman Nərimanov Kreml-
dəki klubda qəbul etdi. Xeyli səmimi söhbət edən Nəriman
Nərimanovun sevincinin həddi-hüdudu yox idi. O dedi ki, tap-
şırıq vermişəm, sizin hər birinizə Xalq Komissarları Sovetinin
hesabından iyirmi manat pul ayırsınlar. Bu pul sizə gündəlik
xərclik və valideynlərinizə hədiyyə alıb aparmaq üçün verilir.
Sonra bizim kursant batalyonu Kremldə yerləşən hərbi ko-
man dirlər heyəti məktəbində oldu.
Bu görüşlərdən sonra Nəriman Nərimanov, MİK Rəyasət
Heyə tinin katibi Avel Yenikidze bizimlə birgə Kremlin həyə-
tindəki “Çar zəngi”nin yanında şəkil çəkdirdi.
Bu tarixi fotoşəkildə görün kimlər var. O vaxt kursant olanla-
rın əksəriyyəti indi görkəmli alim, hərbçidirlər. Polkovnik Əli
ağa Babayev, Respublika EA-nın keçmiş prezidenti, akademik
Rüstəm İsmayılov, əməkdar elm xadimi, elmlər doktoru Məm-
mədtağı Nağıyev, SSRİ Neft Sənayesi Nazirliyinin idarə rəisi
Əlövsət Qarayev, irriqator-alim Karrar Əliyev, Sovet İttifaqı
Qəhrəmanı Aslan Vəzirov, SSRİ xalq artisti, məşhur dirijor Niya-
zi, Çingiz Hacıbəyov, akademik Şəfayət Mehdiyev, əməkdar
mühəndis Böyükağa Məmmədov, elmlər doktoru Məmməd
Fərzəliyev, məşhur şairimiz M.Ə.Sabirin oğlu Məmmədsəlim
Tahirli, professor, hüquq elmləri doktoru Əyyub Əsgərov, pol-
kovnik Səttar Hacıyev, Fərhad Ağayev, müharibə veteranı Əsgər
Mirzəyev, fizika-riyaziyyat elmləri doktoru Kamal Məmmədov,
batalyon komandiri Hüseyn Rəhimov və başqaları.
Dostları ilə paylaş: |