Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə44/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

olur.  İndiyədək  15-dən  çox  belə  tövsiyə  qəbul 
olunmuşdur:  Arxeoloji  qazıntıların  beynəlxalq 
nizamlanma  prinsiplərini  müəyyən  edən  tövsiyə 
(15  dekabr  1956-cı  il);  Muzeylərin  kütləviliyin 
təmin  etmək  üçün  daha  təsirli  tədbirlərə  aid 
tövsiyə  (14  dekabr  1960-cı  il);  Mənzərələrin  və 
yerlərin  gözəlliyinin  və  xarakterinin  qorunub 
saxlanılması  haqqında  tövsiyə  (11  dekabr  1962- 
ci  il);  Mədəni  dəyərlərin  qanunsuz  aparılması, 
gətirilməsi  və  mülkiyyət  hüququnun  başqası­
na  verilməsinin  qadağan  edilməsi  və  qarşısı­
nın  alınmasına  yönəldilmiş  tədbirlər  haqqında 
tövsiyə  (19  noyabr  1064-cü  il);  İctimai  və  özəl 
işlərin  aparılması  nəticəsində  təhlükəyə  məruz 
qalan  mədəni  dəyərlərin  qorunub  saxlanılma­
sı  haqqında  tövsiyə  (19  noyabr  1968-ci  il);  Milli 
planda  mədəni  və  təbii  irsin  mühafizəsi  haqqın­
da tövsiyə (16 noyabr 1972-ci il); Xalq kütlələrinin 
mədəni  həyatda  iştirakı  və  ona  töhfəsi  haqqın­
da  tövsiyə  (26  noyabr  1976-cı  il),  Mədəni  dəyər­
lərin  beynəlxalq  mübadiləsi  haqqında  tövsiyə 
(26  noyabr  1976-cı  il);  Tarixi  ansamblların  qoru­
nub saxlanılması  və müasir rolu haqında tövsiyə 
(26 noyabr 1976-cı il); Daşınar mədəni dəyərlərin 
mühafizəsi  haqqında  tövsiyə  (18  noyabr  1978-ci 
il);  Yaradıcı  işçilərin  vəziyyəti  haqqında  tövsiyə 
(27  oktyabr  1980-ci  il);  Hərəkət  edən  təsvirlərin 
mühafizəsi  və  qorunub  saxlanılması  haqqmda 
tövsiyə  (27  oktyabr  1980-ci  il);  Qeyri-maddi  ir­
sin  qorunması  haqqında  Beynəlxalq  Konvensiya
Sevda Ağamirzə qızı Əhədova
180
(2003-cü  il);  Mədəni özünüifadənin  müxtəlif for­
malarının qorunması və təşviqi haqqında (2005-ci 
il) Konvensiya. Hazırda Azərbaycan Respublikası 
bu konvensiyaların hamısına qoşulmuşdur.
1989-cu  ildə  YUNESKO  “Folklorun  qoru­
nub  saxlanılması haqqmda"  tövsiyə  qəbul  etmiş­
dir.  Tövsiyədə  göstərilir  ki,  folklor  bəşəriyyətin 
ümumi  irsinin  tərkib  hissəsi,  müxtəlif  xalqların 
və  sosial  qrupların  yaxınlaşmasının  və  onların 
mədəni  özünəməxsusluğunun  təsdiqinin  mü­
hüm vasitəsidir. Dövlətlərə öz ərazilərində həmin 
tövsiyələrdə  öz  əksini tapmış prinsiplərin və  təd­
birlərin  həyata  keçirmələri  üçün  qanunverici  və 
digər tədbirləri həyata keçirmələri üçün  çağırışlar 
öz əksini tapmışdır [82,496].
Lakin  bu  məqsədlərdə  yalnız  xalqlar  arasın­
da  əməkdaşlığın  inkişaf  etdirilməsi,  bilik  və  in­
formasiyadan  azad  istifadə  etmə  və  mübadilə 
şəraitində  çatmaq  mümkündür.  Hələ  1950-ci  il­
də  İtaliyanın  Florensiya  şəhərində  imzalanmış 
“Təhsil,  elm və mədəniyyət xarakterli materialla­
rın  idxalı  (ölkəyə  gətirilməsi)  haqqında"  sazişdə 
belə bir fikir vurğulanmışdı ki, ideya və biliklərin 
sərbəst  mübadiləsinin  və  bütövlükdə  siviliza­
siyaların  istifadə  etdikləri  müxtəlif  özünüifadə 
formalarının  ən  geniş  şəkildə  yayılması  intellek­
tual  tərəqqinin  və  beynəlxalq  qarşılıqlı  anlaşma­
nın  vacib  şərti  olmaqla  bütün  dünyada  sülhün 
qorunmasına  imkan  yaradır  [82,  241].  Saziş  bağ­
layan  dövlətlər maarif,  elmi  və  mədəni  xarakter-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/8/


Ii  materialların  azad  yayılması,  həmçinin  buna 
mane olan istənilən məhdudiyyətlərin ləğvi və ya 
azaldılması  üçün  birgə  səylər göstərəcəklərini  öz 
öhdələrinə  götürmüşdülər.  Sonrakı  dövrlərdə bu 
prinsiplərin  inkişafını özündə əks etdirən bir sıra 
tövsiyələr,  o cümlədən Müəllif hüququ haqqında 
1952-ci il  Ümumdünya Konvensiyası (1971-ci ildə 
düzəlişlər  edilmişdir),  Rəsmi  nəşrlərlə  mübadilə 
haqqında  1958-ci  il  Konvensiyası,  Elmi-tədqiqat 
işçilərinin  statusu  haqqında  1974-cü  il  tövsiyəsi, 
Yaradıcı  -işçilərin  vəziyyəti  haqqında  1980-ci  il 
tövsiyəsi,  Ali  məktəblərin  müəllim  kadrlarının 
statusu  haqqında  1997-ci  il  tövsiyəsi  qəbul  edil­
mişdir.  Bu  və YUNESKO-nun  qəbul  etdiyi  digər 
aktlar  elmi  işçilərin,  yaradıcı  insanları  mədəni 
hüquqlarının  inkişafına,  maraq  və  mənafelərinin 
qorunmasına  kömək  edən  beynəlxalq  hüquqi 
baza yaradır [125, 50].
Milli azlıqların mədəni hüquqlarının təminatı 
həm mədəni hüquqların, həm də "çoxmədəniyyətli 
sistemlərin"  inkişafı  baxımından  mühüm  əhə­
miyyət  kəsb  edir.  Azlıqların  mədəni  hüquq­
larının  təmin  edilməsi  birinci  növbədə  onlara 
münasibətdə  ayrı-seçkiliyin  qadağan  edilməsini 
nəzərdə tutur.  Milli  və sosial azlıqlara qarşı ayrı- 
seçkiliyin  qadağan  edilməsi  ilə  bağlı  müddəalar 
insan  hüquqlarına  dair  beynəlxalq  paktlarda  və 
bəyannamələrdə, regional müqavilə və sazişlərdə 
təsbit edilmişdir.
Milli  azlıqların  mədəni  hüquqları  Milli  və  ya
Sevda Ağamirzə qızı Əhədova
etnik, dini və dil azlıqlanna mənsub olan şəxslərin 
hüquqlarma  dair  1992-ci  il  Bəyannaməsində  öz 
geniş əksini tapmışdır. Sənədə görə milli azlıqlara 
mənsub olan şəxslərin milli, etnik, mədəni, dini, dil 
mövcudluğunun  qorunub  saxlanması  öz  mədəni 
sərvətlərdən istifadə etmək, dininə sitayiş etmək və 
dini ayinlərin icra etmək, ictimai və şəxsi həyatda 
öz  dilindən  istifadə  etmək  və  s.  Bəyannamə  milli 
azlıqlann  digər  hüquqlan  ilə  yanaşı  adı  çəkilən 
mədəni  hüquqlarının  təmin  edilməsi  sahəsində 
dövlətlər  qarşısında  konkret  öhdəliklər  qoymuş­
dur.
Azlıqlann, o cümlədən milli azlıqların mədəni 
hüquqları  ilə  bağlı  məsələlər  Avropa  Şurasının 
1995-ci ildə qəbul etdiyi Milli azlıqlann müdafiəsi 
haqqmda  Çərçivə  Konvensiyasında,  1992-ci  il 
Regional  dillər və azlıqların dilləri haqqmda Av­
ropa Xartiyasında da təsbit edilmişdir.
Çərçivə  Konvensiyasında  milli  azlıqların  və 
onlara mənsub şəxslərin hüquq və azadlıqlarının 
müdafiəsi  insan  hüquqlarının  beynəlxalq  mü­
dafiəsinin  ayrılmaz  tərkib  hissəsi  olmaqla  yana­
şı,  beynəlxalq  əməkdaşlığın  mühüm  sahəsi  kimi 
qeyd olunmuşdur. İfadə olunma xüsusiyyətlərinə 
görə  həmin  hüquq  və  azadlıqlar  əsas  etibarilə 
digər beynəlxalq-hüquqi sənədlərlə eynilik təşkil 
edir [36, 213-219].
Milli  azlıqlann  mədəni  hüquqlarının  təmin 
edilməsi  ilə  bağlı müddəalar  MDB-nin  1992-ci  il 
Minsk Konvensiyasında da mövcuddur.
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
/83


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə