Şəmistan Nəzirli
435
Görkəmli ədəbiyyatşünas-alim Firidun bəy Köçərli yazır ki,
doğrudur, Kazan şəhərində və onun həvalisində tatarlardan
bəziləri pravoslav dinini qəbul elədilər. Amma onlar həqiqi
müsəlman olmadıqları kimi, həqiqi rus da olmadılar, əbədi
mürtəd oldular, böyük səhvlərə düçar qıldılar.
Xalis zadəgan ailəsində Azərbaycan tərbiyəsi almış Səməd
bəy Mehmandarov cavan olmasına baxmayaraq ali təhsil almaq
naminə nə dinini, nə də dilini xaçpərəstə dəyişmədi.
Bunların hamısı general Səməd bəyin fevral burjua inqilabına
qədərki fəaliyyətidir. İmperiya dağılandan sonra Vladiqafqaz
şəhərinə gələn Mehmandarov 1917-ci il avqustun 7-də yaralılara
yardım edən “Aleksandr komitəsi”nin üzvü seçilir. Ömründə ilk
dəfə hərbi xidmətə son qoyub dinc həyat sürməyə başlayır. Cəmi
bir neçə ay sakit yaşayan Səməd bəy 1918-ci il avqustun əvvəl-
lərində Vladiqafqazı tərk etməli olur. Şimali Qafqazda Sovet
hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən Səməd
bəy Mehmandarov hərbi Gürcüstan yolu ilə Bakıya gəlir.
1918-ci il noyabrın 1-də Azərbaycan hökuməti Hərbi Nazirli-
yin yaradılması haqqında qərar verir: “Respublika hökuməti ya-
nında Hərbi Nazirlik təsis edilsin. Nazir portfeli Nazirlər Şurası-
nın sədrinə təqdim edilsin. Ona müavin isə general Səməd bəy
Sadıq bəy oğlu Mehmandarov təyin edilsin”.
Milli ordu quruculuğunda əsas vəzifə və çətinliklər barədə
general Səməd bəy Mehmandarov həmin il noyabrın 7-də bir
saylı əmrini verir:
“Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə mən
Hərbi Nazirin müavini təyin edilmişəm. Bu barədə Hərbi
Nazirliyə elan edirəm. Vəzifələrimin icrasına başlayarkən mənim
görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini
və çətinliyini yaxşı anlayıram. Ancaq bu iş görülməlidir və Hərbi
Nazirliyin qarşısına çıxan bütün çətinlikləri birgə fəaliyyət və
vəzifəyə təmiz münasibət bəslənildiyi halda aradan qaldırmaq
mümkündür.
General Əli ağa Şıxlinski və silahdaşları
436
Döyüşən ordunun yaradılmasının uğuru bütünlükdə bu işin
düzgün qurulmasından asılıdır. Hamını birgə, səmimi fəaliyyətə
dəvət etməklə mən bütün səviyyələrdə olan rəislərin əsas
diqqətini qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intiza-
mın aşılanmasına, işə məsuliyyət və məhəbbət hisslərinin, xid-
məti mülkiyyətə marağın oyadılmasına, qayda-qanuna riayət
edilməsinə və nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehri-
ban münasibət göstərilməsinə çağırıram.
Yalnız bu keyfiyyətlərin varlığı ordunun yaradılmasını, gənc
respublika tərəfindən ona böyük xərclər çəkilməsini doğrulda
bilər və belə bir ordunun yaradılması üçün mən heç bir çətinlik-
dən çəkinməyəcəyəm. Qoşunların bütün təminat və təchizatının
vaxtında ödənilməsi mənim daimi diqqətim altında olacaqdır”.
1918-ci il dekabrın 25-də Azərbaycan Demokratik hökumə-
tinin qərarı ilə tam artilleriya generalı – Səməd bəy Mehmanda-
rov Hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əli ağa Şıx-
linski Hərbi nazirin müavini təyin edildi. Həmin il dekabrın 24-də
nazir hərbi salamlaşma barəsində belə bir əmr verir:
“Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbay-
canca salamlaşması – bir sözlə “Salam”, cavabı isə “Əleyküm
salam” olmasını bütün zabitlərə əmr edirəm.
Təltif zamanı əsgərə deyilməlidir: “Mərhəba!”, əsgər cavab
verməlidir: “Çox sağ ol!”
Hərbi nazir, tam artilleriya generalı
Səməd bəy Mehmandarov.
