Sərbəst iş №8 Fənn: Ətraf mühitə təsirin qiymətləndirilməsi. Fakültə: Aerokosmik. İxtisas: Ekologiya mühəndisliyi. Qrup: 2431a Tələbə: Tağızadə İqrar. Müəllim: Əliyeva Nailə Mövzu


Bioloji mərhələ 2 hissədən ibarətdir



Yüklə 68,06 Kb.
səhifə3/3
tarix22.12.2022
ölçüsü68,06 Kb.
#97735
1   2   3
Sərbəst iş8 əmq

Bioloji mərhələ 2 hissədən ibarətdir:
— Mineral gübrələrdən istifadə etməklə fitomeliorativ əkin;
— Çirklənməyə davamlı çoxillik əkin.
Mülayim çirklənmə zamanı torpağın özünütəmizləməsində əsasən rekultiva­siyanın yalnız texniki mərhələsi keçirilir. Torpağın tərkibində gilin olması nəzərə alınaraq 20 sm dərinliyə qədər yumuşaldılma tədbiri həyata keçirilir. Bu sahələr rekultivasiyanın texniki mərhələsi dövründə dincə qoyulur. Yumuşaldılmanın eroziya doğura biləcəyi yerlərdə, neft məhsulları ilə çirklənmiş sahələrdə 8–10 sm dərinliyə qədər şumlama həyata keçirilir. Bu zaman eni 2–3 m olan şumlanmış zolaq hakim küləklərin istiqamətinə köndələn olaraq salınır.
Texniki mərhələdə çirklənmiş sahələr vaxtaşırı suvarılır, qış dövründə isə yaranan münbit qat təbəqəsi qorunur.
Rekultivasiyanın bioloji mərhələsində əvvəlcə sınaq otları əkilir. Rekulti­vasiyanın bioloji mərhələsində məqsəd torpağın qalıq toksikliyini qiymətlən­dirmək, neftin biodeqradasiya prosesini intensivləşdirmək və torpağın aqrofiziki xüsusiyyətlərin yaxşılaşdırmaq, rekultivasiyanın son mərhələsinə keçid vaxtını dəqiqləşdirməkdən ibarətdir.
Çirklənmədən 1,5–2,5 il sonra ikinci mərhələdə çoxillik ot bitkiləri əkilir. Bu işləri sınaq ot əkini sahəsinin 75%-də bitki örtüyü bərpa olunduqdan sonra yerinə yetirmək olar. Malalama, mineral gübrələrin verilməsi, torpağın mədəniləşdirilməsindən sonra çoxillik ot bitkilərinin əkilməsi həyata keçirilir.
Abşeron şəraitində texnogen-pozulmuş torpaqların rekultivasiyası zamanı əkin üçün aşağıdakı əsas meyvə və dekorativ kol və ağac cinslərinin seçilməsi məqsədəuyğundur.Belə bitkilərə zeytun,əncir,adi nar,qanşirəli böyürtkan, sərv, pürən yovşan,tüksüz biyan,əkin qara yoncası,sərt quramat,sahil tonqal otu,bozqır pişikquyruğu,barmaqvari çayır, həmçinin tərəvəz bitkilərindən pamidor ,badımcan, kök,soğan və b.göstərmək olar.
Tədqiq olunan ərazinin sənaye kompleksi çoxsahəli olsa da neft-qaz hasilatı, neftin emalı, neft-kimya və maşınqayırma sənayesi üstünlük təşkil edir. Abşeron rayonu ərazisində yerləşən Binəqədi, Pirşağı, Qara-Heybət, Bibi-Heybət, Masazır, Zirə, Buzovna, Maştağa, Qala, Sulutəpə, Sianşor, Lökbatan, Güzdək, Kürdəxanı, Qaradağ, Sabunçu, Ramana, Suraxanı və Qaraçuxur kimi neft və qaz yataqlarının çoxunun ərazisi mazutlaşmış və bataqlaşmışdır. Yataqlarda bir-birinin üstünə “qat-qat”, “lay-lay” yığılmış müxtəlif mənşəlı buruq sularından təbəqə təzyiqinin saxlanılmasında istifadə olunur, lakin Lökbatan, Puta, Quşxana, Sianşor və s.kimi bir sıra yataqlarda qatbaqat toplanmış mədən, yağış və çirkab suları neft duraqlarında, “durulducu” ehtiyat çənlərində, mədən göllərində cəmləşərək geniş meydanları yararsız, çirkab torpaq sahələrinə çevirirlər.
Neft hasilatında çirkləndiricilərin tərkibi yataqların geokimyəvi xüsusiyyət­ləri və istehsal texnologiyaları əsasında müəyyən edilir. Odur ki, hətta eyni bir neft mədəni çərçivəsində çirkləndiricilərin axınının əsas geokimyəvi parametrləri zamanına və sahəsinə görə çox dəyişkən olur.
Yüklə 68,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə