mənəvi pozğunluğuna gətirib çıxarır, həmçinin
valideynlərin və əcdadların xatirəsini ləkələyir. Bir insan
dörd dəfə evləndi və hər bir qadını uşaqla tərk etdi. Onun
ailəsi haradadır, o necə insandır və o, sözün tam
mənasında insandırmı? Axı insana ən çox məxsus olan
xüsusiyyətlərdən biri ailədə doğulmaq və yaşamaqdır.
Həyatı ötürmə sahəsində sui-istifadələr xalqları məhv
edir. Roma imperatorluğu bir neçə əsr ərzində, demək
olar ki, dünyanın yarısına hökm edirdi. Sanki onun
qüvvəti sarsılmaz idi. Lakin o yox oldu. Kim ona qalib
gəldi? Roma şairi Horasi cavab verir: «Zorakılıq və
əxlaqsızlıq onu dəfn etdi». Əxlaqsızlıq romalıların
qəlblərinə xəlvətcə girdi və onlardan həyat suyunu sorub
çıxartdı.
Bu gün gözlərimizin qarşısında hər şeyə yol vermə
şəxsiyyətləri, ailələri və hətta xalqları məhv edir; sanki
istehlak ruhu ilə sərxoş olmuş bu adamlar ürəklərində və
ictimai həyatda əxlaqsızlığa getdikcə daha çox yol
verirlər.
Allahın əmrləri bizim üçün düzgün və yaxşıdır. Buna
görə də olduqca güclü əxlaqsızlıq təbliğatının təsiri altına
düşməyək, əksinə, tam ciddiyyətlə cinsi ifratçılığın
faciəvi nəticələrini dərk edərək gəncləri fəlakətli
səhvlərdən qoruyub saxlamağa çalışaq.
VII. OĞURLUQ ETMƏ
X. HEÇ KİMİN HEÇ BIR ŞEYİNƏ TAMAH SALMA
Torpağı və onun zənginliyini yaradan Rəbb Allah onu
adamlara tapşırdı, torpağın qayğısına qalmalarını, hökm
və idarə etmələrini, həmçinin onun sərvətindən istifadə
~ 489 ~
489
etmələrini arzulayırdı. Hər kəsin torpağın maddi
nemətlərinə sahib olmaq və onlardan istifadə etmək
hüququ var. Maddi nemətlərin məqsədi həyatı
dəstəkləməkdir. Belə nemətlərdən istifadə insan üçün
məqsəd olmamalıdır, çünki bu yalnız həyatı dəstəkləyən,
ruhani inkişaf və Allahla əbədi birlik əldə etmək üçün bir
vasitələrdir.
Xüsusi mülkiyyət hüququ həyatın təbii təməllərindən
irəli gəlir. İnsan müəyyən əşyaya sahibolma hüququna
yalnız onu qanuni yolla əldə edəndə malik olur: əşyanı
özü düzəldir, alır, hədiyyə verir yaxud miras alır.
Mülkiyyət xüsusi (şəxsi), ümumi (məsələn, ailəyə
məxsus: mebel, qab-qacaq) və dövlətin (məktəblər,
xəstəxanalar, nəqliyyat, parklar və meşələr) ola bilər.
Allahın VII və X əmrləri nəyi buyurur?
«Yeddinci Əmr dünyəvi nemətlər və insan əməyinin
bəhrəsini idarə edəndə ədalət və mərhəmət
prinsiplərindən istifadə etməyə göstəriş verir» (KKK
2451).
Xüsusi mülkiyyət hüququ təbii hüquqdur. Bizə qalan
bəşəriyyətin ən qədim sənədləri şəhadət edir ki, hər bir
dövlət vətəndaşlarının xüsusi mülkiyyətini qoruyub və
bu hüququ pozanları (oğruları və quldurları) çox ciddi
cəzalandırıb.
Ailənin mülkiyyətini qorumaq və mümkün qədər onu
çoxaltmaq zəruridir. Valideynlər övladlarında ailələri üçün
əziyyətlə əldə etdikləri hər şeyə ehmallı münasibəti
tərbiyələndirməlidirlər.
İctimai mülkiyyəti qorumaq lazımdır. Buna görə də
~ 491 ~
491
ağacların kəsilməsi, suların çirkləndirilməsi, heyvanların
və quşların məhvi, abidələrin və ictimai binaların
uçurulması günahdır. Məsihçi öz Vətənini, əcdadlarının
yaşadığı, özünün doğulduğu və hal-hazırda sakin olduğu
torpağı sevməlidir. Vətənini sevməyən və öz xalqına
qayğı göstərməyən insan mükəmməl şəxsiyyət ola
bilməz.
Sahibkar vaxtında və ədalətlə işçilərə muzd verməlidir.
O həmçinin müvafiq əmək şəraiti də yaratmalıdır.
Yeddinci və onuncu əmrlər nəyi qadağan edir?
Oğurluq – sahibinin iradəsinə zidd olaraq özgənin
əşyalarını gizlicə mənimsəməkdir.
Qarət – əşyanı zorakılıqla almaqdır.
Fırıldaq – yalanın köməyi ilə maddi mənfəətin əldə
edilməsidir. Məsələn, müəyyən bir əşyanın alqı-satqısı
zamanı meydana çıxa bilər: satıcı onu dəyərindən baha
satmağa çalışaraq köhnə əşyanı təzə yaxud xarab olmuş
əşyanı yeni əşya kimi göstərir. Belə əldə edilmiş gəlir
qanunsuzdur və onu aldadılmış şəxsə qaytarmaq
lazımdır.
Korrupsiya – pulla, rüşvətlə, bəxşiş və s. ilə şəxsləri
qanun və ədalətə qarşı hərəkət etməyə meylləndirmək.
Sələmçilik – faiz əldə etmək niyyəti ilə borc pul
vermək. Müqəddəs Yazı sələmçiliyi pisləyir.
Ədalətlə işləyən adama əmək haqqını verməmək.
Bu, Allaha qisas üçün fəryad edən günahlara aiddir.
Spekulyasiya – süni yolla malların qiymətini
qaldırmaq (alıcının son dərəcədə ehtiyacından yaxud
xəbərsiz olmasından istifadə edərək).
~ 493 ~
493
Qumar oyunu – mənəvi cəhətdən yolverilməzdir,
çünki oyunda qalib gələn qanunsuz yolla maddi nemətə
sahib olur (qazanmır, hədiyyə yaxud miras almır),
oyunda uduzan isə həyat üçün zəruri olan vasitələrdən
məhrum olur.
Keyfiyyətsiz əmək vicdanla yerinə yetirilməmiş işə
görə verilən muzdu almağa ixtiyar vermir.
Sənədlərin saxtalaşdırılması vasitəsilə insan oğru
kimi haqsızlıqla maddi neməti əldə edir.
İsrafçılıq günahdır, çünki ailəni yaxud digər bir
cəmiyyəti zəruri olan şeylərdən məhrum edir. Məsələn,
övladlarını yararlı qidadan məhrum edərək bahalı mebel,
paltar, spirtli içkilər almaq.
Tapılan əşyanı mənimsəmə o vaxt günah olur ki,
əşyanı tapan imkanı olanda onu sahibinə qaytarmır
yaxud sahibini axtarmağa cəhd etmir.
Borcu saxlama – o vaxt günah olur ki, borclu borc
verənin bunu unutduğundan istifadə edərək borcunu
qaytarmır yaxud borcu qaytarmaqdan qaçmağa çalışır.
Özü oğurlamayan və başqasına ziyan verməyən, lakin
başqasını öyrədən, onu maddi ziyan vurmağa təhrik
edən yaxud bunu tövsiyə edən şəxs də günah edir. O,
vurulmuş ziyanın nəticələrinə görə, bilavasitə ziyan
vuranla eyni məsuliyyət daşıyır.
Oğurlamaq yaxud ziyan vurmaq barədə könüllü
arzular və cəhdlər də insanın onlara qalib gəlməyə və
rədd etməyə çalışmadığı təqdirdə günaha çevrilir, çünki
hər bir günah fikirlərdən başlayır.
VII əmrə qarşı günahın ağırlığı qanunsuz
mənimsənilmiş əşyanın dəyərindən, həmçinin vurulmuş
~ 495 ~
495
Dostları ilə paylaş: |