Baş qərargah rəisi polkovnik Həbib bəy Səlimov”.
* * *
Görkəmli sərkərdəmizin Azərbaycana gəlişini, dar gündə
xalqın dayağı olmasını əsgərlər böyük sevinclə qarşılamışdır. İl-
yarım fəaliyyətdə olan milli ordumuzda iyirmi bir azərbaycanlı
general xidmət etmişdir. Onlardan yalnız ikisinə – Teymur bəy
Novruzova və Səməd bəy Mehmandarova əsgərlər şərqi qoş-
muşlar:
Şəmistan Nəzirli
437
Qafqaziyaya şan gəlir,
Dərdlərə dərman gəlir.
Aç köksünü, qarlı Qafqaz,
Sevdiyin Səməd gəlir.
* * *
Çoxdan bəri gözlədik,
Qafqaziyanı əfv et, yaşa.
Onun sizə salamı var,
Minlər yaşa, Səməd paşa.
* * *
Aslan ürəkli Səməd paşamız,
Şanlı komandan, sənsən babamız.
Sənə qurban olsun ata-anamız
Al bir düşməndən türkün qanını.
* * *
Yetmiş il əl vurmadığımız üzümüzə “tamamilə məxfidir”
qrifilə bağlanan Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində
generalımız haqqında belə şərqilər çoxdur. Bu şərqilərdən hiss
olunur ki, xalq öz xilaskarını gözləyirmiş.
Səməd paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əsgərlərik,
Pək şanlıyıq.
* * *
Sağ ol, Səməd paşa, səni min yaşa,
Vətənin üstündə oldun tamaşa.
Səməd paşa əsgərlərin padəri,
Çağırır silah başına irəli.
General Əli ağa Şıxlinski və silahdaşları
438
Azərbaycanın taleyi həll olunduğu bir vaxtda müdafiə naziri
kimi məsul vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda
duran çətinlikləri çox yaxşı dərk edirdi. Yüz illərlə əsgəri qüvvəsi
olmayan bir xalqa qısa vaxtda nizami ordu yaratmaq ağır və mə-
suliyyətli iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın ətrafı
düşmənlərlə əhatə olunmuşdu. Dağılan imperiyadan Azər -
baycana heç nə qalmamışdı. Nə silah, nə əsgəri qüvvə, nə də qış-
lalar vardı. Tərəddüd, şübhələr, bəzən də inamsızlıq altmış iki
yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki inamı, güc-
lü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli
olub tərəddüd və şübhələri yuyub aparırdı. Ana vətənə olan
sonsuz bir məhəbbətlə o, kürsüyə qalxmışdı.
Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi
ilə yana-yana danışması ziyalı qadınlarımızdan birinin – Məryəm
xanım Bayraməlibəyovanın yaddaşında əbədi qalmışdır:
– Kürsüdə, gözqamaşdırıcı şüaların düşdüyü yerdə general
Səməd bəy Mehmandarov dayanmışdı. Ağarmış saçları, nurani
sifəti daxili kamillikdən xəbər verirdi. Bu gün o, hərbi nazir vəzi-
fəsinə təyin edilməyinə razılıq verməli idi. Respublikanın fəaliy-
yətinin elə ilk günlərindən generala təkidlə müraciət etmiş dilər
ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər
dəfə qətiyyətlə bu təklifi rədd etmişdi. Ona görə yox ki, çətin lik
çəkəcəkdi. Dərk edirdi ki, indiyə qədər çarın etibarsız saydığı
müsəlmanları, hərbi mükəlləfiyyətə layiq görmədiyi xalqı indi
yeni sənətə hazırlamalı idi. Bu ona bənzəyirdi ki, yaşlı, ahıl bir
adama yazı yazmağı öyrədəsən. Yox, yox, yüksək təş kilatçılıq
keyfiyyətinə malik olan keçmiş çar generalını belə çətinliklər
qorxuda bilməzdi.
…Səməd bəy Mehmandarovu bu addımı atmağa vadar edən
isə qarşısı alınmaz, çox qüvvətli bir hiss idi – Vətən məhəbbəti.
Azca həyəcanla dediyi “Üzərimə götürdüyüm bu müqəddəs
vəzifəni yerinə yetirməyim üçün bütün gücümü və bacarığımı
sərf edəcəyəm!” – sözləri yerdən alqışlarla qarşılandı. Onun yan-
yörəsində parıldayan günəş şəfəqləri bu günün bayram əhvali-
Dostları ilə paylaş: |