General Əli ağa Şıxlinski və silahdaşları
428
rı Dro, Keri, Muradın dəstələri hərəkət edirdilər. Tərk edilmiş
bütün müsəlman kəndləri qarət olunmuş və yerlə yeksan edil-
mişdi. Məhz bu vaxt Şaumyanın və Avakyanın fitnəkarlığı
sayəsində Şamaxı hadisələri başlandı. Şaumyan tərəfindən bu
hadisələrlə əlaqədar yazılmış məktub Gəncə komendantının
əlinə düşdü. Bu məktubdan Şaumyan və Avakyanın daşnak ol-
duqları açıq-aydın görünürdü… Bu faciələrin hamısı on səkkiz-
on doqquzuncu illərdə olmuşdu. 1920-ci ilin aprelində isə qırx
minlik milli Azərbaycan Ordusu yetmiş iki minlik XI Ordunun
qarşısında tab gətirə bilmədi. Ona görə ki, otuz minlik piyadası,
on min süvari qoşunu olan milli Azərbaycan Ordusu Zəngəzurda,
Qarabağda, Qazax və başqa qəzalarda daşnak quldurları Hama-
zaspın və Andronikin dəstələrinə qarşı vuruşurdu.
On birinci ordu ilə Azərbaycana gələn marşal S.A.Krasovski
“Жизнъ в авиации” kitabının (1960) yetmişinci səhifəsində bu
barədə yazır: “XI Ordu hissələri Azərbaycan sərhədinə, Yalama
stansiyasına yaxınlaşanda Bakıda müsavat hökumətinin iclası
gedirdi. Bu iclasda hərbi nazir general Səməd bəy Mehmanda-
rovdan hökumət başçısı Nəsib bəy Yusifbəyov soruşur: “Müsa-
vat ordusu düşmənin hücumunun qarşısını ala biləcəkmi?” Na-
zir də sualı sualla qarşıladı: “Hansı düşməni nəzərdə tutursu-
nuz? Daşnakları, yaxud menşevikləri? Menşevikləri deyirsinizsə,
ümid var. Hərgah XI Ordunu nəzərdə tutursunuzsa, onda bizim
gücümüz yalnız birdəqiqəliyə kifayətdir, cənab nazir”.
General S.Mehmandarovun “Gücümüz birdəqiqəliyə kifa-
yətdir” – deməkdə haqlı idi. Yeni gələn bolşevik hökuməti Azər-
baycana hücum edən ordusunun sayının 72 min olduğunu elan
etmişdi. Lakin 1921-ci ilin fevral ayında məlum olmuşdur ki,
Azərbaycana hücum edən bolşevik-daşnak ordusunun sayı 300
min nəfərdir. Bu da o zamankı Azərbaycan əhalisinin hər beş,
yaxud altı nəfərindən birinə iki nəfər əlisilahlı rus əsgəri düşür-
dü. Leninin rəhbərlik etdiyi sovet imperiyası beynəlxalq hüquq
normalarını kobud şəkildə pozduğunu başa düşərəkdən
Azərbaycana hücum edən ordunun sayını gizlətmişdir.
Şəmistan Nəzirli
429
Şübhəsiz ki, hərbi nazir general Səməd bəy Mehmandarov
gələn istilaçı ordunun sayının 72 min yox, 300 min olduğunu
kəşfiyyat vasitəsilə öyrənmişdir.
Sual olunur, hələ sayı 40 minə çatmayan, üstəlik də həmin
vaxtlarda Qarabağ, Naxçıvan, Qazax və başqa bölgələrdə erməni-
daşnak ordusu ilə döyüşlər aparan Azərbaycan ordusu, həm də
300 minlik istilaçı bolşevik-daşnak ordusu qarşısında tab gətirə
bilərdimi? Əlbəttə, yox!
“Sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olun-
muş türk hərbi generalı Xəlil Paşanın (1882-1957) da daxil oldu-
ğu XI Qızıl Ordu 1920-ci il aprelin 28-də döyüşsüz Bakıya daxil
oldu. Xəlil Paşa Dərbənddən bu tərəfə yol boyu bütün dayana-
caqlarda çıxış edib əhalini Sovet hakimiyyətini müdafiə etməyə
çağırırdı. İstanbul hərbi muzeyində Xəlil Paşanın RSFSR, MİK
tərəfindən təltif olunduğu gümüş xəncər saxlanılır” (Z.Bünya-
dov. “Elm və həyat” jurnalı, 1988, №10).
Bu yaxınlarda Türkiyədə səfərdə olmuş oyma işləri üzrə
sənətkar dostumuz Firidun Seyfəddinoğlu 1976-cı ildə İstanbul-
da çap olunmuş “Azərbaycan” adlı bir kitab da gətirmişdi. Kita-
bın müəllifi Kərim Odər xalqımızın ədəbiyyatından, tarixindən,
iqtisadiyyatından və Azərbaycan Demokratik Hökumətinin
fəaliyyətindən məhəbbətlə söhbət açır. Kitab həm də xalqımızın
görkəmli oğullarının nadir fotoşəkilləri ilə bəzədilib. Orda
Səməd bəyin on səkkiz-iyirminci illərdəki fəaliyyəti haqqında
məlumat və bizə məlum olmayan fotoşəkli də verilib. Kərim
Odər yazır:
“Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir.
Hərbiyyə nəzarətə general Səməd bəy Mehmandarov təyin olun-
muşdu. Onun müavini rus artilleriyasının “Allahı”, general-ley-
tenant Əli ağa Şıxlinski, baş qərargah rəisi isə Məmməd bəy Sul-
keviç idi. İyirmi dörd min piyada, süvari, topçu və digər
siniflərdən ibarət hər cür silahla yaraqlanmış bir ordu qurulmuş
və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Bakıda, Lən-
kəranda və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən
General Əli ağa Şıxlinski və silahdaşları
430
acı bir vəziyyət yaranmışdır. Rus və digər düşmən qüvvələri
itaət və nizam altına alınmışdır”.
İyirminci illərdə general Səməd bəy Mehmandarovun
təlatümlü keçən günlərini o vaxtlar on iki yaşı olan oğlu Pir daha
yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman ic-
lasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı
çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi
deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki,
səni güllələyəcəklər?”
Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hüm-
mət” fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin
etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz verirəm ki,
başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə…
Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər,
amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?..”
Atam qəti səslə: – Heç yerə getməyəcəyik, – dedi. Anam inad-
la: – Axı, qatar Biləcəridə gözləyir…
Atam: – Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım
yoxdur, – cavabını verdi.
Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını
Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi”.
Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halın-
dan danışanda iyirmi birinci ildən iyirmi dördüncü ilə kimi olan
fəaliyyətindən, demək olar ki, sükutla keçirlər. 1920-ci ilin av-
qustun birindən Səməd bəy Mehmandarov Əli ağa Şıxlinski ilə
birlikdə baş qərargahda işləmək üçün Moskvaya göndərilir. Şıx-
linski Ali Artilleriya Məktəbində gələcəyin marşalı L.A.Qovorova,
N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Vo-
ro nova və başqalarına dərs deyir. Səməd bəy Mehmandarov da
Artilleriya Nizamnaməsi hazırlayan komissiyanın tərkibinə da-
xil edilir, həm də Hərbi Akademiyada taktikadan dərs deyir.
İyirmi birinci ilin payızında Azərbaycana qayıdan hər iki general
Respublika Hərbi Komissarlığının sərəncamında saxlanılır. Əli
ağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on
Dostları ilə paylaş: |