Şəmistan Nəzirli
407
* * *
Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir
sənəd tapılmadı. Amma muzey işçilərinin göstərdiyi ədəbiyyat-
dan öyrənə bildim ki, 1855-ci ildə Sevastopolda güclü döyüşlər
zamanı admiral Naximov ağır yaralanıb.
Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitab-
ların hamısını sifariş verdim. Yazıçı Yuri Davıdovun “Naximov”
sənədli povestində admiral haqqında belə bir epizoda rast
gəldim: “Konsilium müəyyən etdi ki, Naximovun vəziyyəti
ümidsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmır-
lar. Ölüm yatağında Naximovun əzabı qırx saat çəkdi. Qırx saat
tamam olanda canvermə başladı. Həmin anlar şahid kapitan-
leytenant Aslanbəyovun gündəliyində dəqiq yazılıb: “İyunun
30-da saat on birə yaxın onun nəfəs alması daha da gücləndi.
Otaqda sakitlik hökm sürürdü, həkimlər mübahisəni kəsdilər və
otaqdakılar çarpayıya yaxınlaşdılar. Sokolov ucadan və çox ay-
dın şəkildə dedi: “Budur, ölüm yaxınlaşır…”
Müəyyən an ötdükdən sonra Voyevodskinin sualına Sokolov
bərkdən “keçindi” cavabını verdi. Hamı saata baxdı, saat on bir
on dəqiqə idi”.
Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naximovun
ən yaxın adamı kimi kapitan-leytenant Aslanbəyovun qeydlə-
rində heç bir fantaziya yoxdur. Məhz ona görə də admiral Naxi-
movdan yazan bütün rus tədqiqatçıları – akademik Y.V.Tarle,
məşhur hərbi cərrah və həkim müharibənin iştirakçısı N.Piroqov
və başqaları Aslanbəyovun qeydlərinə əsaslanırlar.
Sonralar “Naximovun bioqrafiyası” adlı əsərin müəllifi As-
lan bəyov yazır ki, admiral Kornilovun həlak olmasını eşidən
Naxi mov ona son borcunu verməyə getdi. Mən içəri girəndə Na-
ximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu öpürdü.
Sabahkı günü həyəcanla gözləməyə başladım.
Uzun bir dəhlizdən keçib, həyətə çıxdıq. Dolama pilləkənlərlə
aşağı düşüb, qapısına “İnqilabaqədərki mühafizə otağı” sözləri
yazılmış qapını açdıq. Yelena hər şeyi ağsaçlı qadına təfsilatı ilə
General Əli ağa Şıxlinski və silahdaşları
408
danışdı. Onun üzünə donuq bir ifadə çökdü. Əlindəki qələmi
oynada-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Doda-
qaltı nəsə mızıldanıb yerində qurcalandı. Qadının əhvalının po-
zulduğunu duyan Yelena öz işi üçün xahiş edən adamlar sayağı:
“Rica edirəm, həm öz adımdan, həm də uzaq yol gəlmiş bu yol-
daşın xətrinə etiraz etməyəsiniz. Görünür çox lazımdır…”
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb
rişxəndlə:
– Bunun üçün Bakıdan buraya gəlmisiniz? – xeyli duruxub:
– Axı, Aslambəyov erməni admiralıdır. Sizin axtarışınız, məncə,
mənasızdır.
– Ola bilməz, – dedim, – əvvəla ona görə ki, admiralın famili-
yası Aslambəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də əgər
erməni olsaydı, Aslanyan olardı.
– Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?
– O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bil-
məzdi. “Bəy”, “xan” və “ağa” titulları ancaq müsəlman xalqları-
na məxsusdur. Ermənilərin isə bircə titulu olub, “məlik”, o da
sonradan.
Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub
sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoxa çıxdı. Ye-
lena əyilib arxasınca baxdı. Əlini dodaqlarının üstünə qoyub astadan
yeniyetmə qızlara məxsus şıltaqlıqla:
– Dənizçilər demişkən, sükanı belə də tutun, hələlik biz onu
məğlub eləmişik. Bircə, Allah eləsin, familiya məsələsi siz deyən
kimi olsun.
Təxminən on-on beş dəqiqədən sonra əlində qədimi, boz bir qov-
luq geri qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş
kimi qovluğu özü vərəqləməyə başladı. Dərin, sükutlu bu yarım-
zirzəmi otaqda arabir açılan vərəqin səsi mənim intizarımı daha da
artırırdı.
Handan-hana:
– Baxaq görək, – dedi, – Sizin sözlərinizdə həqiqət varmı? Şəxsən
mən şübhə edirəm ki, belə bir görkəmli admiral müsəlman ola…
Şəmistan Nəzirli
409
Mən daha dözə bilməzdim. Düzü, qorxurdum, özü baxıb, sonra
da götürüb geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət
yoxdur. Ayağa durdum. Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi
çıxardıb stolun üstünə qoydum.
– Buyurun, – dedim, – mən bu iki sənədimi Sizə etibar edirəm.
Siz də əvəzində qovluğu verin, özüm baxım.
Hiss elədim ki, mənim bu səbirsizliyim Yelenanın da xoşuna
gəlmədi. O, astadan, narahatlıqla:
– Axı, belə olmaz… – dedi.
Müdir də dözə bilməyib bir az əsəbi:
– Nə deyirəm, buyurun, – deyib, qovluğu mənə verdi.
Admiralın şəxsi işinə baxır və gözlərimə inanmıram. İlahi, bu
qədər saxtakarlıq etmək olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi
iş əlimdə əsir. Dözə bilməyib sevincimi onlara da bildirmək istəyirəm.
– İcazə verin, Sizin üçün admiralın ad-familiyasını oxuyum.
Müdir dinmir, amma Yelena, mənim qələbəmi, sevincimi duyan
Yelena:
– Buyurun, oxuyun, – deyə şən səslə cavab verir.
Oxuyuram:
– Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu. Əsli belədir. La-
kin qara tuşla bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edi-
lib: Aslambeqov Avramiy Boqdanoviç, 1822-ci ildə Bakıda anadan
olub. Əsl-nəcabəti isə ağalıqdır (zadəgan). Dini müsəlmandır. So-
nuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində “pravoslavnıy”
yazılıb. Əgər mümkünsə, icazənizlə admiralın şəxsi işindən
qeydlərimi götürüm…
Yelena sevinclə:
– Əlbəttə, olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə
verin mürəxxəs olum.
Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena
gedən kimi, müdir sərt səslə bildirir:
– Yoldaş, qeydlər götürmək olar, amma nadir fondda saxlanan
şəxsi işin fotosurətini çıxartmağa icazə verilmir.
– Çox sağ olun, – dedim, – mənə bu qeydlər də bəs eləyər.
Dostları ilə paylaş: |