Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

Bəyannamə  hər  bir  mədəniyyətin  hörmət 
edilməli və qoruyub saxlanılmalı olan ləyaqət və 
dəyərə  malik  olması,  öz  mədəniyyətini  inkişaf 
etdirməyin hər bir xalqın hüququ və borcu olması, 
bütün mədəniyyətlərin rəngarəngliyi, müxtəlifliyi 
və qarışıqlıq təsiri ilə bəşəriyyətin ümumi sərvəti 
olmasını təsbit edərək (I maddə) xalqları bəşəriy­
yətin texniki və mənəvi-intellektual tərəqqisi ara­
sında  ahəngdar  müvazinəti  təmin  etmək  üçün 
mədəniyyətin  bütün  sahələrini  paralel  və  müm­
kün qədər eyni vaxtda inkişafım davam etdirməyə 
çağırır.  Beynəlxalq  mədəni  əməkdaşlığın  təhsil, 
elm  və  mədəniyyətin  bütün  sahələrində  əqli  və 
yaradıcılıq  fəaliyyətinin  bütün  növlərini  əhatə 
etməsi  zəruriliyini  qeyd  edən  bəyannamə  iki­
tərəfli,  çoxtərəfli,  regional  və  ya  ümumdünya 
əsasda  həyata  keçirilməsindən  asılı  olmayaraq 
bu  əməkdaşlığın  məqsədləri  kimi  aşağıdakıları 
müəyyənləşdirmişdir:  Biliklərin  yayılması,  iste­
dadların  inkişafına  və  müxtəlif  mədəniyyətlərin 
zənginləşməsinə;  xalqlar  arasında  sülh  münasi­
bətlərinin və dostluğun inkişafı və onlarm hər bi­
rinin  həyat  tərzini  daha  yaxşı  başa  düşülməsinə 
yardım  göstərmək,  BMT-nin  bu  bəyannamənin 
preambulasmda  xatırlanan  bəyannamələrində 
elan  edilmiş  prinsiplərinin  tətbiqinə yardım  gös­
tərmək;  hər  bir  insamn  biliklərə  yol  tapmasının, 
bütün  xalqlarm  incəsənət  və  ədəbiyyatdan  zövq 
almaq,  Yer  kürəsinin  bütün  hissələrində  elmin 
tərəqqisində  iştirak  etmək,  onun  nemətlərindən
Sevda Ağa mirzə qızı Əhədova
г?г
faydalanmaq  və  mədəni  həyatın  zənginləşdiril- 
məsinə  yardım  göstərmək  imkanlarını  təmin 
etmək və dünyanın hər yerində insanın maddi və 
mənəvi həyat şəraitini yaxşılaşdırmaq [83].
Mədəni əməkdaşlıq xalqlar və ölkələr arasın­
da  əmin-amanlıq  və  dostluq  münasibətlərinin 
təşəkkül  taparaq  inkişaf  etməsinə  yardım  gös­
tərməklə,  onda  iştirak  edən  bütün  subyektlərin 
qarşılıqlı  şəkildə  faydalanmasma  şərait  yaradır, 
xalqlar  arasmda  möhkəm  və  daxili  əlaqələr  ya­
radılmasına  yardım  edir.  Bu  baxımdan  mədəni 
əməkdaşlıq bütün xalqlarm və ölkələrin hüququ 
və  borcudur  və  onlar  malik  olduqları  bilik, və 
təcrübəni bir-biri ilə bölüşdürməlidirlər.
Bir amilə  də  diqqət yetirmək lazımdır ki,  bey­
nəlxalq mədəni əməkdaşlığa nail olmağa çalışarkən 
beynəlxalq  münasibətlərin  əsas  prinsipləri,  hü­
quqi  normalar,  o  cümlədən  BMT-nin  müvafiq 
prinsipləri  əsas  götürülməli,  dövlətlər  ölkələrin 
suveren  bərabərliyinə  afd  olan  işlərə,  onlarm 
daxili  məsələlərinə  qanşmaqdan  çəkinməlidirlər. 
Beynəlxalq  mədəni  əməkdaşlıq  prinsipləri  insa­
mn hüquqlan və əsas azadlıqları nəzərə alınmaqla 
tətbiq edilməlidir [83,408-410].
Mədəni  əməkdaşlığın  genişlənməsi  və  möh­
kəmlənməsi  milli  mədəniyyətlərin  bütün  sahələ­
rində  qazanılmış  nailiyyətlərlə  digər  xalqlarm 
daha  tam  qarşılıqlı  tanışlığını  təmin  etməklə, 
müxtəlif  mədəniyyətlərin,  onlarm  hər  birinin 
özünəməxsusluğuna,  həmçinin,  başqa  xalqlarm
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/73


mədəniyyətlərinin  bütün  bəşəriyyətin  maddi  ir­
sini  təşkil  edən  dəyərlərinə  hörmət  əsasında  zən­
ginləşməsinə şərait yaradır.
İnsanların,  sosial,  milli  qrupların  cəmiyyətin 
mədəni  inkişafında  iştirak  hüququnun  həyata 
keçirilməsi sahəsində  də YUNESKO bir sıra nor­
mativ  aktlar  işləyib  hazırlamışdır.  1976-cı  il  26 
noyabr tarixli  "Xalq kütlələrinin mədəni həyatda 
iştirakı  və  ona  töhfəsi  haqqında  Tövsiyələr"də 
qeyd  olunur  ki,  "mümkün  qədər  daha  çox  in­
sanların  və  assosiasiyaların  maksimum  müxtəlif 
və  sərbəst  seçilmiş  mədəni  tədbirlərdə  iştirakı 
əsas  insani  dəyərlərin  və  şəxsiyyətin  ləyaqətinin 
tərəqqisi üçün zəruridir", "geniş xalq kütlələrinin 
mədəni dəyərlərə təmas tapmaq imkanı ilə təmin 
etməyin  təkcə  onların  mədəni  nemətlərdən  bəh­
rələnmələrinə  deyil,  həmçinin  bütün  mədəni 
həyatda  və mədəni inkişaf prosesində fəal iştirak 
etmələrinə  imkan  verən  zəruri  iqtisadi  şəraitin 
yaradılması sayəsində mümkündür"  [42, 342].
Tövsiyədə qeyd edildiyi kimi, mədəni həyatda 
iştirak etmə şəxsiyyətin, onun ləyaqət və dəyərinin 
təsdiqini,  həmçinin  BMT  nizamnaməsində,  insan 
hüquqları haqqında beynəlxalq paktlarda elan edil­
diyi  şəkildə  əsas  azadlıqların  və  insan hüquqları­
nın həyata keçirilməsini nəzərdə tutur, vurğulanır 
ki,  bütün  formalarında və  təzahürlərində təcavüz 
siyasəti, müstəmləkəçilik, yeni müstəmləkəçilik, fa­
şizm və irqçilik, həmçinin digər amillər şəxsiyyəün 
mədəni inkişafına əngəl törədir [42, 344].
Sevda Ağamirzə qızı Əhədova
Beynəlxalqmədəni əməkdaşlığın və beynəlxalq 
mədəni hüququnun əsas müddəalan YUNESKO- 
un eqidası ilə  1982-ci ildə Meksika şəhərində ke­
çirilmiş  "Mədəniyyət  sahəsində  siyasətə  dair" 
beynəlxalq konfransın qəbul etdiyi Bəyannamədə 
də  inkişaf  etdirilmişdir.  Bəyannamədə  belə  bir 
ümid ifadə olunurdu ki, "son nəticədə bəşəriyyət 
vahid mədəni və mənəvi məqsədlərə gələcəkdir". 
Bəyannamədə mədəniyyət sahəsində həyata keçi­
riləcək siyasətin əsas prinsipləri öz əksini tapmış­
dır  ki,  bunlar  arasında  mədəni  müxtəlifliyin  və 
mədəni  özünəməxsusluğun  qorunması  prinsipi 
mühüm əhəmiyyət kəsb edir. Qeyd olunurdu ki, 
mədəni  özünəməxsusluq  insanın  hərtərəfli  inki­
şaf  imkanlarını  genişləndirən,  hər  bir  xalqı,  hər 
bir qrupu səfərbər; edən və onları keçmişdən güc 
almağa,  mədəniyyətlərin  öz  xarakterinə  uyğun 
elementlərini  mənimsəməyə  və  bununla  özünü- 
yaratmaq  prosesini  davam  etdirməyə  sövq edən 
qiymətsiz sərvətdir.
Bəyannamədə göstərildiyi kimi, hər bir mədə­
niyyət  təkrarolunmaz  və  əvəzedilməz  dəyərlər 
məcmusudur və hər bir xalq məhz öz ənənələri və 
ifadə  formaları  vasitəsilə  bütün  dünyaya  özünü 
təsdiq  etdirir.  Bəyannamədə  mədəni  özünəməx­
susluğun və mədəni müxtəlifliyin bir biri ilə qırıl­
maz qarşılıqlı  əlaqəsi  vurğulanır və qeyd  olunur 
ki, müxtəlif ənənələrin çiyin-çiyinə mövcud oldu­
ğu yerdə  müxtəliflik- mədəni özünəməxsusluğun 
əsasım təşkil edir"  [111].
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
C75


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə