Ürək və hisslərin təmizliyi sağlam dostluğa imkan
yaradır, dua, günahların etirafı, Evxaristiya , ruhani kitab
oxuma kimi ruhani məşğuliyyətləri yüngülləşdirir, insanın
gözlərini ruhani suallara açır. «Nə bəxtiyardır ürəyi təmiz
olanlar! Çünki onlar Allahı görəcəklər» (Mat 5, 8), – deyə
İsa öyrədir.
Məsihçi öz vəziyyətinə uyğun olaraq öz əxlaqını –
subaylar, dul kişi və dul qadınlar tam əxlaqı, nikahda
olanlar isə ər-arvad əxlaqını var qüvvələri ilə qorumağa
səy göstərməlidirlər. Vicdanın səsinə qulaq asmaq
zəruridir. Vicdan bizə həya hissinə əsaslanmağı və
sadəliyi gözləməyi öyrədir. Həya hissi bədənin örtülü
qalması gərək olan hissələrini çılpaq etməyə qoymur.
Həya pərtlik hissidir; bizi alçaldan vəziyyətdə başqasının
qarşısına çıxdığımıza görə, həmçinin başqaları bizim
üçün məhrəm olanı görəndə və buna onların ixtiyarı
olmayanda biz dərd çəkirik. Bədənimiz şəxsi və
məhrəmdir, buna görə də ədəbsiz söhbətlərdən,
kitablardan, filmlərdən və zarafatlardan çəkinmək
lazımdır. Spirtli içkilərin sui-istifadəsindən çəkinmək
zəruridir, çünki bu, utancaqlıq və ləyaqət hisslərinin
böyük asanlıqla itirilməsinə gətirib çıxarır. Məryəm
Anadan tez-tez dua istəmək, Onun dualarına tapınmaq
və əxlaqı qorumaq üçün Onun dualarına etibar etmək
lazımdır. Tez-tez günahları etiraf etmək və Evxaristiya
Ayinində iştirak etmək lazımdır ki, İsa bizdə əxlaqi fəziləti
qorusun. Günaha aparan vəziyyətlərdən (yerlərdən,
adamlardan, utancaqlıq hissinin itirilməsinə və günaha
gətirə bilən əşyalardan) çəkinmək lazımdır.
Bir dəfə Müqəddəs Avqustinin yanına bir gənc gəlib
~ 481 ~
481
ondan məsləhət istədi – natəmiz meyllərdən necə azad
olmaq olar? Yepiskop ona cavab verdi: «Oğlum, günaha
aparan şeylərdən çəkinmək lazımdır – bundan daha
təsirli vasitə yoxdur». Gənc sözə baxdı, əxlaqsız
dostlarını tərk etdi, daha çox dua etməyə başladı, faydalı
əməklə məşğul oldu və natəmiz meyllər azaldı. O bu
barədə Yepiskopa söylədi və o dedi: «Günaha aparan
vəziyyətlərdən həmişə çəkin. Əgər sən yüz dəfə
məsləhətə gəlsən, mən sənə eyni sözü deyəcəyəm –
günaha batmağına səbəb ola biləcək yer və insanlardan
çəkin, çünki bu, ədəbsiz günahdan yeganə xilas
yoludur».
Təmiz dağ çayının özünün böyük enerjisi var ki,
bundan dəyirmanların və elektrik stansiyalarının
turbinlərini işlətmək üçün istifadə etmək olar. Bu halda
çay fayda verir. Lakin su axını kənara çıxsa və kirli
dalğaları ilə tarlalardan və kəndlərdən keçsə, lənətə
çevriləcək. Eləcə də Rəbb Allahın verdiyi nəsli davam
etdirmə instinktini insan Yaradanın iradəsinə uyğun
olaraq istifadə etsə və onu idarə etsə – o fəzilət olur,
lakin insan bu qüvvəyə yiyəlik etmirsə və o, insanı
Allaha və məqsədə diqqət yetirməmək halında ardınca
sürükləyirsə, bu instinkt onun özünün və başqalarının
bədbəxtliyinin səbəbinə çevrilir.
Allahın altıncı və doqquzuncu əmrlər nəyi
qadağan edir?
Qeyd etmək lazımdır ki, Allahın VI və IX əmrlərini
şüurlu və könüllü şəkildə pozmaq həmişə ağır günah
~ 483 ~
483
hesab olunur. Günahlı fikir, hiss yaxud arzu tam şüurlu
və könüllü şəkildə insana gəlməyəndə günah kiçik olur.
Əxlaqa qarşı ağır günahlar bunlardır:
Əxlaqsızlıq – subay kişi və subay qadın arasında
cinsi yaxınlıq.
Zina – ər-arvad sədaqətinə xəyanət.
Nikah ayini icra edilmədən birgə yaşamaq,
həmçinin konkubinat (VVAQ-da qeyd olunmadan birgə
yaşamaq) Allahın VI əmrinə qarşı ağır günahdır və
ər-arvadın birgə həyatlarından Allahı kənar etməsidir.
Nikahdan əvvəl yoxlama – əxlaqi əmri ağır şəkildə
pozur və yoxlamanın hədəfinə çevrilən insanın ləyaqətini
təhqir edir.
Yaxın qohumlar arasında cinsi əlaqə – yaxın
qohumlar və qudalar arasında cinsi əlaqə.
Masturbasiya (istimna)
– təklikdə ədəbsiz
hərəkətlər.
Qanuni ər-arvad olmayan şəxslər arasında olan
ehtiraslı toxunmalar, sözlər, baxışlar, sözatmalar
və öpüşlər.
Homoseksualizm iki kişi yaxud iki qadın arasında
cinsi əlaqədir. Bu nəinki əxlaqa, həm də insanın təbiətinə
qarşı olan ölümə aparan günahdır və «səmalardan cəza
üçün fəryad edən» günahlara aiddir (həmçinin «Sodom»
günahı adlanır).
Heyvanlarla cinsi əlaqə «səmalardan cəza üçün
fəryad edən» xüsusilə, ağır cinayətdir.
Könüllü ədəbsiz fikir və arzular günahdır, insan
onlara qalib gəlməyə və diqqətini onlardan çəkindirməyə
çalışmır, əksinə, şüurlu və könüllü olaraq onlarda ləzzət
~ 485 ~
485
axtarır.
Pornoqrafiya – ağır günahdır. Buna görə də ehtirası
qızışdıran ədəbsiz filmlərə baxan, ədəbsiz jurnal və kitab
oxuyan kəs ağır günah etmiş olur. İsa Məsih deyir:
«Qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla
zina etmiş olur» (Mat 5, 28).
Boşanma barədə isə deyə bilərik ki, ər yaxud arvadla
birgə yaşamağın nəticəsində insan imanın itirilməsi, ağır
günah içində yaşamaq, xəstəlik yaxud ölüm təhlükəsi ilə
qarşılaşırsa, həmçinin övladlarını məsihçi olaraq
böyütmək mümkün deyilsə, bu hallarda Katolik Kilsəsi
ər-arvadın ayırmasına icazə verir (ər-arvadın fiziki
ayrılması və birgə yaşamalarının sonu). Lakin qanuni
həyat yoldaşı sağ ola-ola ikinci dəfə evlənməyi Allah
qadağan edir .
Əxlaqa qarşı günah ilk növbədə Yaradana qarşı
günahdır. Allah adamlara verdiyi həyatı ötürmə ənamını
çox ağır qanunu ilə məhdudlaşdırdı. Altıncı əmrə qarşı
edilən günahlar insanın özünə qarşı etdiyi günahlardır.
Müqəddəs Pavlos deyir: «İnsanın etdiyi bütün digər
günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən
öz bədəninə qarşı günah edir» (1 Kor 6, 18).
İnsanın ləyaqətini təhqir edən murdar günah artıq bu
həyatda cəza gətirir: vicdan əzabları, həyatda məyusluq,
iradəsizlik və ümidsizlik – bunlar imanın itirilməsinə və
hətta özünü öldürməyə gətirib çıxarır.
Əxlaqsızlıq və hər şeyə yol vermə ailələri dağıdır,
onlara dava, əzab və lənət gətirir. Pozğunluğa görə
arvadlar, ərlər, uşaqlar əzab çəkir. Ər-arvad
münasibətlərinə xəyanət və boşanmalar övladların
~ 487 ~
487
Dostları ilə paylaş: |