Şəmistan Nəzirli
397
Çox təəssüf ki, sənədlərin izi elə burdaca itir. 1890-cı il
təvəllüdlü praporşik Lütfəli bəy Abbasqulu bəy oğlu Vəkilovun
bundan sonra hansı rütbəyə layiq görüldüyü məlum olmur.
Polkovnik Gəray bəy Vəkilovun kiçik qardaşı, praporşik
Lütfəli bəy Vəkilovu Zaqafqaziya Baş Siyasi İdarəsi 1932-ci il fev-
ralın 2-də antisovet ruhlu zabit kimi həbs edib beşillik sürgünə
göndərmişdi. Minlərlə günahsız Azərbaycan zabiti kimi qırx iki
yaşlı Lütfəli bəyin də ömrünün hansı həbs düşərgəsində sona
yetdiyi məlum deyil.
Podporuçik Sadıq Əsgər oğlu Vəkilov 1895-ci ildə Qazax qəza-
sının Salahlı kəndində anadan olub. Müsavat ordusunda üçüncü
Gəncə piyada alayında kiçik zabit kimi xidmət edib. Zaqafqaziya
(Qori) Müəllimlər Seminariyasının Tatar-Azərbaycan şöbəsini və
1918-ci ildə Gəncədəki praporşiklər məktəbini bitirib.
Azərbaycan Milli Ordusunun kapitanı Bahadır bəy İbrahim
ağa oğlu Vəkilov da bu nüfuzlu nəslin nümayəndəsidir. 1889-cu
il martın 24-də Qazaxda zadəgan ailəsində anadan olub. İlk
təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci il mayın
15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub.
Sentyabrın 1-dən piyada qoşunlarında kiçik yunker, baş yunker
rütbəsində xidmət edib, noyabrın 18-də isə Gəncədəki prapor-
şiklər məktəbini birinci dərəcə ilə bitirib. Məktəbi əla qiymətlərlə
bitirdiyinə görə o, hərbi məktəbdə rota komandiri vəzifəsində
saxlanılıb. Məktəbin rəisi polkovnik Şirin bəy Kəsəmənski 28
fevral 1919-cu ildə gənc zabit Bahadır bəyə verdiyi xasiyyətnamədə
qeyd edir ki, əla davranışa və yüksək əxlaqa malikdir. Zabit
kadrlarının yetişdirilməsinə tam layiqdir. Siyasi hazırlığı var.
Martın iyirmi ikisində hərbi nazir, tam artilleriya generalı Səməd
bəy Mehmandarov Gəncə praporşiklər məktəbinin rəisinə belə
bir əmr göndərib:
“Gəncə praporşiklər məktəbinin əlli nəfərdən çox məzununa
əziz Novruz bayramı ərəfəsində praporşik rütbəsi verilsin. On-
lar xidmət üçün birinci Azərbaycan süvari diviziyasına, üçüncü
Gəncə süvari alayına, Əlahiddə Zaqatala batalyonuna yüngül
General Əli ağa Şıxlinski və silahdaşları
398
artilleriya divizionuna göndərilsin. Gəncə praporşiklər məktə-
bini əla bitirdiklərinə görə podpraporşik İsrafil ağa Şıxlinskiyə,
Bahadır bəy Vəkilova, Musa bəy Şəmşəddinskiyə, Həşim bəy
Sultanova, Həmid Mustafayevə, Mahmud Mustafayevə, Əli ağa
Şıxlinskiyə və Süleyman xan Sultanov-İlisuluya bayram müna-
sibətilə pul mükafatı verilsin”.
Həmin ilin mart ayında bacarıqlı zabit Bahadır bəy Vəkilov
üçüncü Gəncə süvari alayının tərkibində ölkənin Şərq-Qərb
cəbhəsinə ezam olunur. O, Ordubad rayonunda yerləşən hərbi
dəstənin komandanı təyin olunur. Naxçıvan və Şərur qəzasının
komandanı rotmistr Kəlbalı xan Naxçıvanski 1919-cu il mayın
9-da Baş Qərargahın rəisinə göndərdiyi raportda praporşik Ba-
hadır bəy Vəkilovun İran quldur dəstələrinə və daşnak generalı
Andronikə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlığı haqqında
məlumat verir.
O yazır: “Martın 17-də Yaycı kəndinə hücum edən səksən
nəfərlik İran quldur dəstəsi yerli əhalinin iki yüz yetmiş beş iri-
buynuzlu mal-qarasını oğurlamışdı. Praporşik Vəkilov mənim
əmrimlə otuz nəfər süvari dəstə ilə onların dalınca gedib quldur-
ları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra mal-
qara geri alınmış və on beş nəfər quldurun meyiti Araz sahilində
qalmışdır.
Martın 26-da Parağa kəndinə hücum edən ermənilər iki yüz
iribuynuzlu mal-qaranı aparmışlar və yeddi müsəlman kənd-
lisini öldürmüşlər. Səhərisi erməni kəndini süvari dəstəsilə
mühasirəyə olan praporşik Vəkilov tələb etmişdir ki, mal-qara
qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin.
Lakin ermənilər atəşlə cavab vermişlər. Praporşik Vəkilovun
cəld və bacarıqlı komandanlığı sayəsində üç saatlıq döyüşdən
sonra ermənilər mal-qaranı və cinayətkarları qaytarmışlar.
Döyüşdən sonra məlum olur ki, praporşik Vəkilovun üç nəfər
əsgəri yaralanmışdır.
Aprelin 10-da ermənilərin “qəhrəmanı” Andronik ingilislərlə
danışdıqdan sonra Gorusdan Ordubadın 25 kilometrliyindəki
Şəmistan Nəzirli
399
Karçevan kəndinə gəldi. Nizami erməni dəstəsi Ordubadın ayrı-
ayrı kəndlərini zəbt etmək üçün Nüsnüs kəndinə hücum etdi.
Praporşik Vəkilovun bacarıqlı döyüş əməliyyatı sayəsində Nüs-
nüs kəndi ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də
erməni hücumundan xilas oldu.
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın
səkkiz verstliyindəki darvazaya yenidən hücum etdi. Erməni
hərbi dəstəsinin güclü qüvvə ilə hücum etməsinə baxmayaraq,
beş saatlıq ara verməyən döyüşdə düşmənin əksər qüvvəsi öldü-
rüldü, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik
Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə
yaralandı.
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə
süvari alayının praporşiki Bahadır bəy döyüşlərə yüksək səviy-
yədə komandanlıq etdiyinə və qəhrəmanlığına görə ona podpo-
ruçik rütbəsi verilsin”.
Bundan sonra Respublika Mərkəzi Dövlət Arxivinin sənəd-
lərində mərd kapitan Bahadır bəy İbrahim ağa oğlu Vəkilovun
heç bir sənədinə rast gəlmək mümkün olmadı. Lakin Milli
Təhlükəsizlik Nazirliyinin arxivində Bahadır bəy Vəkilova məx-
sus 21392 saylı çox nazik bir qovluq var. 1920-ci il iyunun 25-də
həbs olunan Bahadır bəyin istintaq işini müstəntiq Akopcanov
və Levitski aparıb. Sorğu-sual qısa və yığcamdır. Həbs vərəqində
“cinayət xarakteri” qrafasının qarşısında oxuyuruq: “Müsavat
ordusunun zabiti və rota komandiri olub. Güllələnsin!”
İstər-istəməz düşünürsən və təəccüb edirsən: öz xalqının mil-
li ordusunda qulluq etmək nə vaxtdan cinayət sayılıb? Bu da
XI Ordunun xüsusi şöbə rəisi, cəllad Semyon Pankratovun təsdiq
etdiyi dərkənar: “Güllələnsin, hökm dərhal yerinə yetirilsin.
3 iyul 1920-ci il”.
Bəli, torpağını yağılardan qoruyan iyirmi bir yaşlı mərd kapi-
tan Bahadır bəy Vəkilovun ömrü belə bitdi.
Bu məşhur soyadın oğlunu Bakıda heç kəs tanımadı. Qazax-
da ulu nəslin hərbçi, maarifçi oğulları haqqında səbirlə söhbət