Bu kontekstdə dil hüquqları və mədəni
özünəməxsusluğa hörmətin inkişafına kömək
sahəsində YUNESKO-nun fəaliyyəti xüsusi
vurğulanmalıdır. Mədəni müxtəliflik dedikdə
ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniy
yətinin öz ifadəsini tapdığı müxtəlif yollar
nəzərdə tutulur. Mədəni özünüifadə fərdlərin,
qrupların, cəmiyyətlərin yaradıcılığının nəticəsi
olan, mədəni mahiyyətə malik olan özünü
ifadədir. Mədəni müxtəliflik ancaq insan hüquq
ları və əsas azadlıqları, o cümlədən fərdlərin
mədəni özünüifadəni seçmək imkanı kimi
hüquq və azadlıqlar təmin olunarsa, qoruna
və təşviq oluna bilər. Mədəni müxtəlifliyə və
mədəni hüquqlara dair YUNESKO tərəfindən
qəbul olunmuş beynəlxalq sənədlər, xüsusən
Mədəni müxtəlifliyə dair 2001-ci il Ümumdünya
Bəyannaməsi, Mədəni özünüifadə müxtəlifliyi
nin qorunması və təşviqinə dair 2005-ci il Kon
vensiyası bu baxımdan mühüm rol oynayır.
2005-ci il Konvensiyası mədəni müxtəlifliyin
bəşəriyyətin müəyyənedici xüsusiyyəti olduğu
nu, onun irsini formalaşdırdığmı və hamının rifa
hı üçün qorunub saxlanılmalı və bəslənilməli ol
duğunu, insanlar və millətlərin davamlı inkişafı
üçün hərəkətverici qüvvə olduğunu təsdiqləyərək,
beynəlxalq sənədlərdə elan edilmiş insan hüquq-
lan və əsas azadlıqlarının tam realizəsi üçün onun
əhəmiyyətini xüsusi qeyd etmişdir. Konvensiya
mədəni özünüifadə müxtəlifliyin qorunması vəı
Sevda Ağamirzə qızı Əhədova
təşviqinə dair ümumi prinsipləri tərəfləri hüquq və
öhdəliklərin müəyyənləşdirmiş, tövsiyələr irəli sür
müşdür [67]. İspaniyanın Barselona şəhərində Pen-
Kulbun təşkil etdiyi dil hüquqları üzrə beynəlxalq
konfransda qəbul edilmiş "Dil hüquqlan Ümu
mi Bəyannaməsi (1996) bütün dilləri kollektiv
özünəməxsusluğun ifadəsi kimi, bütün dil icmala
rını isə mədəni yaradıcılığın bütün formalarında öz
dilindən istifadə, onun qoruyub saxlamaq və inki
şaf etdirmək" sahəsində bərabər hüquqlara malik
olduğunu qəbul etmişdir.
Ümumdünya mədəni irsinin qorunması və
saxlanılması beynəlxalq mədəni əməkdaşlığın,
YUNESKO-nun əsas vəzifələrindən biridir. Milli
və beynəlxalq mədəni dəyərlərin müdafiəsinə
görə məsuliyyət məsələsi bir sıra beynəlxalq
sənədlərdə öz əksini tapmışdır. Bu sırada bi
rinci növbədə "Silahlı münaqişə baş verdikdə
mədəni dəyərlərin qorunması haqqında" Haaqa
Konvensiyasmı (1954-cü iİ) və ona əlavə edilmiş
Protokolu xüsusi qeyd etmək lazımdır [82, 259-
284].
Azərbaycan Respublikasının 1993-cü il apre
lin 21-də qoşulduğu bu Konvensiyada mənəvi
dəyərlərin tərifi, onların qorunması, mədəni
dəyərlərə hörmət, silahlı münaqişə baş verdikdə
mədəni dəyərlərin müdafiəsi ilə bağlı həyata
keçirilməli tədbirləf öz əksini tapmışdır. Konven
siyaya qeyd olunduğu kimi, hər bir xalq dünya
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
(7?
mədəniyyətinə öz töhfəsini verdiyi üçün onla
rın hər birinin mədəniyyətinə vurulan ziyan bü
tün bəşəriyyətin mədəni irsinə vurulan ziyandır
mədəni irsin qorunması dünyanın bütün xalq
ları üçün böyük əhəmiyyət kəsb edir və bu irsin
beynəlxalq müdafiəsinin təmin edilməsi vacibdir
[111, 259-260].
Universal dəyərlərə malik mədəni və təbiət
obyektlərinin qorunmasına, beynəlxalq və mülki
münaqişələr zamanı daşman və daşınmaz mədəni
irsin qorunmasına dair dövlətlərin öhdəliklərini
müəyyənləşdirmək məqsədi ilə bir sıra konvensi
yalar qəbul olunmuşdur.
1970-ci ildə "Mədəni dəyərlərin qanunsuz
olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və
onlara mülkiyyət hüququnun qanunsuz olaraq
başqasına verilməsinin qadağan edilməsi və qar
şısının alınmasına yönəldilmiş tədbirlər haqqın
da" Konvensiya (Azərbaycan Respublikası 30
sentyabr 1997-ci ildə ona qoşulub), 1972-ci ildə isə
"Ümumdünya mədəni və təbii irsinin mühafizəsi
haqqında" Konvensiya (Azərbaycan Respublikası
6 dekabr 1993-cü ildə qoşulub) qəbul edilmişdir
[82, 284-301]. Son dövrlərdə həmçinin YUNESKO
tərəfindən sualtı mədəni irsin qorunması haqqın
da Konvensiyada işlənib hazırlanmışdır.
Bu konvensiyalar universal dəyərə ma
lik mədəni və təbii obyektlərin beynəlxalq və
milli səviyyədə mühafizəsini nəzərdə tutur.
Konvensiyalara uyğun olaraq dövlətlər daşl
ı ğ
Sevda Ağamirzə qızı Əhədova
nar və daşınmaz mədəni irsin qeyri-qanuni
dövriyyəsinin qarşısını almaq və ümumdünya
əhəmiyyəti kəsb edən obyektlərin və abidələrin
mühafizəsində, idarə edilməkdə əməkdaşlıq
etməyi öz öhdələrinə götürüblər. Adı çəkilən
birinci konvensiyada mədəni sərvətlərin müha
fizəsinin səmərəli olması üçün onun istər milli,
istərsə də beynəlxalq miqyasda təşkil olunma
lı olduğu və dövlətlər arasında sıx əməkdaşlıq
tələb etdiyi vurğulanır və hər dövlətin onun
ərazisindəki mədəni dəyərlərdən ibarət sərvəti
oğurlanmaq, gizli qazıntı və ölkədən qanunsuz
çıxarılmaq təhlükəsindən mühazirə etməyə bor
cu olduğu, bu təhlükələrin qarşısını almaq üçün
istər öz mədəni sərvəti, istərsə də bütün xalq
ların mədəni sərvəti üçün daha yüksək əxlaqi
öhdəlik hissi ilə aşılanmasının zəruriliyi qeyd
olunur. Konvensiyanın I maddəsində mədəni
dəyərin 15 bənddən ibarət təsnifatı da verilmiş
dir [82, 259-260]. Ümumdünya mədəni və təbii
irsinin mühafizəsi haqqında Konvensiyada (16
noyabr 1972-ci il) mədəni və təbii irsin tərifləri ve
rilmiş, hər hansı mədəni və təbii irsin korlanması
və ya yoxa çıxması dünyanın bütün xalqlarının
sərvətlərin fəlakətli surətdə yoxsullaşması kimi
qəbul edildiyi vurğulanmışdır.
Bu konvensiyalarda nəzərdə tutulmuş prin
siplərin həyatiliyini təmin etmək məqsədi ilə
YUNESKO 1950-ci illərin ortalarından başlaya
raq xüsusi tövsiyələrin hazırlanması ilə məşğul
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/7f
Dostları ilə paylaş: |