Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə39/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   35   36   37   38   39   40   41   42   ...   87

Sonra   günahların   mənbəyinə   və   əsas   səbəblərinə
diqqət   yetirmək   lazımdır.   Ola   bilsin   ki,   tez-tez   günah
etməyin   səbəbi   dua   çatışmamazlığı,   İlahi   Liturgiyada
iştirak etməmək və Tövbə ayinindən yayınmaqdır. Yaxud
bizdə   anadangəlmə   olan   (əsəbilik,   həddindən   artıq
cismanilik,   qəmginliyə   və   məyusluğa   meyl)   və   ondan
azad   olmaq   üçün   üzərində   az   işlədiyimiz   bir   pis   meyl
buna gətirib çıxarır? Ola bilsin ki tez-tez günah etməyinin
səbəbi     tovlanmaya   məruz   qalmamaq   üçün   yaxa
qurtarmadığın bir insan, yer yaxud əşyadır?
Vicdan   sınağının   nizamlı   olmasından   ötrü   onu   təklif
olunan növbəti üsulların biri ilə etmək olar:
1.  Allahın   on,   Kilsənin   beş   əmrinə   və   yeddi   əsas
günaha uyğun. Vicdanı bu üsulla sınayanda növbə ilə hər
əmri   yada   salmaq,   əmrin   nəyi   tələb   etdiyi,   nəyi   isə
qadağan   etdiyi   barədə   düşünmək   lazımdır   və   sual
vermək   lazımdır:   əmrin   söylədiyini   tam   yerinə
yetirmişəmmi və mən əmrin qadağan etdiyini fikir, söz
və ya əməllə etməmişəmmi?
2.  Allaha,   başqa   adamlara   və   özümüzə   olan
borcumuza uyğun. Vicdanı bu üsulla sınayanda özümüzə
sual   veririk:   Allahla   münasibətdə   borclarıma   etinasızlıq
göstərməmişəmmi və Ona olan məhəbbətimə zidd olanı
etməmişəmmi?   Sonra   eyni   sualları   başqa   adamlar   və
özümüzlə   olan   münasibətimizə   aid   edirik.   Vicdan
sınağının bu üsulu imanını daha dərindən tanıyan, şüurla
kamilliyə   can   atan   və   daim   Müqəddəs   Kilsə   həyatında
iştirak edənlərə daha çox uyğundur.
3.  Öz   fikirlərini,   söz   və   əməllərini   tədqiq   etmək.
Vicdanın   bu   sınama   üsulu   ruhani   həyatın   artıq   kifayət
qədər inkişaf etmiş səviyyəsini tələb edir.
~ 223 ~
223


Fransada Ars icmasının baş keşişi Müqəddəs Jan Mari
Vianney bir dəfə Kilsəyə gedəndə bir adama rast gəldi.
Rəbbin
 
günündə ibadətə getmək əvəzinə bu adam gözəl
ov iti ilə düzənliyə yola düşürdü. Keşiş dayandı və dedi:
«Əziz   dost,   arzu   edirəm   ki,   qəlbin   itin   qədər   gözəl
olsun».   Din   xadiminin   bu   sözləri   ovçuya  toxundu   və   o
çox   fikirləşdi:   «İtim   cins   olsa   da,   qəlbimi   onunla
müqayisə   etmək   olarmı?   Məgər   qəlbim   o   qədər
eybəcərdir?»   Sonra   özünə   gəlməyə   başladı,   vicdanını
sınadı və gördü ki, onun sevdiyi hər şey Allaha məqbul
deyil.   Artıq   o,   neçə   ildir   ki,   tövbəyə   getmir   və   günahı
sevir. Özünə diqqət yetirdikcə daha çox kədərlənir və bu
vaxta qədər sevdiyi şeylərə nifrət hiss edirdi (şərab, ov,
günahlı   cismani   həzz).   Axırda   ürəkdən   kədərlənərək   o,
Tövbə ayininə gəldi və həyatını dəyişdi.
«Qanunsuzluqlarımı   bilirəm,   günahım   daim   gözümün
qarşısındadır»   (Zəb   51,   5),   –   deyə   padşah   Davud   nida
edir.
Vicdanı   diqqətlə   sınamaq   çox   vacibdir.   Günahlarını
tanımayan   adam   onlara   görə   kədərlənə   bilməz.
Günahlarını   görməyən   adam   onları   etiraf   edə   bilməz.
Allahdan   üzr   istəməyən   insanın   günahları   bağışlana
bilməz.   Bu   kitabın   ikinci   (təcrübi)   hissəsində   verilən
suallar   vicdanını   sınamaqda   sənə   kömək   edə   bilər.
Əlbəttə, onlar mümkün olan bütün günahları sadalamır,
çünki   vicdan   hər   bir   insanın   məxfi   hissəsidir,   lakin   bu
kitabın   ikinci   hissəsində   yerləşdirdiyimiz   suallar   sənə
müəyyən   vaxtdan   sonra   vicdanını   ətraflı   sınaqdan
keçirməyinə kömək edəcək.
~ 225 ~
225


4. 2. GÜNAHLARA GÖRƏ KƏDƏRLƏNMƏ
Tövbə   edən   şəxsin   etdiyi   hərəkətləri   sırasında
günahlara görə kədərlənmə birinci yer tutur. Kədərlənmə
«qəlbin ağrısı və gələcəkdə daha günah etməmək qərarı
ilə etdiyin günaha nifrətdir» (KKK 1451). 
Səmimi kədərlənmə və islah olmaq barədə qəti niyyət
bu günahların bağışlanması üçün ən əsas şərtdir. Bəzən
insan bütün günahlarını yada sala bilmir (xəstəliyə görə
yaxud   uzun   müddət   tövbəyə   getmədiyinə   görə)   yaxud
xəstəliyi üzündən danışa və günahlarını tövbə edə bilmir.
Lakin əgər o islah olmaq niyyəti ilə səmimi kədərlənirsə,
onda bağışlanır. Əgər insanın günah etməmək niyyəti və
səmimi   kədəri   yoxdursa,   o   heç   cür   bağışlana   bilməz.
Təəssüfsüz   tövbənin   faydası   yoxdur   və   xilasedici
bağışlanma səmərəsi vermir.
Bəzi  insanlar deyir:  «Tövbə  ayinində  hər bir  günahın
bağışlanması barədə Katolik Kilsəsinin təlimi ilə razılaşa
bilmirəm.   İstədiyini   edirsən,   ən   ağır   cinayətləri
törədirsən,   sonra   da   tövbəyə   gəlib   keşişə   danışırsan,
bununla   da   iş   bitir,   bütün   günahların   buraxılır,   yenə
etdiyini edə bilərsən. Bu necə ola bilər?» Bu insanların
belə təsəvvürü bağışlanma üçün günahın təkcə etirafının
kifayət   olduğunu   zənn   edən   bəzi   məsihçilərin   yüngül
düşüncəli   nümunəsinə   görə   yaranıb;   əslində   isə
bağışlanmaq   üçün   şərtlərin   beşini   də   yerinə   yetirmək
lazımdır,   onlardan   ən   əsası   kədərlənmədir.   Səmimi
təəssüfsüz   tövbə   kirli   paltarın   sabunsuz   soyuq   suda
yuyulmasına   bənzəyir.   Belə   yuyulan   paltar   daha   da
kirlənir,   korlanır  və   sonra   onu   yuyub   təmizləmək   daha
~ 227 ~
227


çətin   olur.   Günahlarına   görə   heyfsilənmədən   Tövbə
ayinində iştirak edən insan da nəinki günahlarından azad
olmur, əksinə, daha da çox günaha batır.
Kədərlənmə   günahlara   görə   qəlbin   ağrısı   və
təəssüfüdür;   mən   dəqiq   bilməliyəm   ki,   etdiyim   əməl
pisdir,   Allaha   məqbul   deyil   və   bu   daha   davam   edə
bilməz. Dərk etməliyəm ki, mən Allahı təhqir etmişəm,
cəzaya layiqəm və buna görə də Ondan üzr diləməliyəm.
Kədərlənmə  fövqəltəbii,  səmimi  (daxili,   ürəkdən),
güclü (hər şeydən üstün) və ümumi olmalıdır.
Fövqəltəbii  kədərlənmə.   Günah   insanın   yer  üzündə
bir   çox   bəlasının   səbəbidir   (xəstəliklər,   mülkün   və   ya
şöhrətin   itirilməsi,   həyata   həvəssizlik).   Lakin   günah
barədə   kədərlənməyin   əsas   səbəbləri   bunlar   deyil.   İlk
növbədə ona görə kədərlənmək lazımdır ki, ağır günah
edən insan İlahi lütfü itirir və cəhənnəm əzablarına layiq
olur.   İnsan   bu   niyyətlə   (Allahı   təhqir   etdiyinə   və
cəhənnəmi qazandığına görə) kədərlənəndə onun kədəri
Rəbb Allahın gözlərində dəyərlidir və bu kədərlənmə ona
bağışlanma gətirə bilər.  İnsan xeyirxah  və sevən Allahı
təhqir   etdiyinə,   Ona   ağrı   verdiyinə,   Allahın   ona   olan
məhəbbətinin   cavabında   itaətsizlik   göstərdiyinə   görə
təəssüf edəndə kədərlənmə mükəmməl olur. İnsan Rəbb
Allahı təhqir edərək əbədi rədd olunma və cəhənnəmdə
əzablar   qazandığına   görə   təəssüf   edirsə,   kədərlənməsi
daha az mükəmməl olacaq. 
Səmimi  (daxili,   ürəkdən)   kədərlənmə.   Təəssüf   süni
olmamalıdır,   qəlbin   ağrısı   və   günaha   nifrət   insanın
ürəyində olmalıdır, bunu Allah görür. Göz yaşı, ah çəkmə,
~ 229 ~
229


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə