əhəmiyyəti yoxdur.
Kilsə insan həyatına qarşı olan bu cinayətə kilsə
qaydaları ilə müəyyən olunmuş kilsədən uzaqlaşdırma
cəzasını tətbiq edir. «Əgər abort edən məqsədinə nail
olsa, kilsədən uzaqlaşdırmalıdır (ekskommunikasiya)
latae sententiae (qanunun özünün gücü ilə bağlanan)»
(KKK 2272). Əgər hamiləlik ləğv olunursa, nəinki ölən
uşağın anası, eləcə də buna razılıq verən atası, bu
proseduranı həyata keçirən həkim, həmçinin ananın
bətnindəki uşağın öldürülməsi barədə qərarın qəbul
edilməsinə hədələri, yaxud məsləhətləri ilə təsir
göstərən başqa adamlar da Kilsədən uzaqlaşdırılmalıdır.
Hər bir həkim təsdiq edir ki, ananın bətnindəki döl
insandır. Döllənmədən başlayaraq, hər bir insanın
tərcümeyi-halı belədir:
* 18-25 gün – ürək döyünməyə başlayır;
* 20 gün – sinir sistemi formalaşır;
* 45 gün – beynindəki elektromaqnit dalğaları qeyd
olunur;
* 8 həftə – beyin və fizioloji sistem formalaşır;
* 9-10 həftə – uşaq gözlərini qıyır, dilini tərpədir,
yumruğunu sıxır;
* 11-12 həftə – uşaq baş barmağını sorur, mayeni
udur, tənəffüs orqanları inkişaf edir, dırnaqları yaranır;
* 16 həftə – göz qapağı yaranır.
Bunu bilən insaflı və hər bir həyatın xilası barədə
Hippokrat andını xatırlayan həkim ananın bətnindəki
insanın həyatını məhv edə bilməz.
Tibb elmi hamiləliyin ləğvinin təhlükəli prosedura
olduğunu söyləyir. Statistika təsdiq edir ki, daha çox
qadın ağır doğuş səbəbindən deyil, hamiləliyin ləğvi
~ 457 ~
457
səbəbindən ölür. Bu prosedura qadının ölümünə səbəb
olmasa da, bir çox xəstəliklərin səbəbi olur. Bəzi
ölkələrdə bətnindəki insan həyatını məhv etməyə qərar
verən hər bir qadın növbəti ərizəyə qol çəkməlidir:
Mən,
............................................................,
hamiləliyin ləğvinə qərar verirəm və bildirirəm ki,
mümkün olan növbəti ağırlaşmalar barədə
məlumatım var: uşaqlığın deşilməsi, qanaxma,
yoluxma, həmçinin xərçəngə, venaların tromb
iltihabına, uşaqlıq xaricində olan hamiləliyə,
hamiləliyə qabil olmamağa gətirib çıxaran eroziya.
Tarix:
İmza:
Bu, qadının psixikasına daha ağır təsir göstərir. Allah
ona güclü analıq hissi və incə ürək verib, buna görə də
öz bətnində canlı uşağın öldürülməsi onun psixikasına
ağır və unudulmaz təsir göstərir, bu da əsəbilik, vicdan
əzabı, depressiya və nevroz vəziyyətlərinə gətirib çıxarır.
Ürəyinin altında daşıdığı uşağını öldürəndən sonra qadın
(təşviq, qərəzli söhbətlər yaxud əri və yaxınları
tərəfindən təzyiqlər nəticəsində), əzab çəkir və çox vaxt
özü bunun səbəbini anlamır, çünki vicdanın səsini
boğmaq mümkün deyil. Qadın Allahın ona verdiyi analıq
təbiətinə, uşaqlara olan məhəbbətinə qarşı gedərək
qəlbində harmoniyanı və həyatın sevincini qoruyub
saxlaya bilmir.
Yer üzündəki birinci qətli yada salaq: Qabil öz qardaşı
Habilin qanını tökür. Allah ondan soruşur: «Qardaşın
Habil haradadır?» (Yar 4, 9). Vicdan səsinin təkrarladığı
bu sual Qabilə çox xoşagəlməzdir, o bu barədə
fikirləşmək və danışmaq istəmir, bunu unutmaq istəyir
~ 459 ~
459
və ona görə də qəzəblə cavab verir: «Məgər mən
qardaşımın keşikçisiyəm?» (Yar 4, 9). Qabilin tövbə etmə-
diyini görən Allah deyir: «Sən nə etdin? Qardaşının
qanının səsi torpaqdan Mənə fəryad edir... Buna görə də
bu torpaqda lənət almısan» (Yar 4,9-11). Eləcə də bu gün
Allah doğulmamış insanı öldürən ata və ananın vicdanına
daim müraciət edir: «Övladın haradadır?» Onlardan bir
çoxu qəzəblə cavab verir: «Nədir, bütün uşaqlara yemək
verməliyik?! Bəs onların sayı üç yaxud dörd olsa, necə?
Bəs Öz ləzzətim üçün nə vaxt yaşayım?» Onda Allah
deyir: «Siz nə etdiniz? Uşağınızın qanının səsi Mənə
fəryad edir!»
Bu gün ailələrin əksəriyyəti seçim qarşısındadır: öz
vicdanını tapdalayaraq uşaqdan azad olmaq yaxud
qəhrəmanlığı seçmək – bütün çətinliklərə və pul
çatışmazlığına, xəstəliklərə və zəif sağlamlığa
baxmayaraq, Allaha etibar etməklə uşağı qəbul etmək.
Məsihin sözlərinə diqqət yetirək: «Kim Mənim adımla
belə bir uşağı qəbul edərsə, Məni qəbul edər» (Mat 18,
5).
Pulun azlığı barədə deyə bilərik ki, həyatda ecazkar
paradoks görünür: bundan çox vaxt varlı adamlar
şikayətlənirlər və onların da ən az övladı olur. Mərhəmətli
Allah isə Onun Əmrlərinə uyğun yaşamaq istəyənlərə
kömək edir. Dünyaya gəlməmiş uşaqların öldürülməsinin
kökü insanların ürəyindəki günahlardadır. Zəngin adamın
pulu həmişə azdır, o, övladlarını deyil, pulu sevir. İmanlı
insan isə Allaha ümid edir, Allah da onu tək qoymur.
Atalar sözü nahaq yerə demir: «Əgər Allah insana həyat
veribsə, ona ruzi da verib».
Dünyaya gəlməmiş övladını öldürən valideynlər öz
~ 461 ~
461
xalqına və öz vətəninə də əl qaldırırlar. Öz övladını səmanı
və günəşi görməkdən məhrum edən valideynlər nəinki
özlərinə və öz övladlarına, həmçinin vətənə və
həmyerlilərinə Allahın cəzasını gətirirlər. Onlar öz xalqının
sayını azaldır, onu ola bilsin ən yaxşı oğul və qızlarından
məhrum edirlər. Tarixi tədqiqatlar təsdiq edir ki, Katolik
Kilsəsinin ən yaxşı övladları, xalqın havadarları və alimləri
çoxuşaqlı ailələrdən gəlir. Müqəddəs Yekaterina Siyenli
ailədə iyirmi beşinci, Müqəddəs Tereza Avilalı ailədə
doqquzuncu uşaq olub, Müqəddəs Foma Akvinalının beş,
Müqəddəs İqnati Loyolanın on, Müqəddəs Bernardın altı
qardaşı və bacısı olub. Böyük şair Lessinq ailədə on
üçüncü, məşhur bəstəkar Hayden on ikinci, rəssam Dürer
on yeddinci, Bencamin Franklin on yeddinci uşaq olub.
Spirtli içkilərdən sui-istifadə etmək zəmanəmizin
ciddi problemlərindən biridir. Bu, təhlükəli dərəcədə artır,
insanı ləyaqətdən məhrum edən və onu heyvanlardan
aşağı endirən bu günahın nəticələrinə qiymət qoymaq
həddindən artıq çətindir.
Sərxoşluq Allahı təhqir edir, çünki sərxoşluq
vəziyyətində Allahın «surətində» (Yar 1, 27) yaranan, yer
üzündə bütün məxluqların ağası, Allahın övladı və
Səmavi Padşahlığın varisi olan insan könüllü olaraq
ağıldan istifadə etmə qabiliyyətini (könüllü dəlilik) və öz
əməllərinə görə cavabdehlik hissini itirir. Müqəddəs Yazı
xəbərdarlıq edir: «Aldanmayın, çünki əxlaqsızlar,
bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,
oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular
Allahın Padşahlığını irs olaraq almayacaq» (1 Kor 6,
9-10). İsa Məsih xəbərdarlıq edir ki, spirtli içkilərdən
~ 463 ~
463
Dostları ilə paylaş: |