Sərbəst iş №8 Fənn: Ətraf mühitə təsirin qiymətləndirilməsi. Fakültə: Aerokosmik. İxtisas: Ekologiya mühəndisliyi. Qrup: 2431a Tələbə: Tağızadə İqrar. Müəllim: Əliyeva Nailə Mövzu



Yüklə 68,06 Kb.
səhifə2/3
tarix22.12.2022
ölçüsü68,06 Kb.
#97735
1   2   3
Sərbəst iş8 əmq

Abşeron yarımadası şəraitində neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təbii landşaftlarının reabilitasiyasının aşağıdakı mərhələlərdən ibarət olması məqsədəuyğundur:
— Torpaqdan neft və neft məhsullarının təmizlənməsi;
— Torpaqların rekultivasiyası (texniki və bioloji mərhələ).
Neftin və neft məhsullarının torpaqlardan təmizlənməsi, çirklənməyə səbəb olan amillərin (qəza və s.) aradan qaldırılmasından sonra toplayıcı süxurların yaradılması, oada toplanmış neftin avtosisternlərlə daşınması, neftin səthinə sorbentin səpilməsi ilə həyata keçirilir.
Neftlə çirklənmiş landşaftlar daxilində torpaqların rekultivasiyası bir neçə mərhələdə aparılır. Rekultivasiyanın müddəti və mərhələləri çirklənmə dərəcəsinə, iqlim şəraitinə və biogenosenozun vəziyyətinə uyğun olaraq müəyyən edilir.
Torpaqların neftlə çirklənməsinin 2 dərəcəsi ayırılır:
— Mülayim çirklənmə (torpağın humus qatında neftin qalığı 6%-dən az olduqda); Belə çirklənməni aqrotexniki üsullardan (gübrələrin verilməsi, torpaq səthinin emalı və dərin yumuşaldılması) istifadə etməklə özünütəmizləmə proseslərinin aktivləşdirilməsi yolu ilə aradan qaldırmaq mümkündür.
— Güclü çirklənmə (torpağın humus qatında neftin qalığı 6%-dən çox olduqda); Belə çirklənməni aerob şərait yaradan və karbohidrogenləşdirən prosesləri aktivləşdirə bilən xüsusi tədbirlərlə aradan qaldırmaq mümkündür.
Neft və neft məhsulları ilə güclü çirklənmiş sahələrdə neft məhsullarının biodeqradasiya proseslərinin sürətləndirilməsi üçün bioloji preparatlardan istifadə olunur.
Texniki mərhələdə neftin hava ilə emalı, buxarlandırılması və yüngül fraksiyalarının dağıdılması, torpaq səthində neft komponentlərinin fotooksid­ləşməsi, mikrobioloji birləşmələrin bərpası, neftoksidləşdirən mikroorqanizmlərin inkişafı torpaq canlılarının hissə-hissə bərpası ilə həyata keçirilir. Komponentlərin bir hissəsi bərk məhsula çevrilir. Bu da torpağın su-hava rejimini yaxşılaşdırır. Torpağın aerasiyası və suvarılması bu proseslərin intensivləşdirilməsinə, neftli qatın azalmasına səbəb olur.

Yüklə 68,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə