Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə30/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

Multikulturalizm  müasir  cəmiyyətin  etno- 
miffi  problemlərinin  həllinin  mümkün  variantı 
kimi  son  vaxtlar  tez-tez  müradət  oilman  mövzu­
lardan  biridir.  Multikulturalizm  sosial-mədəni 
davranışın  və  müvafiq  siyasi  strategiyanın  mo­
deli  kimi də  nəzərdən  keçirilir.  O bir  növ mədəni 
müxtəliflik fenomeninə  reaksiya  kimi çıxış  edir və 
ümumi bərabərlik prinsipinə istinad edir. Bu prin­
sipin  həm  mədəniyyətdə,  həm  də  siyasi  həyatda 
təmin  edilməsini  mümkün  və  zəruri  hesab  edən 
multikulturalizm  müasir  dövrün  ən  maraqlı  və 
birmənalı  qəbul  edilməyən  hadisəsinə  çevrilmiş­
dir.  Multikulturalizmi  yad  hadisə  hesab  edərək 
ondan  imtina  edilməsini  istəyənlər də,  cəmiyyətin 
millətlərarası  münasibətlər  praktikasında  geniş 
tətbiq  etməyi  təklif  edənlər  də  kifayət  qədərdir. 
Birincilər  müstəsna  olaraq  multikulturalizmə  öl­
kənin  vahid  mədəni  məkanını  mozaik,  bir-biri 
ilə  əlaqəsi  olmayan  fraqmentlərə  parçalanma­
sı  təhlükəsi  yaradan  dağıdıcı  ideya  kimi  baxır  və 
vurğulayırlar  ki,  cəmiyyətin  etnik  fraqmentləşmə- 
sinin ən təhlükəli nəticəsi арапа, hakim mədəniyyət 
tərəfindən könüllü  mədəni assimilyasiyanın ən ki­
çik təzahürlərdən imtina edilməsi və bunun yekunu 
olaraq  etnik  və  konfessual  gərginliyin  artmasıdır. 
Onlann nəzərincə, multikulturalizm şüurlu şəkildə 
müxtəlif  etnomədəniyyətlərin  nümayəndələrinin 
folklor  obrazını  formalaşdırmaqla  etnik  icmaların 
marginallaşmasına  gətirib çıxanr,  mədəniyyətlərin 
dialoquna deyil, onlann münaqişəsinə səbəb olur.
Sevda Ağamirzə qızı Əhədova
M üasir 
dü nya da m əd ən iyyətlə rara sı m ün asibətlə r
Vikidepiya  multikulturalizmə  belə  tərif  ve­
rir.  Ayrı-ayrı  ölkələrdə  və  bütövlükdə  dünya­
da  mədəni  fərqlərin  inkişafına  və  qorunub  sax­
lanılmasına  yönəlmiş  siyasət  və  bu  siyasəti 
əsaslandıran  nəzəriyyə  və  ya  ideologiya.  Fərdi 
hüquqları əsas götürən siyasi liberalizmdən fərqli 
olaraq  multikulturalizm  kollektiv  subyektlərin 
-   etnik  və  mədəni  qrupların  hüquqlarını  qəbul 
edir. Multikulturalizm bütün mədəniyyətlərin bir 
mədəniyyətdə  birləşməsini  nəzərdə  tutan  "əri­
diri tiyan"  konsepsiyasına qarşı qoyulur. Nümu­
nə  kimi  Kanada  və  ABŞ-ı  göstərmək  olar.  On­
lardan  birincisində  tətbiq  edilən  mədəni  siyasət 
multikulturalizmə,  digərində  isə  "əridiri  tiyan" a 
üstünlük verir.
Başqa mədəniyyətlərə mənsub insan qrupları­
nın, əsasən də immiqrantların qərb cəmiyyətlərinə 
adaptasiya və  inteqrasiyasının bir neçə  təcrübəsi 
(ABŞ, Fransa, Almaniya,  İngiltərə, Avstraliya, Ya­
poniya  və  s.)  mövcuddur.  60-cı  illərdən başlaya­
raq qərb ölkələrində immiqrantlara  münasibətdə 
iki  yanaşmanm  mövcudluğunu  qeyd  etmək  la­
zımdır:  diferensiasiya  və  assimilyasiya.  Diferen­
siasiya  siyasəti  cəmiyyətdə  müxtəlif  etnomədəni 
qruplar  arasmda  səlis  sərhədlərin  saxlanılması 
və onlara müstəqil icmalar kimi yanaşılmasını və 
hörmət edilməsini nəzərdə tutur. Almaniyada 60- 
70-ri  illərdə  qasträbayterlərə  münasibətdə  məhz 
bu  model  tətbiq  olunurdu.  Onlara  müvəqqəti 
işçi qüvvəsi kimi baxılır və yerli cəmiyyətə inteq-
!
Z
5


rasiyası  nəzərdə  tutulmurdu.  İndi  bir  sıra  ərəb 
ölkələrində  xarici  işçi  və  qulluqçulara  məhz  bu 
yanaşma  tətbiq  olunur.  İkinci  yanaşma  isə  assi­
milyasiya  adlanır  və  immiqrantlara  yaşadıqla­
rı  cəmiyyətdəki  mövcud  sosial-mədəni  davra­
nış  modellərini  qəbul  etdirməklə,  onların  yerli 
cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədi da­
şıyır. Bu siyasət xüsusən immiqrantlarm uşaqları­
na münasibətdə özünü daha aydın göstərir. Onlar 
məktəbəqədərki  tədris  müəssisələrini  bitirdikdə 
yerli  cəmiyyətdəki  həmyaşıdlarından  artıq  heç 
nə  ilə  fərqlənmirlər.  Bu  yanaşma  özünü  ABŞ-da 
daha  aydın  təcəssüm  etdirir.  Assimilyasiya  mo­
deli  milli-etnik  fərqləri,  müxtəlifliyi  qəbul  etmir, 
o  qruplar  arasında  disbalansı  aradan  qaldırmaq 
iqtidarında deyil.
Bu  iki  yanaşma  mədəni  müxtəlifliyə  malik 
cəmiyyətlərin  tələblərinə  artıq  cavab  verə  bil­
mir.  Əlbəttə,  bu  o  demək  deyildir  ki,  mədəni 
müxtəlifliklə səciyyələnən ölkələr dağılmağa və ya 
milli  mədəniyyətlərini  itirməyə  məhkumdurlar. 
Lakin  müxtəlifliyin  qəbul  edilməsi  bir  sıra 
sosial-mədəni  problemlərin,  xüsusən  miqrantla- 
пп  cəmiyyətə  inteqrasiyası  ilə  bağlı  məsələlərin 
həllində ümumi məxrəcə gəlməyi  tələb edir.  Son 
vaxtlar multikultüralizm siyasəti miqrantlarm in­
teqrasiyası məsələsinə müxtəlifliyin əhəmiyyətini 
qəbul  edən  və  özünüdərkin  çoxcəhətliliyini  mü­
dafiə  edən üçüncü  yanaşma  kimi nəzərdən keçi­
rilir.  Uzun  müddət  belə  bir  fikir  üstünlük  təşkiL
Sevda Ağamirzə qızı Əhədova
126
etmişdir  ki,  multikulturalizm  mədəni  inteqrasi­
yanın  ən  müsbət modeli  kimi mədəni  assimilya­
siya  modelini  əvəz  etməlidir.  Lakin,  artıq  qeyd 
edildiyi  kimi, bu  siyasətin uğursuzluğu  "mədəni 
hegemoniya"  mövqeyinin  üstünlük  təşkil  et­
məsinə gətirib  çıxarmışdır. Buna  görə də azlıqla­
rın  mədəni  azadlığı  probleminə  insanların  fərdi 
hüquq  və  azadlıqları  kontekstindən  baxılması 
tələbi getdikcə özünə geniş tərəfdar tapmaqdadır.
Bu  ideya  əsasən  yüksək  mədəni  inkişafın 
mövcud olduğu Avropa cəmiyyətlərində irəli sü­
rülmüşdür.  Multikulturalizm  terminini  ilk  dəfə 
XX əsrin 60-cı illərində Kanadada ölkə əhalisinin 
etnomədəni,  irqi,  dini  müxtəlifliyi  vəziyyətini 
ifadə  etmək  üçün  irəli  sürülmüşdür.  Ölkənin  o 
zamankı  baş  naziri  Trüdo  ölkənin  yerli  hindu­
lardan,  fransız  və  ingilis  əsilli  avropalılardan  və 
son  dövrlərdə  ölkəyə  gəlmiş  immiqrantlardan 
ibarət  rəngarəng  əhalisinin  problemləri  və  on­
lar  arasında  ciddi  bərabərsizliyin  və  narazılığın 
mövcudluğu  ilə  əlaqədar bu  ideyam  formulə et­
mişdir.  Ölkənin  çoxtərkibli  əhalisinin  mədəniy­
yətinin homogenləşdirilməsinə yönəlmiş assimil­
yasiya siyasətinin uğursuzluğu 1971-ci ildə dövlət 
institutlarının rəsmən multikulturalizm siyasətinə 
keçməsinə gətirib çıxardı.
Multikulturalizm  modeli  mədəni  başqacür- 
lülüyün  müxtəlif  formalarının  mövcudluğunun 
legitimləşdirilməsini  nəzərdə  tutur  və  lakonik 
şəkildə  "assimilyasiyasız  inteqrasiya"  formulun-
Müasir dünyada mədəniyyətlararası münasibətlər
127


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə