Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə54/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

mədəni müxtəlifliyə və özünəməxsusluğa hörmət, 
tolerantlıq, başqalarına münasibətdə səmimiyyət, 
ayrı-seçkilik  salmadan  təmasa  girmək,  qarşılıqlı 
etimad  və  bərabər  hüquqlar,  özünəməxsusluğu 
saxlamaqla  ümumi  dəyərlərə  can  atma,  hər  bir 
mədəniyyətin,  bəşəriyyətin  tərəqqisi  üçün  töhfə 
verməsinə şərait yaradılması -  bütün bunlar dia­
loqu stimullaşdıran əsas amillərdir.
Azərbaycan xalqı dünyanm mədəni müxtəlif­
liyinə böyük hörmətlə yanaşır və qəbul edir. Xal­
qımızın  əsrlərlə  formalaşmış  milli-mənəvi  də­
yərləri  bəşərilik,  dözümlülük,  tolerantlıq  kimi 
keyfiyyətlərlə zəngindir.  Əslində bu  təsadüfi  de­
yil.  Qərblə  şərqin  arasında  mənəvi  körpü  olan, 
əlverişli  geosiyasi  mövqeyə  malik  Azərbaycan 
tarixən  həmişə  qərb  və  şərq  mədəniyyətlərinin 
qovuşması,  onların  qarşılıqlı  təsiri  nəticəsində 
unikal mədəniyyət yaratmış bir məskəndir.
Qloballaşan  dünyamız  bu  gün  hər  bir  xalq, 
ölkə  qarşısında  təcili  həlimi  tələb  edən  komp­
leks  problemlər  qoyur.  Bu  isə  öz  növbəsində 
ən  müxtəlif  istiqamətlərdə  dövlətlərin  birgə 
fəaliyyət  strategiyasının  işlənib  hazırlanmasının 
zəruriliyini  ortaya  qoyur.  Mürəkkəb  sosial,  iqti­
sadi,  elmi-texniki,  mədəni,  mənəvi  problemlərin 
aradan  qaldırılması,  dünya  nizamına  nail  olun­
ması  üçün  birinci  növbədə  konsensusa  gəlmək, 
mədəni  baryerləri  aradan  qaldırmaq  lazımdır. 
Bu  məqsədə  çatmağın  yenə  də  yeganə  yolu  di­
aloqdur.  Qarşılıqlı  anlaşmaya  nail  olmaq  üçün.
Sevda Ağamirzə qızı Əhədova
ггг
hər  bir  mədəniyyəti  unikal  dəyər  kimi  qəbul 
etməklə  dar mədəni  çərçivələrdən imtina etmək, 
mədəniyyətlərin, 
sivilizasiyaların 
dialoquna 
girmək lazımdır.
Bəşəriyyətin mövcudluğunun maddi, mənəvi, 
dini,  intellektual  şərtləri  mədəniyyətlərin,  sivi­
lizasiyaların  dialoqu  problemi  bu  gün  alim  və 
siyasətçilər arasmda tez-tez müzakirə olunur. Bu 
mədəniyyətlərin dialoqunda qlobal konsensusun 
aktuallığım bir daha ortaya qoyur.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
<223


IV  FƏSİL
MƏDƏNİYYƏTLƏRİN  DİALOQU 
VƏ  DİALOQ MƏDƏNİYYƏTİ
4 .1 .  M ü a s ir  d ö v rü n   ç a ğ ırış la rı  və 
d ia lo q
S
on onilliklərdə beynəlxalq münasibətlərdə, 
dünya  proseslərində  mədəniyyətin  əhə­
miyyətinin  artmasını,  mədəni  irsin  qorunması 
haqqında  diskussiyaların  çoxalması,  kulturolo- 
giya elminin  coşqun inkişafı,  beynəlxalq və milli 
səviyyədə  mədəniyyətə  aid  çoxlu  sayda  aktların 
qəbul edilməsi də sübut edir.  Hazırda bəşəriyyət 
öz  inkişafının  elə  səviyyəsinə  gəlib  çatmışdır  ki, 
sosial həyatın  əsas  məsələlərini,  mədəniyyət fak­
torunu  nəzərə  almadan həll  etmək mümkün  de­
yildir.  Bəziləri  mədəniyyətin  rolunun  artmasım 
ideologiyaların  əhəmiyyətinin  azalması  ilə  izah 
edirlər.  Keçmiş  sosialist  sisteminin  iflası  postso­
vet  cəmiyyətlərində  həlli  vacib  bir  məsələni  or­
taya  qoydu  -   insanların  mənəvi  birliyini  təmin 
etmək  üçün  hansı  vasitələrdən  istifadə  etməli?
Humanitar elmlərdə bu problem mədəni identik- 
lik  problemi  adlanır.  İdenliklik  —
  insanın  özünü 
cəmiyyətin bir hissəsi kimi hiss etmək tələbatıdır. 
Sovet imperiyası süqut etdikdən sonra bu tələbat 
daha  da  kəskinləşdi.  Kommunizm  ideologiya­
sını  bizim  necə  qiymətləndirməyimizdən  ası­
lı  olmayaraq,  o  müəyyən  tarixi  dövr  şəraitində 
cəmiyyətin bütövlüyünün, dövlətin qorunub sax­
lanmasında  əsas  rol  oynamış,  birləşdirici  qüvvə 
kimi  çıxış  etmişdir.  Məhz  bu  ideologiya  onlarla 
xalqı və  etnosu  fövqəlmilli  əsasda birləşdirməyə 
nail olmuşdur. Sovet ideologiyasının süqutundan 
sonra  ictimai  inteqrasiya  problemi  ciddiləşməyə 
başladı. Məhz belə şəraitdə mədəniyyətin statusu 
və  rolu,  hər  bir  sosial  qrupun  mədəni  potensia­
lı  artmağa  başlayır,  mədəniyyət  əsas  birləşdirici 
qüvvəyə  çevrilir. Bu amil  mədəniyyətlərarası  di­
aloqun  əhəmiyyətini  daha  da  artırır.  Çünki  dia­
loq  həm  bir  tərəfdən  xalqlar  arasında  qarşılıqlı 
əlaqənin  əsası  kimi,  həm  də  onların  mədəni  po­
tensialının üzə çıxarılması vasitəsi kimi çıxış edir.
Müasir tarix inkişaf mərhələsində dünyamızın 
ən  mühüm  problemlərindən  biri  mədəniyyətlər 
və sivilizasiyalar arasında dialoq problemidir. Bəs 
mədəniyyətlərarası  dialoqun  mahiyyəti  nədən 
ibarətdir?
Dialoq,  tamamilə  yeni  mədəni-tarixi  pro­
ses  olub,  mədəniyyətlər,  sivilizasiyalar,  xalqlar, 
ölkələr  arasındakı  münasibətlərin  yeni  para- 
diqması,  sülh  və  dinc  yanaşı  yaşamaq  uğrunda
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


hərəkatdır.  Dialoq  müxtəlif  dövlətlər  arasında 
qarşılıqlı  anlaşma  və  əməkdaşlıq,  mədəniyyətlər 
arasındakı  münaqişə  və  toqquşmaların  qarşısı­
nın alınması, XXI əsrdə bəşəriyyət qarşısmda du­
ran  qlobal  problemlərin  uğurlu  həlli  vasitəsidir. 
Yaşadığımız  dünya  çox  rəngarəngdir.  Bəziləri 
bu  rəngarəngliyə  dünyanın  bütövlüyünə  əsas 
təhlükə  kimi,  digərləri  isə  dünya  prosesinin  ay­
rılmaz  hissəsi  və  inkişafın  əsas  perspektivi  kimi 
baxırlar.
Beynəlxalq  birliyin  uzunmüddətli  fəaliyyət 
proqramı  kimi  mədəniyyətlərin,  sivilizasiyaların 
dialoqunun əsası 1998-ci ildə, BMT Baş Məclisinin 
qərarının  qəbul  edilməsi  ilə  qoyulmuşdur.  XXI 
yüzillik  BMT-nin  himayəsi  altında  sivilizasiya­
lar  arasında  dialoq  ili  ilə  başlamışdır.  9  noyabr 
2001-ci  ildə BMT-nin Təhlükəsizlik Şurasmm 56- 
cı sessiyasında qəbul edilmiş "Sivilizasiyalar arası 
dialoq üçün qlobal gündəlik" bütün bəşəriyyətin 
taleyini  müəyyənləşdirən,  XXI  əsrin  imperativi 
olacaq  tədbirlər  proqramıdır.  Yalnız  sivilizasiya­
ların  dialoqu  və  əməkdaşlığı  əsasmda  XXI  əsrin 
çağırışlarına  cavab  vermək,  mürəkkəb  qlobal 
problemləri həll etmək mümkündür:
Demoqrafik  problemlər  -   yoxsul  siviliza­
siyalarda  əhalinin  artması  (demoqrafik  partla­
yış),  qərb  ölkələrində  isə  əhalinin  azalması  (de- 
populyasiya)  və  qocalması  böhranının  aradan 
qaldırılması;  BMT-nin  proqnozlarına  görə  XXI 
əsrin  ortalarında  yüzə  yaxın  ölkə  depopulyasiya
Sevda Ağamirzə qızı Əhadova
226
vəziyyətinə düşəcəkdir.
Ekoloji  problemlər  -   insan  fəaliyyətinin 
nəticəsi  olaraq  təbii  ehtiyatların  tükənməsi  və 
ətraf mühitin çirklənməsi;
Texnoloji —
 sivilizasiyalar və  ölkələr arasmda 
texnoloji  fərqlərin  artması,  nəticədə  istehsal,  is- 
tehlak,  xidmət  sahələrində  rəqabətədavamlılığın 
aşağı düşməsi;
iqtisadi  -  əhalinin  15%-nin  yaşadığı  və  dün­
ya  ümummilli  məhsulun  78,4%-nin  cəmləndiyi 
zəngin ölkələrlə, dünya əhalisinin 40,5%-nin yaşa­
dığı və ÜMDM-nin cəmi 3,4%-nə malik yoxsul ölkə 
və  sivilizasiyalar  arasında  tarixdə  görünməmiş 
uçurumun  yaranması.  Sivilizasiyalararası  dia­
loq  və  əməkdaşlıq  olmadan,  bütün  dünya  üzrə 
ÜMM-ün yarıdan çoxuna nəzarət edən transmilli 
korporasiyalarm  hərisliyinin  qarşısını  almadan, 
bu problemi həll etmək mümkün deyildir.
Geosiyasi  problemlər  -   sivilizasiyaların  məh­
vinə  səbəb  ola  biləcək  toqquşmaların,  müharibə 
təhlükəsinin  və  beynəlxalq  terrorizmin,  zorakılı­
ğın və düşmənçiliyin  qarşısı  alınması; bütün sivi­
lizasiya və xalqların əsas maraqlarını nəzərə alın­
maqla,  dialoqa,  sivilizasiyaların  bərabərhüquqlu 
əməkdaşlığma və tərəfdaşlığına əsaslanan çoxqütb­
lü dünya düzəninin təşəkkül tapması, sivilizasiya- 
lararası  və  dövlətlərarası  münaqişələrin  qarşısı­
nın  alınmasında  və  həllində  BMT-nin  və  dünya 
vətəndaş cəmiyyətinin rolunun artınlması.
Sosio-mədəni  problemlər -  XXI  əsrin  reallıq-
Müasir dünyada mədəniyyətlərə rası münasibətlər
227


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə