günahına görə mərhəmət diləyən padşah Davudun
tövbəsini Allah necə də böyük sevgi ilə qəbul etdi!
Lakin Allahın mərhəməti İsa Məsihdə kamilcəsinə izhar
olundu. Onun bütün işləri günahkarların xilasına
yönəlmişdi. Müqəddəs Həvari Pavlos Onun Xilaskarlıq
missiyasını növbəti sözlərlə yekunlaşdırır: «Məsih İsa
günahkarları xilas etmək üçün dünyaya gəldi... O
günahkarlardan ən betəri mənəm» (1Тiм 1, 15). Hətta
fariseylər Onu «vergiyığanların və günahkarların dostu»
adlandırırdılar, buna İsa belə cavab verirdi: «Sağlamların
deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil,
günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm» (Luka 5,
31-32). O daim Allahın məhəbbəti və mərhəməti barədə
öyrədir, bu barədə məsəllər danışır. Mərhəmətli ata və
azmış oğul barədə olan məsəl İlahi məhəbbəti daha
yaxşı çatdırır. Atası qarşısında təqsirini və itaətsizliyini
dərk edən oğul peşman olur və tövbə edir. Onda ona
sadə həqiqət açılır: yeganə çıxış yolu atasının yanına
qayıtmaq və ondan bağışlanma diləməkdir. Bəs atası
onu necə qəbul etdi? O heç oğlunun etirafını sona qədər
dinləmək istəmədi. O, oğlunda tövbə görür və bu ona
kifayətdir! Diz çökən oğlunu qaldırır, onu qucaqlayır və
öpür! Nəinki hər şeyi bağışlayır, hətta onun itirdiyini ona
qaytarır: ona ən yaxşı paltar gətirməyi əmr edir,
ona oğul
hüququnu qaytarır və onun şərəfinə təntənəli, sevincli
ziyafət təşkil edir.
İsa bizə bu rəhmli atada son dərəcədə mərhəmətli
olan Allahı görməyi əmr edir. Əlbəttə, Rəbbin övladlarını
sevməsi və hər şeyi bağışlaması İsanın məsəlində olan
atanın məhəbbət və mərhəmətindən üstündür, lakin
Onun nümunəsi Allahın biz günahkarlara münasibətini
~ 183 ~
183