Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə56/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

maların  əsas  amilinə  çevrilir.  Sivilizasiyalararası 
münasibətlərin  hansı  meyli  -   qarşıdurma  və 
münaqişə,  yoxsa  dialoq  və  tərəfdaşlıq  üstün 
gələcəkdir?  Bəşəriyyətin  mənafeyi  heç  şübhəsiz 
ikinci  meylin  qalib  gəlməsini  tələb  edir.  Çünki 
məhz  sivilizasiya  və  mədəniyyətlərin  dialoqu 
istənilən  münaqişə  təzahürünün  (terrorizm,  se­
paratizm,  ekspansiya,  müharibə  və  s.)  qarşısı­
nı  almağa,  sülh  mədəniyyətinin  təşəkkül  tap­
masına  şərait  yaradır.  Dialoq  bütün  digər  lokal 
mədəniyyətlərin  mahiyyətini,  mənafeyini  və 
başlıca  dəyərlərini  anlamağa  və  nəzərə  almağı 
kömək  edir.  Dialoq  dəyərlər  sistemi  arasındakı 
fərqlərin,  hər bir mədəniyyətin və sivilizasiyanın 
əhəmiyyətinin, müxtəlifliyinin düzgün anlaşılma­
ması  nəticəsində sivilizasiyaların  qarşıdurmasım 
aradan  qaldırmağa,  bu  və  ya  digər  sivilizasiya­
nın  universallıq  iddialarını,  öz  dəyərlərini  zor­
la  bütün  dünyaya  yaymaq,  digər  sivilizasiyala­
rın  özünəməxsusluğunu  inkar  etməyə  yönəlmiş 
cəhdlərinin qarşısım almağa qadiridir.
Qarşılıqlı  təsirin  və  qarşılıqlı  əlaqənin  da­
ha  yüksək  forması  olan  qlobal  problemlərin 
həllində  sivilizasiyaların  tərəfdaşlığı  da  dialoq 
əsasında  qurulur.  Tərəfdaşlıq  sivilizasiyaların 
və  mədəniyyətlərin  qarşılıqlı  anlaşmasının  və 
etimadının  daha  dərin,  daha  sabit  səviyyəsini 
nəzərdə tutur. Qlobal problemlərin həlli üçün zə­
ruri  olan  ümumi  strukturların  yaradılması,  im­
kanların səfərbər edilməsi, səylərin birləşdirilməsi
Sevda Ağamirzə qızı Əhədova
гзг
varlı  və  yoxsul  sivilizasiyalar  arasında  iqtisadi, 
elmi-texniki  sahələrdə  təhsilin,  mədəniyyətin, 
informasiya-kommunikasiya  texnologiyaların in­
kişafında və mübadiləsində daha sıx əməkdaşlıq 
mühiti yaradır.
Bu  gün  mədəniyyətlərin  və  sivilizasiyaların 
dialoqu və əməkdaşlığın müxtəlif beynəlxalq qu­
rumlar  şəbəkəsi  vasitəsilə  müxtəlif  təşkilatı  for­
malarda  və  hüquqi  çərçivələrdə həyata keçirilir. 
Ən böyük qlobal struktur, heç şübhəsiz, Birləşmiş 
Millətlər Təşkilatı və onun bölmələridir. Xüsusən 
elm,  təhsil,  mədəniyyət  sahəsində  beynəlxalq 
əməkdaşlığa  rəhbərlik  edən  YUNESKO-nun  bu 
istiqamətdə rolu və xidmətləri böyükdür.
istənilən  dialoq  bir  növ  ünsiyyət  forması, 
müəyyən  davranış  qaydaları  və  mədəniyyətidir. 
Dialoqun  bu  səciyyəvi  cəhətləri  hüquqda  ehti­
va  olunur.  Dünya  mədəniyyətlərinin  dialoqu 
beynəlxalq  münasibətlərin  həyata  keçirilmə  for­
masıdır  ki,  bu  da  öz  ifadəsini  müəyyən  qayda­
larda  tapır.  Mədəniyyətlərin  dialoqu  beynəlxalq 
münasibətlərin forması kimi iki səviyyədə həyata 
keçirilir -  mədəniyyətlərin daşıyıcıları olan insan­
ların dialoqu  və mədəniyyətlərin nümayəndələri 
olan dövlətlərin dialoqu.
Hüquqda  insanların  beynəlxalq  dialoqu  xü­
susi  mülkiyyət  və  şəxsi  qeyri-mülkiyyət  mü­
nasibətləri  vasitəsilə  ifadə  olunur.  Bəşəriyyət 
öz  tarixi  ərazisində  bu  münasibətlər  sferasının 
tənzimlənməsi  üçün  milli  hüquq  sistemlərinin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


qarşılıqlı  əlaqə  mexanizmini  yaratmışdır.  Bu 
mexanizmdə  əsas  yeri  beynəlxalq  xüsusi  hüquq 
və beynəlxalq mülki proses  tutur ki,  onların əsas 
. məqsədi  xarici  ölkələrdə  yaranan  hüquqi  mü­
nasibətlərin  legitimliyini  tanımaqdan,  bu  mü­
nasibətlərin  iştirakçılarınm  hüququnun  məh­
kəmə  müdafiəsini  həyata  keçirməkdən  ibarət­
dir.  Hüquqi  tənzimlənmənin  ayn-ayrı  sferaları 
(məsələn,  xarici  vətəndaşların  hüquqi  statusu, 
məhkəmələrdə  onların  prosessual  hüquqları, 
müəllif  hüquqlarının  qorunması  və  s.)  hüquq 
sistemlərinin  səmərəli  qarşılıqlı  fəaliyyətini  nü­
mayiş  etdirir.  Lakin  bu  sferaya  daxil  olan  bəzi 
münasibətlər,  məsələn,  ailə  münasibətlərinə  aid 
məsələlərdə  hələ  də  razılaşdırılmamış  aspektlər 
mövcuddur.  Məhz ailə münasibətlərində dünya­
nın mədəni müxtəlifliyi açıq və tam şəkildə özünü 
göstərir.  Məhz  burada  hamı  tərəfindən  qarşılıqlı 
şəkildə  qəbul  edilmiş,  vahid  tənzimləmə  sistemi 
yaratmaq  sahəsində  milli  hüquqi  sistemlərinin 
və  dövlətlərin  qarşılıqlı  fəaliyyətində  ən  ciddi 
problemlər mövcuddur. Hətta Haaqa konfransla­
rının  ailə  və  nikah  məsələlərinə  dair  hazırladığı 
bir  sıra  konvensiyalar hüquqi  tənzimləməni  uni­
versallığını təmin edə bilməmişdir.
Beynəlxalq 
hüququn 
subyektləri 
kimi 
dövlətlərin  dialoquna  gəldikdə  isə  bu  hadisə 
çoxplanlı xarakter daşıyır. Lakin mədəniyyətlərin 
beynəlxalqdialoquformasıkimimüasirbeynəlxalq 
hüquq dövlətlərin iradələrinin razılaşdırılmasımn
Sevda Ağamirzə qızı Əhədova
nəticəsidir.  Yalnız bunu  sayəsində  İkinci  Dünya 
müharibəsindən sonra beynəlxalq hüququn hamı 
tərəfindən  qəbul  edilmiş  prinsiplərini  müəyyən­
ləşdirmək  mümkün  olmuşdur.  Bu  prinsiplər  bu 
gün  də beynəlxalq münasibətlərin  və beynəlxalq 
hüququn inkişafının əsasını təşkil edir.
Mədəniyyətlərin  dialoqunun  təmin  edilmə­
sində, onunbeynəlxalqhüququ tənzimlənməsində 
insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi 
xüsusi  yer  tutur.  Lakin  təcrübə  göstərir  ki, 
dövlətlər beynəlxalq hüququn əsas prinsiplərinin, 
o  cümlədən  insan  hüququna  hörmət  prinsipini 
tanısalar da,  onları  öz milli hüquqlar sistemində 
müxtəlif cür tətbiq edirlər.
Dialoq  haqqında  danışarkən  bu  məfhumun 
konkret  kontekstdə  nədən  ibarət  olduğunu 
müəyyənləşdirmək  lazım  gəlir.  Dialoqu  mə­
dəniyyətlərin  mübadiləsi  mənasında,  "doktri- 
ner  prozelitizm"  kimi  başa  düşmək  düzgün  ol­
mazdı.  Dialoqun  mahiyyəti  ondan  ibarətdir  ki, 
bərabərhüquqlu  tərəflər  qarşılıqlı  hörmət  şərai­
tində  bir-birlərindən  nə  ilə  fərqləndiklərini, 
məhsuldar  mədəni  qarşılıqlı  anlaşmanı  təmin 
etmək  üçün  ümumi  əsasın  nədən  başlandığını 
müəyyənləşdirməyə çalışırlar.
Avropa  Şurasının  qəbul  etdiyi  "Mədəniyyət- 
lərarası  dialoqa  dair  "Ağ  kitab" da  (7  may  2008- 
ci  il)  mədəniyyətlərarası  dialoq  -   müxtəlif etnik, 
mədəni,  dini  və  linqvistik  mənsubiyyətlərə  və 
irsə  malik  fərdlər  və  qruplar  arasında  qarşılıqlı
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə