Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə52/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

olunmasına  deyil,  xalqlar  arasında  nifaqın,  eti- 
madsızlığın güclənməsinə xidmət edir.
Hərbi,  siyasi,  iqtisadi,  texnoloji,  informativ 
vasitələrlə,  zorakı  metodlarla başqa xalqların hə- 
yatma  müdaxilə  etmək  və  öz  həyat  dəyərlərini, 
ideyalarmı,  təsəvvürlərini  onlara  zorla  qəbul 
etdirmək  cəhdləri  müasir  dünyada  yol  verilməz 
siyasət kimi lənətlənməli və pislənməlidir.
Müxtəlif  mədəniyyətlərin  nümayəndələri  öz 
dəyərlər,  ənənələr  sisteminin,  həyat  tərzinin  çər­
çivələrini.  aşmağı  bacarmalı,  qarşılıqlı  anlaşma 
nümayiş  etdirməli,  bütün  bəşəriyyətin  gələcəyi 
naminə qlobal problemləri həll etmək üçün bərabər 
hüquqlu tərəfdaş kimi dialoqa girməlidirlər.
Sevda Ağamirzə qızı Əhədova
3 .3 .  M ə d ə n iy y ə tlə ra ra s ı  m ü n a s ib ə tlə r 
və  m illi  d ö v lə tlə r
T
arix  boyu  həmişə  mədəniyyətlər  və  geniş 
mənada  sivilizasiyalar  beynəlxalq  siyasi 
münasibətlərə böyük və heç də birmənalı olmayan 
təsir  göstərmiş  və  göstərməkdədir.  İqtisadi  qlo­
ballaşma  proseslərini sürətlənməsi,  müasir infor­
masiya  yayımı  vasitələrinin görünməmiş  inkişafı 
müxtəlif siyasi sistemlər arasında təmas imkanla­
rını  daha  da  artırır,  mədəniyyətlərin  beynəlxalq 
siyasi  münasibətlərə  təsiri  daha  aşkar  xarakter
almağa başlayır. Tarixən dövlətlər mədəniyyətlər 
və  sivilizasiyalar  arasında  əlaqələndirici  həlqə 
kimi çıxış etmiş və etməkdədir. S.P.Hantinqtonun 
sivilizasiyaların 
münaqişəsi 
nəzəriyyəsində 
bütün  sivilizasiyalararası  münaqişələr  birba­
şa  dövlətin  rolu  ilə  əlaqələndirilir.  Müəllif  si­
vilizasiyaları  dövlətin  məhsulu  hesab  edərək 
iddia  edir  ki,  gələcəkdə  də  dövlət  beynəlxalq 
münasibətlərin  ən  əsas  subyekti  olaraq  qalacaq­
dır. Onun nəzərincə, dövlətlər sivilizasiya institut­
ları vasitəsilə öz xüsusiyyətlərini və mənafelərini 
daha  sərt  qorumağa  çalışacaqlar.  Sivilizasiyanın 
dünya  siyasəti ilə əlaqəsində dövlət əsas  yer tut­
duğundan  mədəniyyətin  də  dünya  siyasətinə 
təsirinin artması əsasən dövlət institutları vasitəsi 
ilə baş verəcəkdir [212].
Məlumdur  ki,  uzun  tarixi  müddət  ərzində 
beynəlxalq işlərdə suveren dövlətlər əməli olaraq 
yeganə fəal subyekt olmuşdur. Lakin qloballaşma 
və beynəlxalq münasibətlərdə cərəyan edən digər 
proseslər və çağırışlar suveren dövlətlərin roluna 
və hüquqlarına yenidən baxmağa va dar edir. Siyasi 
proseslərin  təhlili  göstərir  ki,  suveren  dövlətlər 
beynəlxalq  münasibətlərin  yeganə  hərəkətverici 
subyekti  rolunu  tədricən  itirməkdədirlər.  An­
caq  bununla  yanaşı  nə  yaxın  gələcəkdə,  nə  də 
uzaq 
perspektivdə 
mədəniyyət  beynəlxalq 
münasibətlər  sahəsində  dövlətlərin  funksiya­
larını öz üzərinə götürmək və ya onu əvəz etmək 
iqtidarında  olmayacaqdır.  Ən  əvvəl  ona  görə  ki,
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


nə  mədəniyyət,  nə  də  sivilizasiya  bütövlükdə 
fövqəlmilli  (transmilli)  maraqlan  təmsil  edən 
subyekt  deyildir  və  ola  da  bilməz.  Məlumdur 
ki,  beynəlxalq  münasibətlərin  əsas  problemini 
müxtəlif milli maraqların tənzimlənməsi, uzlaşdı­
rılması  təmin  edir.  Maraqların  ifadəçisi  subyekti 
kimi isə mədəniyyət deyil, məhz dövlət çıxış edir. 
Bu gün hətta ən yüksək inkişaf səviyyəsinə çatmış 
qərb  sivilizasiyasının  belə  hansısa  fövqəlmilli, 
ümumi marağa söykəndiyini və ya onun hər han­
sı ümumi maraqlara əsaslanan subyekt olduğunu 
iddia etmək mümkün deyildir. ABŞ və ya Avropa 
dövlətləri  qərb  demokratik  dəyərlərini  yaymaq 
adı altmda əslində öz maraqlarım güdürlər.
Qərb sivilizasiyasının tarixi sübut edir ki, o heç 
də  monolit  hadisə  olmayıb,  daxili  ziddiyyətlərlə 
doludur.  Bu  fenomenin  təşəkkül  tapdığı  Qədim 
Romadan 
başlayaraq 
Qərb 
sivilizasiyası­
nın  müxtəlif  ünsürləri  arasmda  daim  rəqabət, 
münaqişələr getmiş, dövrümüzün son iki dağıdıcı 
müharibəsi də onun ziddiyyətlərinin nəticəsində 
baş  vermişdir.  Bu  gün  dünya  Avropa  Birliyi  for­
masında  özünün  ən  dərin  inteqrasiya  modelini 
ortaya  qoymuşdur,  lakin  onun  daxilində  milli 
dövlətlərin  maraqları  arasmda,  eləcə  də  ayrı-ay­
rı  dövlətlərlə  Birliyin  ümumi  maraqlan  arasmda 
təzadlar, ziddiyyətlər tez-tez özünü göstərir.
İslam  dünyasında  son  60  ildə  baş  verən 
proseslər, Yaxın Şərq hadisələri,  ərəb ölkələrində 
2011-ci 
ilin 
əvvəlində 
başlamış 
inqilabi
Sevda Ağamirzə qızı Əhədova
dəyişikliklər və onlara  fərqli  münasibət də islam 
sivilizasiyasının  vahidliyi  haqqında  söhbətlərin 
rəvayət  olduğunu  bir  daha  sübut  edir.  Nə 
Fələstin məsələsində, nə İraq məsələsində, nə də 
digər məsələlərdə ərəb dünyasının yekdil mövqe 
nümayiş  etdirməməsi  bir  daha  göstərir  ki,  sivi­
lizasiya  və  ya  mədəniyyətin  gücü  hələlik  dünya 
siyasətinin  inkişaf  istiqamətini  dəyişdirmək  iqti­
darında  deyildir.  Mədəniyyət  yalnız  siyasətə  və 
iqtisadiyyata  söykənərsə,  real  qüvvə  ola  bilər. 
Bu  gün siyasi-iqtisadi kompleks  özünü  dövlətdə 
təzahür  etdiyindən,  mədəniyyətin  də  rolu 
dövlətin  fövqündə  deyil,  ona  istinadda  özünü 
göstərə bilər.
Müasir  qərb  politologiyasında  beynəlxalq 
əməkdaşlığın  və  bütövlükdə  beynəlxalq  müna­
sibətlərin iki kateqoriyası haqqında nəzəriyyə for­
malaşmaqdadır:  "Yüksək  dərəcədə  siyasiləşmiş" 
və  "nisbətən  aşağı  dərəcədə  siyasiləşmiş"  bey­
nəlxalq münasibətlər.
Birinci  kateqoriyaya  dünyada  sülhün  və  təh­
lükəsizliyin  təmin  edilməsi  ilə  bağlı  beynəlxalq 
məsələlər,  ikinci  kateqoriyaya  isə  iqtisadiyyata, 
ekologiyaya, sosial sahəyə, insan hüquqlanna aid 
məsələlər aid edilir [191, 305-308].  Birinci kateqo­
riyaya  aid  olan  və  aşkar  siyasi  xarakter  daşıyan 
məsələlərin  həllində  qərar  qəbul  etmə  statusu 
ancaq  dövlətə  məxsusdur.  Ancaq  eyni  zamanda 
ikinci kateqoriyaya aid məsələlərdə dövlət yeganə 
iştirakçı  və  yeganə  qərar  qəbul  edən  subyekt
Müasir dünyada mədəniyyətlararası münasibətlər
гсг


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə