Şəmistan Nəzirli
425
təltif olunub. Burda sütunda yer qurtarıb, aşağıda yazılıb “və
başqaları…”. Aydın məsələdir ki, ordenlər də əla hərbi xidmətə
və qəhrəmanlığa görə verilirdi.
Sonra isə anketdə bir yığın sual var. Köhnə orduda sonuncu
rütbəniz və vəzifəniz? Tam artilleriya generalı, İkinci Qafqaz
korpusunun komandiri. 1917-ci il fevral inqilabı zamanı harda
olmusunuz? Alman cəbhəsində. Bəs Oktyabr inqilabı zamanı?
Petroqradda, 1917-ci ilin mayında üzv seçildiyim yaralıların
Aleksandrovsk komitəsində. 1918-ci ildə altmış iki yaşlı generala
Azərbaycan Demokratik Respublikasının müsavatçılar kabine-
tində hərbi nazir vəzifəsini təklif eləyirlər və Mehmandarov bu
təklifi qəbul eləyir. 1920-ci il iyunun dördündə onu həbs eləyib
iki aydan sonra general Əli ağa Şıxlinski ilə birgə Moskvaya
göndərirlər. Moskvaya çatan kimi hər ikisini həbs edib, Butursk
həbsxanasına salırlar. Qatarı qarşılayan Azərbaycanın Moskva-
dakı səlahiyyətli nümayəndəsi Behbud bəy Cavanşir, Nəriman
Nərimanova təcili teleqram vurur ki, sizin dediyiniz qatar gəldi,
lakin generallar yoxdur. Stalinlə telefon əlaqəsi saxlayan N.Nəri-
manov onları tapdırır.
Hazırda bizim Milli Təhlükəsizlik Nazirliyinin arxivində sax-
lanan Stalinin məktubu (surəti) generalları xilas edir. Stalin o
vaxtkı Ümumittifaq Fövqəladə Komissiyasının birinci müavini
H.Q.Yaqodaya 1920-ci il 12 noyabr tarixli məktubunda yazır:
“Yoldaş Yaqoda! Hərtərəfli yoxlamadan sonra məlum oldu ki,
Azərbaycan generalları S.Mehmandarov və Ə.Şıxlinski heç nədə
günahkar deyillər. Xahiş edirik onların həbsxanadan buraxıl-
masına nail olasınız. İ.Stalin”
Ad gününü həbsdə “qeyd eləyir”. Yeddi gündən sonra azad
edilib Daimi Artilleriya Komissiyasının üzvü kimi səhra qərar-
gahına göndərilir. Burda Səməd bəy Mehmandarovun əliylə ya-
zılıb:
“Bir dəfə də istintaq aparmadılar, heç bir ittiham irəli sür-
mədilər”. Bəs nəyə görə?! Rus qanı tökməyib, bolşeviklərə qarşı
çıxış eləməyib, hərbi andı qəbul eləyib. Əsgərdən generala kimi
General Əli ağa Şıxlinski və silahdaşları
426
yüksəlib. Sədaqətlə xidmət edib. 1921-ci il noyabrın on səkkizində
Səməd bəy Sadıq bəy oğlu və Əli ağa Şıxlinski Nərimanov və
Qarayevin xahişi ilə Bakıya – Hərbi Dəniz Xalq Komissarlığına
qaytarılır.
1923-cü ildə yazılmış anketində göstərir: “İndiki vaxtdan tap-
şırıqçı və pul kağızlarının bölgüsü üzrə komissiyanın sədriyəm”.
Bildiyimiz kimi, pul isə hər adama etibar edilmirdi. Deməli,
təmiz adam olub.
Əgər Oktyabr inqilabına rəğbət bəsləmişsinizsə, bunun səbəbi
nə olub? (Həmin dövrdə sizin etiqadınız?)
Cavab: – Bu suala ən yaxşı cavab – aprelin iyirmi səkkizində,
yəni çevriliş günündə mənim Azərbaycan ordusuna verdiyim
əmrdir. Bu əmr və eyni dərəcədə hərbi hissə rəislərinə göndərilmiş
teleqramlar Qərargah arxivində qorunur və onlar mənim Sovet
hakimiyyətinə münasibətimi müəyyənləşdirə bilər.
Otuz doqquz nömrəli sual: – Hansı səpgili fəaliyyətə daha
çox meyil edirsiniz?
Cavab: – Mənim yaşımda sakit və dinc fəaliyyətə…
Bəli, əsrin əvvəllərindən başlayan müharibələr, inqilab turan-
ları ağsaqqal generalı yormuşdu. Üstəlik də ölkəmizə varvarca-
sına soxulan istilaçı bolşeviklərin poqonunu daşımaq istəmirdi.
Təlatümlü günlərdə
“1923-cü ildə ağ saqqallı general Səməd bəy Mehmandarovu
əlində süpürgə Bakıda görüblər”. Anketdən bu sözləri oxuyanda
istər-istəməz adamın ürəyi ağrıyır. Orduda minlərlə əsgərə,
zabitə silah tutmağı öyrədən igid bir sərkərdəni bu qədər alçal-
dan kimlər idi? Şöhrəti Rusiyanın sərhədlərini aşan Port-Artur,
Birinci Dünya müharibəsinin qəhrəmanı ilə ömrünün ağsaqqal
çağında belə “ciddi zarafat” edən şəxsdə vicdandan əsər-əlamət
vardımı?
1920-ci ildən şahid qalmış bir sənədlə bu sualların cavabını
tapmaq olur. Orada oxuyuruq:
Şəmistan Nəzirli
427
“Qızıl Ordu demək olar ki, bütünlüklə döyüş qabiliyyətindən
məhrum və daşnak zabitlərinin komandası altında olan erməni
könüllülərindən ibarət idi. Bu dəstələr ətraf kəndləri qarət edir,
bununla müsəlman kəndlərinin qəzəbinə səbəb olurdular”.
– Bax, bu “könüllülər” Bakıya varid olandan sonra cəmi il ya-
rım Azərbaycan Demokratik Respublikasının hərbi naziri olmuş
Səməd bəy Mehmandarovu xalqın gözündən salmaq üçün əlinə
süpürgə verib küçə süpürtdürmüşlər. Bu “könüllü” düşmən-
lərimiz yaxşı bilirdilər ki, Səməd bəy Mehmandarovu xalq sevir
və inanırdılar ki, onları “azadlıq gətirən könüllülərin” zülmündən
məhz Səməd bəy Mehmandarov kimi generallar qurtara bilər.
Bu ümidlə də hələ 1919-cu il iyunun altısında Qusar, Quba, Xaç-
maz, Dəvəçi əhalisinin keçirdikləri mitinqin qətnaməsində deyi-
lirdi:
“Biz əminik ki, hökumətimiz (Azərbaycan Demokratik Res-
publikası – Ş.N.) döyüş meydanında özünün son üzvünü itirə-
nədək ona etibar etdiyimiz qadın və qızlarımızı qara generalla-
rın əlinə verməyəcək. Nikolayın mənafeyi naminə Port-Artur
civarlarında fərqlənmiş şücaətli hərbi nazirimiz Mehmandarov
bizim mahalda olduğu vaxt gözündə yaş damlaları süzüldüyü
halda, vətən, qadın və qızlarımızın, ana və bacılarımızın namu-
sunun müdafiəsi yolunda canından belə keçməyə hazır olduğu-
nu bildirmişdi”.
Lakin işlər elə dəyişdi ki, dünyanın çərxi sanki tərsinə fırlan-
dı. Dindarla dinsizin müharibəsi başlandı. Bu döyüşlərdə biz
çoxlu tələfat verdik. Azərbaycanı içəridən “yeyən” S.Şaumyan,
T.Amirov, S.Lalayev, Avakyan kimi daşnaklar quzu cildində
qurd olmuşdular. Onların quldur dəstələri gecələr müsəlman
evlərinə hücum edir, kəndlilərin silahını əlindən alır, vəhşicəsinə
döyürdülər. “Azərbaycan” qəzeti (17 mart 1919, №67) yazırdı ki,
Qafqaz cəbhəsindən türk orduları geri çəkilərkən Türkiyə
erməniləri Qafqaz erməniləri ilə birləşdilər və birlikdə həmin
hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa başladı-
lar. Bir tərəfdən Andronikin, digər tərəfdən isə erməni generalla-