Şəmistan Nəzirli
431
səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi
ikisində gəlib Bakıya çatdıq. Bakıda biz Azərbaycan Sovet Qo-
şunları Qərargahına daxil edildik. Bundan başqa hər ikimiz
Azərbaycan Komandirlər Məktəbində topçuluqdan – Mehman-
darov rus, mən isə Azərbaycan dilində dərs deməyə başladıq.
Qarnizon rəisi öz sədarəti altında olaraq, “Bakı Qarnizonu Hərbi-
Elmi Cəmiyyətinin təşkili haqqında” əmr verdi. Mən sədr müa-
vini təyin edildim. Qarnizon rəisi özü sədrlik etmirdi, adətən ic-
lasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzv-
lüyünə təyin edilmişdi”.
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun
əlinə süpürgə verib küçə süpürtdürən kimlər idi? Mərkəzdə otu-
ran Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında təmiz-
lənmə aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nəri-
manovun məsləkdaşlarına qarşı mübarizəni gücləndirən AK(b) P
Bakı Komitəsinin katibi L.Mirzoyan, S.Orconokidze, A.Mikoyan,
A.Qutin onun əlaltıları və içərimizi qurd kimi gəmirən bir qrup
keçmiş daşnak havadarları Stalinin əmrini canla-başla yerinə
yetirirdilər. Həmin ildə onlar Nərimanovu da Bakıdan perik sal-
mışdılar. Onlar yaxşı bilirdilər ki, Nərimanov general Səməd bəy
Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirir.
Mərhum general-mayor Akim Əli oğlu Abbasov:
– Mənim bəxtim gətirib ki, üç il məşhur sərkərdə, Rusiya-Ya-
poniya və Birinci dünya müharibələrinin qəhrəmanları Meh-
mandarovun və Şıxlinskinin tələbəsi olmuşam. Onların mühazi-
rələri o qədər maraqlı olurdu ki, diqqət kəsilirdin, çalışırdın ki,
bir sözü də buraxmayasan. Hərb işinə dərindən bələd olmaları
heyrətə gətirirdi adamı. Artilleriya və riyaziyyat biz kursantların
ən çox sevdiyi fənlər idi. Niyə? Əlbəttə, ona görə ki, bu fənlərdən
mülahizələri sevimli müəllimlərimiz general Səməd bəy Meh-
mandarov və general Əli ağa Şıxlinski oxuyurdu. Onların erudi-
siyası, hərbi işin, xüsusilə də artilleriyanın nəzəriyyə və prakti-
kasının ən mürəkkəb məsələlərini son dərəcə aydın və hərtərəfli
başa salmaq qabiliyyətləri dinləyiciləri heyrətləndirir, vəcdə
General Əli ağa Şıxlinski və silahdaşları
432
gətirirdi. Elə bir kursant tapılmazdı ki, döyüşlərdə dəqiq koman-
dir əmrləri, igidliyi ilə hər bir əsgəri və zabiti qəhrəmanlığa ruh-
landıran bu şanlı sərkərdələrin həyat və fəaliyyətini dərindən
öyrənməsin.
Bu qoca generallar ağlasığmaz dərəcədə zəhmətsevər idilər,
özlərinin ağır peşələrini ürəkdən sevirdilər, sadiq idilər sənət-
lərinə və qibtə ediləcək bir səbirlə hisslərini gələcəyin gənc
zabitlərinə aşılamağa çalışırdılar.
Şəmistan Nəzirli
433
SƏMƏD BƏY MEHMANDAROV
CÜMHURİYYƏT DÖVRÜNDƏ
Ağqvardiyaçı general Denikin 1919-cu ildə sərhəd ləri-
mizə yaxınlaşaraq cümhuriyyətimizə hədə-qorxu gəlirdi.
Dövlətimiz və xalqımız onların təhdidlərinə əhəmiyyət ver-
mirdi. Bir ziyafət vaxtı general Denikinin təhdidlərindən
söhbət açılmışdı. Dövlətimizin, xalqımızın və ordumuzun
fikirləri eyni idi: gələcəkləri varsa, görəcəkləri də var.
Ziyafətdə onların hamısı müdafiə naziri general Mehman-
darlıya qulaq asırdılar. Möhkəm iradəli 63 yaşlı qoca aslan
ayağa qalxır. Ətrafına baxıb deyir: “Əziz övladlarım, ge-
neral Denikinin təhdidlərinin nə mənası var, nə də qiyməti.
Denikin məni rus millətindən, çardan və ordusundan yax-
şı tanıyır. Və çox yaxşı bilir ki, mənim rəhbərlik etdiyim
rus ordusu daimi digər rus ordularından üstün olmuşdur.
Övladlarım, mən bütün gəncliyimi, gücümü rus ordusuna
sərf etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda
millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Qur-
duğumuz orduya komandanlıq edirəm. Mənim ko-
mandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib
vuruşmaz. Narahat olmayın və işinizlə məşğul olun.
Nağı bəy ŞEYXZAMANLI,
1919-cu ildə Azərbaycan
hökumətinin
əks-kəşfiyyat idarəsinin rəisi
Qırx altı il çar ordusuna xidmət edən Səməd bəy Mehmanda-
rov 1917-ci ildə martın 28-də tam artilleriya generalı rütbəsində
istefa verdi. Onun sonuncu vəzifəsi İkinci Qafqaz ordusuna kor-
puslar qrupunun komandanı idi. Mütəxəssislərin fikrincə, bu,
General Əli ağa Şıxlinski və silahdaşları
434
ordu komandanı vəzifəsinə bərabərdir. Birinci Dünya müharibə-
sində iki ildən çox korpusa komandanlıq edən Səməd bəy o
qədər məharətli döyüşlər aparırdı ki, İkinci Qafqaz ordu korpu-
su “General Mehmandarovun qrupu” kimi şöhrət qazanmışdı.
Xüsusilə, Vilno (Vilnüs şəhəri) istiqamətindəki əməliy yatlar onu
şöhrətin zirvəsinə qaldırmışdı. On il ərzində (1904-1915-ci illər-
də) Səməd bəy əla xidmətinə görə üç dəfə general rütbəsi almış-
dır: 1904-cü il oktyabrın 22-də general-mayor, 1908-ci il iyulun
13-də general-leytenant və 1915-ci il martın 22-də tam artilleriya
generalı. Qısa müddətdə generallıq pillələrini keçmək və sürətli
təltifat hərb aləmində çox nadir hadisədir.
Hərbi akademiya təhsili olmayan eloğlumuzun imperiya or-
dusunda belə sürətlə irəliləməsinin ilkin səbəbi qoçaqlığı və
güclü hərbi-elmi məharəti olmuşdur. Səməd bəy Mehmanda-
rov tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk
azərbaycanlı idi.
Səməd bəy Mehmandarova məxsus Rusiya Dövlət Hərbi Ta-
rix Arxivinin sənədlərində (f.407, s.1, iş 51) göstərilir ki, o, iki
dəfə Ali Hərbi Akademiyada təhsil almaq üçün təşəbbüs göstər-
mişdir. Birinci dəfə 1879-cu il aprelin 16-da Peterburqdakı Mi-
xaylovski Artilleriya Akademiyasına, ikinci dəfə isə 1881-ci il av-
qustun 1-də Baş Qərargahın Nikolayev Akademiyasına qəbul
imtahanı vermişdir. Hər ikisində də qəbul oluna bilməmişdir.
Həmin illərdə şovinist N.İ.İlminskinin (1822-1891) ruslaşdır-
ma siyasəti imperiyada çox güclü idi. Qeyri-rəsmi də olsa ali
məktəblərə belə dini müsəlman olanları götürmürdülər. Şübhəsiz
ki, Səməd bəy də rus olmadığına görə imtahandan keçməmişdir.
Bu siyasətdə məqsəd Kazan, Orenburq, Ufa tatarlarının, Orta
Asiya, Qafqaz türklərinin və Krım tatarlarının yaşadıqları quber-
niyalara təbliğatçılar göndərib ruslaşdırmanı təbliğ edirdilər.
Xristianlığı yaymaq yalnız hərbi sahədə deyil, maarifçilikdə də
aparılmasına baxmayaraq İlminskinin üsulu, yəni müsəlmanları
xaçpərəst eləmək fayda vermədi.