mədəniyyətlər arasındakı münasibətlərə, rəqabətə
xüsusi təsir göstərir, bir mədəniyyətin digəri
üzərində dominantlığma səbəb olur [118].
Yalnız bu prinsiplərə əməl edilməsi şəraitində
dünyada mədəniyyətlərin müxtəlifliyini qo
ruyub saxlamaq olar. YUNESKO-nun mədəni
özünüifadə müxtəlifliyinin qorunması və təşvi
qinə dair konvensiyasında qeyd edildiyi kimi,
mədəniyyət inkişafın əsas hərəkətverici qüv
vələrindən biri olduğundan inkişafın mədəni
aspektləri onun iqtisadi aspektləri kimi mühüm
əhəmiyyət kəsb edir və fərdlər, insanlar bu sahədə
iştirak etmək və bundan faydalanmaq hüququna
malikdirlər [67].
Beləliklə, biz multikulturalizmin ölkə daxi
li və beynəlxalq aspektlərini nəzərdən keçirdik.
Əgər ölkələrin daxili siyasətində multikulturaliz
min həyata keçirilməsi müəyyən ziddiyyətlərin,
mübahisələrin yaranmasına rəvac verirsə, bey
nəlxalq və mədəniyyətlərarası münasibətlərdə
multikulturalizm tamamilə başqa məzmun kəsb
etməyə başlayır.
Qlobalizasiya yekcinsliyə və standartlaşmaya
gətirib çıxarmamalı, mədəniyyətlərin müxtəlifliyi,
müxtəlifliyin vəhdəti qorunub saxlanılmalıdır.
Beynəlxalq səviyyədə multikulturalizmin həyata
keçirilməsi bu problemlərin həllinə nail olmaqla
yanaşı mövcud etnik, dini, regional və beynəlxalq
münaqişələrin qarşısını almaqda mühüm rol oy
naya bilər.
Sevda Ağamirzə qızı Əhadova
/56
2 .3 . Q lo b a lla ş m a və beynəlxalq
m ə d ə n i h ü q u q la r
X
alqlar arasında mədəni əlaqələrin geniş
lənməsinin, mədəniyyətlərarası dialoqun
həyata keçirilməsinin əsas vasitələrindən biri də
beynəlxalq və milli səviyyədə mədəni hüquqla
rın inkişafına və genişlənməsinə nail olmaqdan
ibarətdir.
Mədəni hüquqlar məsələsi bir tərəfdən dün
yada genişlənən inteqrasiya prosesinin, digər
tərəfdən isə mədəni müxtəlifliyin qorunması
meylləri kontekstində böyük, əhəmiyyət kəsb
etməyə başlayır. Hamı tərəfindən qəbul edilmiş
mədəni hüquq normalarının təmin edilməsi və
müdafiəsi hazırda bütün beynəlxalq birliyin əsas
vəzifələrindən birinə çevrilməkdədir.
Qlobalizasiya proseslərinin sürətləndiyi şərait
də mədəni hüquqların təmin edilməsi, digər mə
dəniyyətlərə hörmət, mədəniyyətlərin qarşılıqlı
əlaqəsi bəşəriyyətinin inkişafının zəruri element
lərindən birini təşkil edir.
Mədəniyyət həm hər bir
insanın, həm də ayrı-ayrı sosial qrupların həyatının
ayrılmaz hissəsinə çevrilməkdədir. Ona görə də
mədəni hüquqlar insan və kollektiv hüquqların
mühüm tərlüb hissəsi kimi beynəlxalq hüququn
əsas diqqət yetirdiyi məsələlərdən biridir.
İnsan hüquqları sahəsində qəbul edilmiş bey-
nəlxalqhüquqnormalarıbirsırabeynəlxalqhüquq
konvensiyalarında, müqavilələrində, aktlarmda
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
digər sənədlərdə öz əksini tapmışdır. Onlardan
bəziləri, məsələn bəyannamə və tövsiyələr döv
lətlər üçün hüquqi məcburiyyət daşımasalar da,
beynəlxalq birlik üçün böyük mənəvi gücə malik
dirlər.
İnsan hüquqlarının tərkib hissəsi olan mədəni
hüquq normaları beynəlxalq hüququn tərkib
hissəsi olmaqla, həm də xarici siyasət sferası
na daxil edilmişdir. Onlara hörmət edilməsi isə
ümumilikdə beynəlxalq ictimaiyyətin vəzifəsinə
çevrilmişdir.
Qloballaşma və onun müxtəlif aspektləri mə
dəni hüquqlara birbaşa təsir göstərir.
Mədəni
hüquqlar
bir
sıra
beynəlxalq
hüquqi aktlarda, YUNESKO-un konvensiya və
sənədlərində, tövsiyələrində öz əksini tapsa da,
bu məsələ beynəlxalq hüquqda hələ də araşdır
ma tələb edən məsələlərdəndir. Mədəni hüquqlar
digər insan hüquq və azadlıqları ilə sıx bağlıdır.
Bununla yanaşı, beynəlxalq hüquq normaların
da konkret xalqm mədəni hüquqları, xüsusən
mədəni irsin, mədəni özünəməxsusluğun qorun
masına, mədəni inkişafına aid hüquqlar bir sıra
hallarda kollektiv hüquqlar, xalqlarm hüquqları
kimi nəzərdən keçirilir. Mədəni hüquqlar dedik
də, birinci növbədə ayrı-ayn şəxslər və qruplar
üçün ümumi olan və onların kollektiv özünəməx
susluğunu formalaşdıran və müəyyən edən
mədəni dəyərlər nəzərdə tutulur.
Sevda Ağa mirzə qızı Əhədova
Daim inkişaf edən və genişlənən mədəni
hüquqlar artıq milli dövlət çərçivələrini aşaraq,
qloballaşma və inteqrasiya proseslərinin təsiri
üə universal əhəmiyyət kəsb etməyə başlamış
dır. Mədəni hüquq digər insanlar tərəfindən
həmin şəxslərin və qrupların mədəni hüquqlarına
hörmət, başqa cür olmaq hüququnu özündə eh
tiva edir. Mədəni hüquqlar hökmən müxtəlif
mədəniyyətlərin və sivilizasiyalann nümayəndə
lərinin heç də eyni dəyərlərə malik olmasım tələb
etmir. Əlbəttə, bütün insanlar bir sıra ümumi
(bəşəri) dəyərlərə malik ola bilərlər, ancaq ta
rixin və sosial təşkilata formalaşması prosesinin
nəticəsi olaraq mədəniyyətlər bir-birindən fərqli
olduqlan kimi bu mədəniyyətlərin daşıyıcıları
olan insanlar da müxtəlifdir.
Əsasən fərdi xarakter daşıyan siyasi və mülki
hüquqlardan fərqli olaraq, mədəni
hüquqlar həm
fərdi, həm də kollektiv ifadə və realizə formaları
na malikdirlər.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
(1948-ci il), (12-ci və 27-ci maddələr), Mülki və
Siyasi, Hüquqlar Haqqında Beynəlxalq Pakt
(1966-cı il) (27-ci maddə), İqtisadi, Sosial, Mədəni
Hüquqlar Haqqında Beynəlxalq Pakt (1966-cı
il) (25-ci maddə) insan hüquqları sahəsində əsas
beynəlxalq sənədlər hesab olunur [36].
Ümumdünya İnsan Hüquqları Bəyannamə
sinin 22-ci maddəsi hər bir insanın öz ləyaqətini
qoruyub saxlamaq, şəxsiyyətini azad inki-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər