Ağa Məhmməd xan Şirazda elm öyrənməyə başladı,
alim oldu və alimlər
içərisində hörmət qazandı.
Ağa Məhəmməd xan onu görənlərin xatirində gözəl, qamətli oğlan kimi
qalmışdı. Onun adı gələndə gözlər önündə gözəl simalı, ruhoxşayan bir növcavanın
surəti canlanırdı.
Yüz otuz doqquzuncu səhifədən:
Ağa Məhmməd xan kiçik qardaşına demişdi:
- Bizim ata-babadan bu yana ən böyük bədbəxtliyimiz Yuxarıbaş tayfası ilə
düşmən olmağımızdır. İkimiz də bir kökdənik, Qacar tayfasıyıq
10
. Birincisi,
istəyirəm biləsən, hər şeydə,
istər müharibə, istərsə də ölkənin idarə işlərində sənin
və mənim məqsədimiz istiqlalımız olmalıdır.
Yüz doxsan beşinci səhifədən:
Ağa Məhəmmədxan belə qərara gəldi ki, Qurana təfsir yazsın və bir az da
yazdı, ancaq o yazıdan əsər qalmayıb. Hərbi ruhiyyə bu adamda daha qüvvətli
olduğuna görə o, Quranın təfsirini yazmağa otura bilmirdi.
İngilis yazıçısı Robert Qrant Uotson on doqquzuncu əsrin ikinci yarısında
İranın tarixinə istinadən yazırdı ki, əgər Napaleon Ağa Məhmməd şah Qacarın
üsulundan istifadə edib mühasirəyə aldığı şəhərin ətrafında əsgərləri üçün yaşayış
evləri tikdirsəydi, onun əsgərləri Rusiyanın soyuğunda məhv olmazdılar.
Avropa tarixçiləri və səyyahlar Ağa Məhmməd şah Qacarı olduğu kimi
təsvir edirlər. Onun qəddarlığından danışdıqları kimi, camaata qarşı mülayim
padşah olduğunu da söyləyirlər.
Əlbəttə, fransız Can Gevr də onun qusurlarından,
sərt və qəddar bir şəxs
olduğundan danışır.
Bütün bu kefiyyətləri ilə yanaşı Can Gevr onun türk olmasını, hətta bir yerdə
onun türk dilində danışmasını da qeyd edir. Milliyyəti azərbaycanlı olan Qacar,
Şah İsmayıl Xətai kimi Azərbaycanın bütövlüyünü yox, İran-fars hakimiyyətinin
mənafeyini güdürdü. O, sələfi Şah Abbas kimi farslaşdırma siyasəti aparmışdır. Nə
sarayda, nə də orduda Azərbaycan dili işlənməmişdir. Xalq şairi Səməd Vurğun
“Vaqif” tarixi dramında Ağa Məhmməd şah Qacarın dilindən nahaqdan yazmırdı
ki, “gərək fars dilində yazsın sənətkar”. Artıq iki yüz ildən çoxdu Qacarın özündən
və nəslindən, çoxsaylı oğullarından danışanda
rus müəllifləri, istər imperiya,
istərsə də sovet dövründə onları “persidskiy prins” kimi yazırdılar.
Demokratiyadan sonra bəzi müəlliflər inadla yazırlar ki, Qacar da, Şah
Abbas da Azərbaycanın xalq qəhrəmanlarır sırasına qoyulmağa layiqdirlər.
Zənimcə, çox tez və tələsik verilmiş qərardır. Bunun üçün Qacar dövrünün İranda
saxlanan arxiv sənədlərində araşdırmalar aparılmalıdır. Hələlik isə Qacar və onun
Azərbaycana yüruşləri möhtərəm oxucunun öz mühakiməsində qalsa yaxşıdır.
Fransız yazıçısı Can Gevrin tarixi romanına və Gürcü çarı II İrakliyə Qacarın
göndərdiyi ultimatuma görə onu xalq qəhrəmanı səviyyəsində görmək tarixi səhv
olmazdımı?
10
Irаndаkı türkdilli Аğbаşlılаr tаyfаsı dа Qаcаrlаrın bir qоludur. Аğа Мəhəmməd şаh
Qacar dövründə onlar da
İranın və Azərbaycanın siyasi həyatında fəal rol oynamışlar - Ş.N.
* * *
Əminə Pakrəvan 1963-cü ildə Parisdə “Nouvelles Edişəniz Debresse”
nəşriyyatında “Ağa Məhəmməd xan Qacar” kitabını nəşr etdirmişdir. Əmrəvan
həm də “Rrinsesans Histori” (“Tarixsiz şah”) kitabının müəllifidir. Bu əsərinə görə
o, 1951-ci ildə Fransada Rivarol mükafatını alıb. Qacarlar sülaləsi haqqında
kitabları ilə tanınan Əminə Pakrəvan Fətəli şah Qacarın mərd, fədakar oğlu
haqqında “Abbas Mirzə” kitabının da müəllifidir. Onun 1995-ci ildə Parisdə nəşr
olunmuş Qacar sülaləsi haqqında kitabından iki epizodu Azərbaycan oxucusuna
təqdim edirəm. Həmin kitabı Qacar sülaləsinin sonuncu tacidarı olan Əhməd şah
Qacarın birbaşa davamçısı şah Əli Qacar nəşr etdirmişdir.
“XVIII əsrin sonu İran üçün qaranlıq və kədərli dövr olmuşdur. Aramsız
vətəndaş müharibələri və büsbütün özbaşınalıq bizim doğma vətənimizi diziüstə
çökdürmüşdü. Mərkəzdən qaçan qüvvələr həmişə dalbadal azğınlıq və qəzəblə
torpaqları tayfa (qəbilə) başçıları və feodal lordlar arasında bölüşdürmüşlər. Sonra
bizim uzun əsrlik tariximizdə tez-tez baş verdiyi kimi bir adam peyda oldu.
Elə bir
adam ki, yaşamaq istəyən millətin iradəsini təmsil edərək həm xalqın birliyini, həm
də firavan həyatını özünə qaytardı. Əlində qılınc və məşəl tutan bu adam
imperiyanı yenidən bərqərar etdi. Onun əldə etdiyi nailiyyətlər nəticəsində
uçuruma doğru gedən qədim İran özünə gəldi. Millətin yenidən dünyaya gəlişində
onun ürəyi də, milli ruhu da özünə qaytarıldı. Çingiz xanın
nəslindən olan Ağa
Məhmməd xan Qacar qəddar, rəhmsiz hərbçi və fanatik (xəyali) tacidar kimi öz
davamçılarına feodal faristanını müasirləşməyə gətirib çıxarmaqda arxa-dayaq
duracaqdır.
Xalqın ən çox qorxduğu şey daxili çəkişmələr idi. Tacidar olmayanda qanun
da, yardım da ədalətsizliyin qurbanı olmuşdur. Belə olanda yalnız ac yalquzaqlar
peyda olub, bir anlıq mənfəət uğrunda
bir-birini didişdiriblər, ya da gələcəkdəki
marağı naminə sərgüzəştçi bir sərkərdənin böyür-başında toplaşıblar. Heç bir kəs
Qacar sülaləsinin banisinin İranın yenidən dünyaya gəlişi tarixində çox əhəmiyyətli
və vacib yerini, mövqeyini dana bilməz. Onun arzu və istəkləri dahiyanə idi, ona
görə ki, Qacarlar şəxsi maraqdan, eləcə də ailə marağından çox-çox uzaq idilər”.
* * *
Şahzadə Bəhmən Mirzə Qacar və onun nüfuzlu nəsli haqqında araşdırmalar
apardıqca düşünürdüm ki, Sovet dövründə bu soyadı saxlamaq böyük
cəsarət tələb
edirmiş. Ona gör də Qacar soyadını bizim dövrümüzdə çox az adamlar yaşadıbdır.
Sovet dövründə çıxan kitab və məqalələrdə şahzadə Bəhmən Mirzənin
“arvad düşkünü” olması fikrinə rast gələndə əsəbiləşdim. Demək, Şuşalı
“bələdçim” ancaq bu dövrün ədəbiyyatını mütaliə eləyibmiş. Bu dövrdə yazılan
elmi-tarixi əsərlərimizin demək olar ki, hamısında şahzadə Bəhmən Mirzə Qacarın
adı pisliyə çəkilib. Kimi onu “padşahpərəst”, kimi “intriqaçı”, kimi də “arvad
düşkünü” adlandırıb.
Doğrudanmı şahzadə Bəhmən Mirzə Qacar “arvad düşkünü” olub?