Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə35/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   31   32   33   34   35   36   37   38   ...   87

Bir ailədə oğlan ciddi-cəhdlə ilk dəfə Tövbə sirrini qəbul
etməyə   hazırlaşdı,   keşişi   diqqətlə   dinlədi   və   müqəddəs
imanımızın   həqiqətlərini   bütün   qəlbi   ilə   qəbul   etdi.   O
yaxşı yadda saxladı ki, insan üçün ən böyük bədbəxtlik
ağır   günahdır,   çünki   günah   edən   insan   İlahi   lütfü,
göylərdə   olmaq   imkanını   itirir   və   şər   ruhun   əsarətinə
düşür. Bir müddət sonra valideynlər gördülər ki, onların
uşağı   kədərlidir,   yemək   istəmir,   bacı-qardaşları   ilə
oynamaq   istəmir,   az   danışır.   Ana   onunla   danışmaq
qərarına gəldi. Oğlan ağlayıb dedi ki, bir neçə gün əvvəl
o,   ağır   günah   etdi,   indi   isə   narahatçılıq   və   təşvişdə
yaşayır.   Uşağı   onun   dərdində   dəstəkləmək,   Allahın
mərhəmətinə   qəlbində   ümid,   səmimi   kədər,   qəti   islah
olmaq   niyyəti   yaratmaq   və   səmimi   imanla   tövbəni
həvəsləndirmək əvəzinə ana yüngülləşib dərindən nəfəs
aldı və dedi: «Eh, sən məni çox qorxutdun! Mən də elə
bilirdim ki, doğrudan da pis iş baş verib; elə bildim ki,
xəstələnmisən yaxud yaxın adamlardan birinin xəstəliyi
ya dərdi barədə bilirsən və bizə demək istəmirsən. Sən
isə   günah   etmisən!   Fikir   eləmə!   Kilsəyə   gedib   tövbə
zamanı keşişə hamısını danışarsan və bununla da hər şey
düzələr.   Get   uşaqlarla   oyna!»   Ananın   sözləri   oğlanı
sarsıtdı.   Elə   çıxır   ki,   ana   günaha   müqəddəs   imanın
öyrətdiyi kimi baxmır! «Fikir eləmə! Ağır, ölümə aparan
günah – bu qorxulu deyil, tövbə zamanı bu barədə keşişə
deyərsən və hər şey yaxşı olar». Uşağın ürəyinə ağırlıq
çökdü. Zavallı ananın nə etdiyindən heç xəbəri də yox idi.
Oğlunu ömürlük necə yaraladığını bilmirdi! O öz övladını
inamsızlığa və riyakarlığa düçar etdi. O gündən etibarən
o, günahları etiraf etməyə gələcək və keşişin simasında
~ 195 ~
195


Allaha   deyəcək   ki,   ağır   günahları   ilə   o,   cəhənnəm
əzablarını   qazandı,   amma   ürəkdən   kədərlənir,   islah
olmağa   söz   verir,   eyni   zamanda   ürəyinin   dərinliyində
fikirləşəcək   ki,   onun   günahı   xırda   bir   şeydir   və   tövbə
hücrəsindən uzaqlaşandan bir neçə gün sonra, bəlkə də
bir neçə saat sonra rahat və laqeyd olaraq eyni hərəkəti
edəcək.
Yalnız   iman   bizə   günahın   nə   olduğunu,   həqiqətən,
anlamağa   kömək   edə   bilər.   Sualımıza   cavab   tapmaq
üçün Müqəddəs Yazıya müraciət edək. «Demə: «Günah
etdim, nə oldu?», çünki Rəbb çox səbirlidir» (Sir 5, 4), –
deyə   müdrik   adam   xəbərdarlıq   edir.     Allahın   hədsiz
mərhəməti   Rəbbin   gözlərində   günahın   kiçik   bir   şey
olduğunu göstərmir. 
Günah   edən   mələklərin   yoldan   azmasını   xatırla.
Səmavi ruhlardan ən gözəli olan Lüsifer («parlaq ulduz,
dan   oğlu»),   qürur   və   təkəbbür   tələsinə   düşüb   Allaha
qarşı üsyan edir və öz tərəfinə başqa mələkləri də çəkir.
O   andaca   onların   mahiyyəti   dəyişir.   Onların   dillə   ifadə
edilə bilməyən sevinci və zövqü olan Allah məhəbbəti bu
andan etibarən onların dözülməz əzablarının səbəbi olur.
Onların həqiqətə xidmət etməyə çağırılmış ağılları yalan
mənbəyinə çevrilir. Məsih göydən düşmüş Lüsifer barədə
dedi:   «Yalan   söyləyəndə   öz   xasiyyətinə   görə   söyləyir,
çünki yalançıdır və yalanın atasıdır» (Yəh 8, 44). Günaha
batmış mələklərin xeyirxahlığa cəhd etmək üçün yaranan
iradəsi   yalançı   olur   və   şərə   səy   göstərməyə   çalışır.
Təbiətcə   təmiz   olan   ruhu   «murdar   ruh»   olur,   onlar
səmavi gözəlliyi itirərək nəinki mələklər, hətta adamlar
üçün də eybəcər, iyrənc və mənfur olurlar. Onlar dərhal
~ 197 ~
197


və   həmişəlik   mühakimə   olundular.   Onlar   üçün
bağışlanma yoxdur və heç vaxt olmayacaq, onların xilası
mümkün deyil! Bir günaha, bir günahlı fikrə və niyyətə
görə   əbədi   mühakimə   və   əzab!   Həqiqətən,   bu   insan
dərrakəsindən üstündür! Bu günah faciəsini insanlardan
heç kim heç vaxt anlaya bilməyəcək. Peyğəmbər Yeşaya
nida edir: «Ey parlaq ulduz, dan oğlu, necə də göylərdən
yerə   düşdün!   Ey   millətləri   tapdalayıb   keçən,   necə   də
yerə   yıxıldın!   Sən   ürəyində   dedin:   «“Göylərə
qalxacağam,   taxtımı   Allahın   ulduzları   üzərində
ucaldacağam...   uca   buludların   üzərinə   çıxacağam,
Haqq-Taala   kimi   olacağam”»   (Yeş   14,   12-13).   Öz
şagirdlərinə   qürur   və   təkəbbürün   dəhşətli   nəticələrini
göstərən Məsih deyir: «Mən şeytanın ildırım kimi göydən
düşməyini   görmüşdüm...»   (Luka   10,   18).   Allahın
mərhəməti sonsuzdursa, cəza nə üçün bu qədər sərtdir?!
Doğrudan   da,   «qanunsuzluğun   sirri»   çox   böyükdür!
Görün günahın şəri nə qədər böyük və hədsiz idi ki, son
dərəcədə   xeyirxah   və   mərhəmətli   olan   Allah   üsyançı
mələkləri belə, cəzalandırmağa məcbur oldu.
Adəm   və   Həvvanın   günahını   xatırlayaq.   Paxıl   iblis
onları   «Yox,   əsla   ölməzsiniz.   Əksinə,   Allah   bilir   ki,   o
meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə
şəri bilərək Allah kimi olacaqsınız» (Yar 3, 4-5) sözləri ilə
yoldan çıxartdı, ürəklərində Allaha inamsızlıq yaratdı. O,
insanda şöhrətpərəstlik və qürur hissi oyatdı və Allahdan
dönməyə   vadar   etdi.   Onların   günahı   Yaradandan   üz
döndərmələridir,   sanki   Allah   mövcud   deyilmiş   kimi,
istədikləri kimi yaşamaq üçün Onsuz olan həyat yolunu
seçmələridir. İnsan nəsli necə də cəzalandı! Bu günahın
hədsiz   ağırlığını   onun   nəticələrindən   bilmək   olar.
~ 199 ~
199


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə