Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə77/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   73   74   75   76   77   78   79   80   ...   87

yaranmasının böyük təhlükəsi barədə tez-tez xəbərdarlıq
edirdi. O, pula və zənginliyə olan məhəbbətin həlakedici
nəticələri   barədə   durmadan   deyirdi:   «Sizə   doğrusunu
deyirəm:   varlı   adamın   Səmavi   Padşahlığa   daxil   olması
çətindir.   Yenə   sizə   deyirəm   ki,   dəvənin   iynə   gözündən
keçməsi   varlı   adamın   Allahın   Padşahlığına   daxil
olmasından asandır» (Mat 19, 23-24). «Heç kim iki ağaya
qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini
sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq.
Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz»
(Mat 6, 24). «İnsan bütün dünyanı qazanıb canını itirərsə,
ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə
bilər?»   (Mat   16,   26).   «Nə   bəxtiyardır   ruhən   yoxsullar!
Çünki Səmavi Padşahlıq onlarındır» (Mat 5, 3).
Gördüyümüz   kimi,   İsa   Məsih   insanın   istifadə   etdiyi
maddi   nemətləri   pisləmir.   İsa   bunlara   qeyri-sağlam
münasibəti – ehtirası və onlara bağlılığı mühakimə edir.
İnsan Allahı və ətrafdakı insanları sevməlidir, sərvəti isə
Allahın   iradəsinə   və   mərhəmət   əmrinə   uyğun   olaraq
istifadə etmək lazımdır, sərvəti sevmək lazım deyil, çünki
bu, insanın ürəyinə layiq deyil.
Məsih Özü kasıb olub: Bet-Lexemdə tövlədə doğulub,
otuz yaşa qədər ağır işdə çalışıb, insanları öyrədəndə isə
başını   qoymağa   bir   yerin   olmadığını   söyləyirdi.   Ondan
nümunə   götürən   bir   çox   məsihçilər   könüllü   olaraq
kasıbçılıqla   həyatlarını   Allaha   xidmətə   həsr   etməyi
arzulayırdılar.   Beləliklə,   çoxsaylı   monastırlar   yarandı,
burada   məsihçilər   həyatlarında   Məsih   kimi   yaşamağa
çalışırdılar.
Sərvət insanın ürəyində yer tutanda onun üçün lənətə
çevrilir,   həmçinin   çoxsaylı   bəla   və   cinayətlərin   səbəbi
~ 513 ~
513


olur.
1901-ci   ildə   üç   cinayətkar   Kolorado   ştatından   çıxan
qatara hücum etdi. Onlar beş mühafizəçini öldürdülər və
qızılı   götürüb   qaçdılar.   Qızılı   böləndə   mübahisə   başladı
və onlardan biri öldürüldü. İki nəfər – Brons və Peros yox
oldular. İyirmi yeddi il keçdi. Alimlərdən ibarət olan bir
qrup   Kolorado   mağaralarına   yollandılar.   Labirintlərdən
birində   insan   skeleti,   yanında   isə   çoxlu   qızıl   tapdılar.
Yaxınlıqda bir başqa skelet də tapdılar, onun kəlləsi güllə
ilə vurulub deşilmişdi. Bunlar Brons və Peros idi. İyirmi
yeddi  il  əvvəl   onlar  Kolorado  mağaralarında  gizləndilər
və   burada   azdılar.   Aclıqdan   əzab   çəkərək   onlar   dava
etdilər və Peros Bronsu güllə ilə öldürdü. Bundan sonra
o, hesaba gəlməyən sərvətin yeganə sahibi oldu. Lakin
dağ   mağaralarında   onlardan   istifadə   edə   bilmədi   və
aclıqdan öldü. Zənginliyə məhəbbətin lənəti belə olur. 
VIII. HEÇ KİMƏ QARŞI YALANDAN ŞAHİDLİK
ETMƏ
«Səkkizinci   əmr   digər   adamlarla   münasibətdə
həqiqətin saxtalaşdırılmasını qadağan edir» (KKK 2464),
həmçinin düzgün olmağı öyrədir.
Düzgünlük barədə
Düzgünlük  (səmimiyyət,   açıqlıq)   əməl   və   sözlə
həqiqəti   söyləmək,   riyakarlıq,   hiylə   və   ikiüzlülükdən
çəkinməkdir.
Rəbb Allah Özü bizdən düzgünlük tələb edir, çünki O
Özü   düzgün   və   həqiqidir,   Həqiqətin   özüdür.   İsa   Məsih
~ 515 ~
515


deyir:   «Yol,   həqiqət  və   həyat   Mənəm»  (Yəh   14,   6).   İsa
bizə   həqiqəti   öyrətməyə   gəlmişdi.   O   deyir:   «Onda   siz
həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh 8,
32).   Məsih   bizə   Müqəddəs   Ruhu   göndərir   və   Onun
barəsində «O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə
yol göstərəcək» (bax. Yəh 16, 13) söyləyir. İsa Məsih Öz
şagirdlərinə   sözlərində   düzgün   və   səmimi   olmağı   əmr
edir:   «Sözünüzdə   “bəli”niz   bəli,   “xeyr”iniz   xeyr   olsun»
(Mat 5, 37).
Hər   bir   insan   öz   təbiətinə   görə   həqiqətə   can   atır,
həqiqəti axtarır, yalana nifrət hiss edir, yalandan xəcalət
çəkir   və   düzgün   adam   kimi   tanınmaq   istəyir.   Adamlar
həmişə   həqiqəti   söyləyənləri   sevir   və   yalan
danışanlardan   inciyirlər.   Müqəddəs   Foma   Akvinalı   deyir
ki,   bizim   danışmaq   qabiliyyətimizin   məqsədi   öz
fikirlərimizi   söyləməkdir,   əks   halda   insan   öz   təbiətinə
qarşı günah edir.
İctimai həyat bizdən düzgünlük tələb edir, əks halda o
çox ağır olur; əgər adamlar arasında səmimi münasibət
çox pozulsa, ictimai həyat dözülməz olar.
Lakin   düzgünlük   fəziləti   təmkinli   və   ədəbli   olmağı
istisna   etmir.   Hər   şeyi   hamıya   həmişə   demək   olmaz,
çünki çox vaxt vicdan bizə etibar olunmuş sirri başqasına
söyləməyə   imkan   vermir;   söhbət   etdiyimiz   insanın
bilmək   istədiyi   bütün   şeyləri   bilməyə   ixtiyarı   yoxdur.
Açıqlıq bizə söylənilməsi və sirr olaraq qalması lazım olan
şeylər arasında «qızıl ortanı» qoruyub-saxlamağı öyrədir.
Düzgünlük   isə   bildiyini   və   fikirləşdiyini   hər   bir   kəsə
demək   deyil,   ağzından   çıxan   sözlərin   öz   fikirlərinə   və
vicdanına uyğun olmasıdır.
~ 517 ~
517


Allahın səkkizinci əmri nəyi qadağan edir? 
Məsihçi «yalanı» (Ef 4, 25), həmçinin «hər cür pisliyi,
hiyləni, ikiüzlülüyü,  paxıllığı və hər  cür  böhtançılığı» (1
Peter 2, 1) kənara ataraq yaşamalıdır.
Məhkəmədə  yalan şahidlik  –  ağır günahdır,   çünki
günahsızın   məhkum   olmasına,   təqsirkarın   bəraət
qazanmasına   yaxud   müttəhimin   daha   ciddi
cəzalanmasına səbəb olur. Əgər and içəndən sonra yalan
şahidlik verilirsə, andı pozma günahı daha da ağırlaşdırır.
Düşüncəsiz   mühakimə  –   kifayət   qədər   əsas
olmadan   başqa   insanın   səfeh   əməllər   etdiyini,   sözlər,
fikir yaxud niyyətlər daşıdığını zənn etməkdir. 
Adamın arxasınca danışmaq (qeybət)  –  obyektiv
zəruriyyət olmadan başqa insanın günah və nöqsanlarını
adamlar qarşısında ifşa etməkdir. Bununla o təmiz addan
məhrum olur. Adamın arxasınca danışan şəxs başqasını
alçaltmaqdan, özünü öz gözündə yüksəltməkdən ləzzət
alır.   Adamın   arxasınca   danışmaq   yaxınına   olan
məhəbbətə   qarşı   günahdır.   Xoş   niyyət   və   zəruriyyət
olmadan   başqası   barədə   pis   söz   danışan   kəs   bununla
onu sevmədiyini göstərir. Amma nöqsanları düzəldə bilən
adama   başqaları   barədə   söyləyəndə   onun   arxasınca
danışmırıq   (məsələn,   valideynlərə   onların   övladlarının
nöqsanları barədə söyləyəndə), çünki bu halda biz onlara
yaxşılıq arzulayırıq. 
Böhtan – insanların gözündə bir kəsin adını ləkələmək
niyyəti   ilə   onun   barəsində   qəsdən   yalan   ittihamlar
söyləmək və yaymaqdır. Böhtan ağır günahdır.
Xəbərçilik  və   qeybət  –   bunların   məqsədi   dostların
yaxud   yaxşı   münasibətdə   olan   insanların   aralarını
~ 519 ~
519


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə