Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

üzvü kimi qəbul etməyən ifrat etnik identiklik et­
nik qapalılığa, dözümsüzlüyə, milli ədavətə gətirib 
çıxanr. Hətta  sivilizasiyanın yüksək səviyyədə in­
kişaf etdiyi ölkələrdə belə bu və digər dərəcədə na­
razı etnik hisslər müxtəlif formalarda münaqişələr 
törətməyə  qadirdir.  Ona  görə  də  cəmiyyətdə  to­
lerant  mühitin  formalaşmasının  əsas  şərtlərindən 
biri  də  etnik  və  ümumvətəndaş  identikliklər  ara­
sında balansın tapılmasıdır. Ümumvətəndaş iden- 
tikliyi bu halda etnik maraqlarla cəmiyyətin ümu­
mi dəyərləri, normaları arasında harmoniya yarat­
maq, ictimai konsensusa nail olmaq üçün əsas fak­
tor  kimi  çıxış  edir.  Bəzən  bu  identikliyi  vətəndaş 
millətçiliyi də adlandırırlar.
Ənənəvi  olaraq  multikulturalizm  bir  dövlət, 
cəmiyyət  daxilində  çoxmədəniyyətliliyin  möv­
cudluğunu  bildirir.  Lakin bir çoxlan bu terminin 
dövlətin mədəniyyət siyasəti haqqında köhnəlmiş 
təsəvvürləri  əks  etdirən  bir  termin  olduğunu 
vurğulayırlar. Bu kontekstdən baxıldıqda mədəni 
müxtəliflik  etnik  müxtəlifliyin  sinonimi  kimi  də 
başa  düşülür  və  milli  dövlət  haqqında  ənənəvi 
təsəvvürlərin  iflasım  göstərir.  Bunun  ən  bariz 
nümunəsi kimi Fransada etnik mənsubiyyətindən 
asılı olmayaraq bütün  vətəndaşların fransız  kimi 
qəbul edilməsi təcrübəsini göstərmək olar.
Multikulturalizmə  belə  birtərəfli  yanaşma­
nı  aradan  qaldırmaq  üçün  "interkulturalizm" 
termini  ortaya  çıxmışdır  ki,  o  da  müxtəlif  etnik 
birliklərin  qarşılıqlı  təsirini  ifadə  edirdi.  Lakin
Sevda Ağamirza qızı Əhədova
/36
bu  termin  də  uzunömürlü  olmadı.  Onu  tədricən 
"transkulturalizm"  konsepsiyası  əvəz  etməyə 
başladı.  Bu  konsepsiyanın  mərkəzində  təkcə 
müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  təsiri  deyil, 
çoxmədəniyyətlilik  şəraitində  insanın  öz  möv­
cudluğunu təmin etmək, mədəniyyətlər arasında 
daxili  körpü  yaratmaq  bacarığı  durur.  Bu  isə  in­
sanın mədəni identikliyi, özünəməxsusluğu və ya 
özünüdərketmə  problemi  ilə  sıx  əlaqədardır.  Bir 
qisim  tədqiqatçılar  (və  siyasətçilər)  düşünürlər 
ki,  hər  bir  adam  doğulduğundan  ölənə  qədər 
ancaq  bir  mədəni  birliyin  nümayəndəsi,  bir  mə­
dəniyyətin  daşıyıcısıdır.  Ona  seçim  etmək  imka­
nı  verilməməlidir.  Digərləri,  əksinə,  əmindirlər 
ki,  insan hansı mədəni cəmiyyətə mənsubluğunu 
yalnız  özü,  azad  seçim  əsasında  müəyyənləşdirə 
bilər. Bu baxımdan Rusiyada keçirilmiş son siyahı­
yaalınma diqqətəlayiqdir. Bəzi respondentlər mil­
li  mənsubiyyət qrafasında özlərini skiflərə, elf və 
hobbitlərə aid etmişlər.  Bununla onlar insanın öz 
milliyyətini  yalnız  özünün  müəyyənləşdirdiyini, 
öz valideynlərindən,  qanı ilə,  irsən  almadıqlarını 
nümayiş etdirmək istəyirdilər [231].
Radikal, ifrat multikulturalizm müxtəlif mədə­
niyyətlərə xas dəyərləri  mütləqləşdirmək və qar­
şı-qarşıya  qoymaqla  qarşılıqlı  anlaşmaya  aparan 
dialoqun  yaranmasına  mane  olur.  1990-cı  illərin 
əvvəllərində  Avropada  ortaya  çıxmışı  bu  cüı  tip 
çoxmədəniyyətliyin  əsas  daşıyıcıları  yeni  sosial- 
mədəni həyat şəraitində öz əvvəlki identikliklərin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/37


bərpa  etməyə  çalışan  etnik  və  mədəni  azlıqların 
nümayəndələridir.  Bir  çox  analtiklərin  də  qeyd 
etdiyi kimi çoxmədəniyyətliliyin bu anlamda ge­
niş  təşviq  edilməsi  mədəni  bənzərsizliklərin  və 
özünəməxsusluğun qabardılmasına, son nəticədə 
mədəniyyətlərin  yaxınlaşmasına  və  inteqrasiya­
sına süni maneələrin yaradılmasına gətirib çıxara 
bilər.
Bir  konsept  kimi  multikulturalizm  bir  neçə 
səviyyədə nəzərdən keçirilir.  Siyasi  nəzəriyyə  və 
ideologiya  kimi  o  cəmiyyətdə  müxtəlif  mədəni- 
milli birliklərin  dinc yanaşı yaşamasım -  mədəni 
plüralizmi  təşviq  və  tövsiyə edir.  Digər  tərəfdən 
multikulturalizm  mədəni  plüralizmin  geniş 
tətbiqinə  yönəldilmiş  əməli  siyasət  kimi  də 
qəbul  olunur.  Bu  siyasətin  əsasında  hakimiyyət 
institutları  ilə  etnik-mədəni  azlıqlar,  eləcə  də 
bütövlükdə müxtəlif etnomədəni birliklər arasın­
da münasibətlərin tənzimlənməsini nəzərdə tutan 
hüquqi,  siyasi,  iqtisadi,  sosial-mədəni  tədbirlər 
kompleksi dayanır.
Etnomədəni,  din  və  dil  müxtəlifliyi  hələ  cə­
miyyəti  multikultural  cəmiyyət  kimi  qəbul  et­
məyə əsas vermir. Bunun üçün cəmiyyətin bütün 
üzvlərinin  çoxcəhətliliyi  və  müxtəlifliyi  norma 
kimi  qəbul  etdikləri  vahid  intrasosial  mühüm 
formalaşmalıdır.  O  cümlədən,  mədəniyyətlərin 
digər  mədəniyyətlər  üçün  açıqlığı,  digər  xalqlar 
və cəmiyyətlərlə mədəni mübadiləyə hazır olma­
ları,  mədəni  qloballaşma  şəraitində  bütün  təcrid
Sevda Ağamirzə qızı Əhədova
138
və  özünütəcrid  əhval-ruhiyyəsinin aradan qaldı­
rılması,  o  cümlədən  yeni  informasiya  texnologi­
yası və telekommunikasiyalarla açıq təmas imka­
nının  genişləndirilməsi,  cəmiyyətdə  dil  və  etno­
mədəni  plüralizmin  ictimai  norma  kimi  qəbul 
edilməsi zəruridir.
Cəmiyyətin çoxmədəniyyətliliyinin qəbul edil­
məsi həmin  cəmiyyətin mədəni  birliyi və bütöv­
lüyü  haqqmda  təsəvvürlərə,  mədəni  müxtəliflik 
anlayışına  yenidən  baxmağı  tələb  edir.  Etno­
mədəni  birliklərin  cəmiyyətə  könüllü  inteqrasi­
yası  və  onların  gələcək  taleyi  ilə  bağlı  məsələlər 
də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu 
zaman  əsas  istinad  nöqtəsi  kimi  ondan  çıxış  et­
mək  lazımdır ki,  hər dövlət  və  mədəni  cəmiyyət 
öz  real  imkanlarına,  tarixi-mədəni  ənənələrinə 
əsaslanaraq  cəmiyyət  daxilində  millətlərarası 
münasibətləri  tənzimləyən milli  strategiyam özü 
müəyyənləşdirir.
Multikulturalizmə  başqa  cür  yanaşmalar  da 
vardır. Multikulturalizmin müəyyən coğrafi areal­
da yaşayan, müxtəlif etnosların intensiv qarşılıqlı 
mədəni əlaqələrinin nəticəsi kim də qəbul edirlər. 
Bu  zaman  multikulturalizmin  üstünlükləri  kimi 
ölkədə mədəni müxtəlifliyin qorunub saxlanılma­
sı,  müxtəlif azlıqların  hüquqlarının  tanınması  və 
müdafiəsi,  şovinizmdən,  irqi  və dini  xurafatdan, 
ksenofobiyadan  imtina,  "başqa"larına  dözümlü­
lü  münasibətin  və  hörmətin  tərbiyə  edilməsi 
və  s.  göstərilir.  Bu  zaman  "milli  birlik  ehtimal
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
3 7


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə