ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə141/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   137   138   139   140   141   142   143   144   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

448


Bolşevizmə qarşı mübarizədə

Hökumətin  fəaliyyətinin  əsasında  Azərbaycanın 

müstəqilliyi durur və mən şübhə etmirəm ki, bol şe-

viklərin  dağıdıcı  cəhdlərinə  qarşı  zəruri  tədbirlər 

görüləcəkdir.  Mən  öz  tərəfimdən  bolşeviklərin  Bakı 

qarnizonu qoşunlarına partlayıcı təsirindən ehtiyat 

edirəm. Belə ki, Bakı indi Zaqafqaziya bolşeviklərinin 

fəaliyyət mərkəzi hesab edilir.

General  Səməd  bəy  Mehmanda-

rovun Nazirlər Kabinetinin sədrinə 

1919-cu il 21 aprel tarixli raportun-

dan.

Rotmistr İlyas Əliqulu oğlu Şahtaxtinskinin 29 iyun 1920-ci 

ildə bolşeviklərə verdiyi istintaqın protokolundan:

“–…Hərbiyyə  naziri  Səməd  bəy  Mehmandarova  gəldikdə  deyə 

bilərəm ki, o da bolşeviklərə və Sovet hakimiyyətinə düşmən kimi mü na-

sibət bəsləyirdi. Ona görə belə deyirəm ki, o, bolşevikləri həbs etdirərdi. 

Məsələn, Babayev Cəfəri göstərə bilərəm, onu Mehmandarovun şəxsi 

əmrinə əsasən təkadamlıq kamerada gündəlik bir parça quru çörək və 

bir parça su ilə saxlayırdılar. Habelə Mehmandarovun bol şevizmdə əli 

olanların hamısını həbs etmək və ciddi rejim altında saxlamaq barədə 

sərəncamı da vardı”. 

Həmin bolşevik Cəfər Babayev 1960-cı ildə “Canlı xatirələr” 

adlı 69 səhifəlik bir kitabça nəşr etdirib. Onun xatirələrindən belə 

məlum olur ki, Bakını və Azərbaycanı daşnak ermənilər, istilaçı 

ruslar daha çox sevirmiş, nəinki müsavatçı azərbaycanlılar. Özü-

nü bolşevik qəhrəmanı kimi təqdim edən C.Babayevin oturub-

durduğu adamlar A.Mikoyan, S.Şaumyan, M.Babayan, T.Qəhrə-

manyan, Ə.Qarayev, R.Axundov və başqaları olub. Onun yazıla-

rında  müsavatın  əsgəri  də,  zabitləri  də  savadsız  və  amansız 

təsvir edilir. Bircə epizodda Babayev həqiqətdən qaça bilməyib




Şəmistan Nəzirli

449


“Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas dişlərini 

qıcıdıb  bolşevikin  üstünə  elə  təpindi  ki,  səsinin  zərbəsindən 

pəncərələrin şüşələri cingildədi”. 

Zənnimcə, general Tlexas vətənini düşmənə satmaq istəyən bol-

şevik Məmmədağa İbrahimovla sərt rəftar etməkdə çox haqlı idi.

Bütün  bunlardan  sonra  1919-cu  il  avqustun  15-də  əsgəri 

xidmətə çağırılan bolşevik C.Babayev yazır: “…Mənə hərbi çağı-

rış  vərəqəsi  gəldi.  Müsavat  ordusuna  çağırıldım.  Bir  işə  bax, 

düşmən  bildiyim,  gecə-gündüz  əleyhinə  mübarizə  apardığım 

mü savat partiyasının ordusunda xidmət etmək üçün əsgər çağı-

rıldım. Mən kimə qarşı vuruşmağa göndərilirdim? Öz xalqıma 

qarşımı? Mən bir ovuc bəyin, mülkədarın mənafeyini qorumaq 

üçün müsavat ordusuna əsgər getməli idim. 

Məni  dəhşət  götürmüşdü. Acığımdan  az  qala  çağırış  vərə-

qəsini cırıb, Bakıdan qaçmaq və ilim-ilim itmək istəyirdim. Mən 

Bakı partiya təşkilatımızın rəhbərinə bu məsələni danışdım və 

bildirdim ki, fərari olacağam. 

– Yox, sən orduya getməlisən, – deyə Anastas İvanoviç Miko-

yan heç gözləmədiyim halda sözümü kəsib dilləndi. 

Mən özümü saxlaya bilməyib tez cavab verdim: 

– Nə üçün? 1918-ci ildə müsavatçılar məni Gəncə Hərbi Mək-

təbinə aparanda bolşevik partiyamız etiraz edirdi. Deyirdilər ki, 

necə olursa olsun orduya getməməlisən. İndi isə…

– Bəli, o vaxt bambaşqa idi. Onda sənin inqilabi təcrübən yox 

idi. Müsavatçılar səni yoldan döndərə bilərdilər. Sən indi ordu-

da  əsgərlər  arasında  partiya  təbliğatı  apara  bilərsən,  onları 

bolşeviklərin tərəfinə çəkməyi bacararsan. 

Bir  azdan  məni  Qusardakı  dördüncü  Tatar  süvari  alayına 

yazdılar. Poqonu əlimə alanda elə bil ki, məni ilan vurdu. Onu 

çiynimə vurmaq istədim. Elə o dəqiqə bu hərəkətim alay zabiti 

Amloxvarinin  gözünə  dəydi.  O  mənə  elə  bir  sillə  çəkdi  ki, 

əlimdəki şeypur yerə düşdü… ” 

Bolşevik “vətənpərvəri” C.Babayevin öz millətinə “xidməti” 

göz  qabağındadır.  Hərbi  nazir  Səməd  bəy  Mehmandarov  onu 




General Əli ağa Şıxlinski və silahdaşları

450


həbs edib təkadamlıq kamerada bir parça quru çörək və bir par-

ça su ilə saxlamaqda tamamilə haqlı idi. 

Burada S.Mehmandarovun “günahı” ondadır ki, gərək ideya 

düşməni olan bolşevik C.Babayevi güllələtdirəydi. Onda xalqı-

mıza  qara  yaxanın,  orduda  zərərli  bolşevik  təbliğatı  aparanın 

heç olmasa biri də əskik olardı. 

* * * 

İstər Səməd bəy Mehmandarov, istərsə də Əli ağa Şıxlinski 



uzunillik ordu həyatında siyasi partiya və qurumlardan uzaq ol-

muşlar. Onların ən ümdə vəzifəsi Vətəni, torpağı yağılardan qo-

rumaq üçün nizami qoşun yaratmaq idi. İyirmi səkkiz aprel çev-

rilişinin  səhəri  onları  dindirən  bolşevik  çekistləri  hər  ikisinə: 



“Hansı  siyasi  partiyanın  və  ya  inqilabın  mənafeyini  müdafiə 

edirsiniz? ” – sualını vermişdir. 

General Səməd bəy Mehmandarovun cavabı: “Bütün ömrüm 

boyu mən hər cür siyasətdən uzaq olmuşam”. 

General Əli ağa Şıxlinskinin cavabı: “Hər bir inqilaba əks-

inqilab kimi yanaşmışam, heç vaxt belə şeylərə qoşulmamışam, 

qoşulmazdım da…”. 

Bolşeviklərin  Azərbaycana  hücumuna  düz  bir  il  qalmış  və 

onların  ordudakı  zərərli  siyasətini  əvvəlcədən  hiss  edən  nazir 

S.Mehmandarov  1919-cu  il  aprelin  20-də  Nazirlər  Sovetinin 

sədrinə yazırdı: “Yaxşı olardı ki, Azərbaycan ordusundan azad 

olunmuş rus zabitləri, etibarsız element kimi Azərbaycan hü-

dudlarından kənar ediləydi. Lakin ümumi siyasi vəziyyətin bu 

məsələyə münasibətini bilmədiyimdən, xahiş edirəm, bu haq-

da  mənə  məlumat  verəsiniz.  Sizin  qərarınızın  nəticəsini 

bilmək istərdim”. 

Sovet hakimiyyəti illərində Səməd bəy Mehmandarov haq-

qında cəmi iki: 1946-cı il mayor Hacıağa İbrahimbəylinin “Səməd 

bəy Mehmandarov” (18 səhifəlik) və 1977-ci ildə polkovnik, tarix 

elmləri namizədi Əli Abbasovun “General Səməd bəy Mehman-

darov” (80 səhifəlik) kitabçaları nəşr olunmuşdur. İndiyənədək 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə