Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə55/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

larına  uyğun  olan  dünyanm  yeni  mənzərəsinin 
yaradılması, 
təhsildə 
inqilabi 
dəyişiklərin 
həyata  keçirilməsi  və  onların  bütün  ölkələrə,  si­
vilizasiyalara  yayılması,  kütləvi,  simasızlaşmış 
mədəniyyətin  xalqların,  etnik  qrupların  mədəni 
irsini  qəbul  edən  və  zənginləşdirən  yüksək  və 
çoxcəhətli  mədəniyyətlə  əvəz  edilməsi;  zorakı­
lıq,  etnik,  irqi üstünlüyü mədh edən etikaya qar­
şı yeni  humanist  etikanın  təşəkkül  tapması,  dini 
düşmənçilikdən  və  fanatizmdən  imtina,  bütün 
dünya  dinlərinin  birliyi,  bütün  sivilizasiyaların, 
mədəniyyətlərin  və  dinlərin  dialoqu,  qarşılıqlı 
anlaşması və əməkdaşlığı.
Bu  problemlərin  uğurlu  həllinin  əsas  şərt­
lərindən  biri  sivilizasiyaların  dialoqu  və  əmək­
daşlığı  ideyasını  yalnız  dar  ziyalı  qrupunun  de­
yil,  milyonların  düşüncə  tərzinə,  ali  məqsədinə 
çevrilməsinə  nail  olunmasıdır.  Dialoq  və  əmək­
daşlığın  bəşəriyyətin  məhvinin  qarşısını  alacaq 
yeganə  vasitə  olması  fikri  bütün  insanların  dü­
şüncəsinə  hakim  kəsilməlidir.  Bu  ideya  bütün 
ölkələrdə  humanitar  təhsilin  əsasına  çevrilməli, 
kütləvi  informasiya  vasitələri,  bədii  ədəbiyyat 
bunu təbliğ etməlidir.
Qarşılıqlı  faydalı  iqtisadi  əlaqələr  müxtəlif 
xalqları  və  sivilizasiyaları  birləşdirən  mühüm 
amildir.  Tarixən  beynəlxalq  ticarət  yollan,  o 
cümlədən  Böyük  ipək  yolu  həmişə  iqtisadi  və 
mədəni  mübadilənin,  sivilizasiyaların  inten­
siv  dialoqunun  vasitələri  kimi  çıxış  etmişlən
2Z8
Sevda Ağamirzə qızı Əhədova
Bu  əlaqələrin  inkişaf  etdirilməsi,  əldə  olu- 
nan  gəlirlərin  bütün  ölkələr  arasında,  bərabər, 
ədalətli bölgüsü  təmin edilməlidir. Bu baxımdan 
Azərbaycan  Respublikasının  nəqliyyat  koridoru 
kimi dünyada oynadığı rol, həyata keçirdiyi stra­
teji xətt bütün dünya üçün nümunə və etalon ola 
bilər.
Sivilizasiyaların,  xalqların,  mədəniyyətlərin, 
dinlərin  dialoqu  və  qarşılıqlı  anlaşması  terroriz­
mi,  müharibələri,  etnik separatizmi,  zorakılıqları 
beynəlxalq  və  ölkədaxili  münasibətlər  praktika­
sından  çıxara biləcək ən mühüm vasitədir.  Yara­
nan  ziddiyyət  və  münaqişələri  (onlar  həmişə 
olacaqdır  -   S.Ə.)  zorakı  yolla,  qan  tökməklə 
həlli  metodlarına  yol  verilməməsi  üçün  müvafiq 
beynəlxalq şərait yaradılmalı,  dünya  ictimai rəyi 
buna qarşı yönəldilməlidir [180, 29-32].
Bu baxımdan dünyanın ən mürəkkəb region­
larından  olan  Qafqazda  sülhün  və  sabitliyin 
təmin  olunması,  münaqişələrin  həlli  region­
da  millətlərarası,  dinlərarası  dialoqun  əsas  şər­
tidir.  Bölgənin  sülh  bölgəsinə  çevrilməsində 
Azərbaycan  xalqının  milli  lideri  Heydər  Əliyev 
böyük  səylər  göstərmiş,  onun  sülh  siyasətini 
Azərbaycan dövləti bu gün də ardıcıllıqla həyata 
keçirir.
Qeyd  etmək  lazımdır ki,  Heydər  Əliyevə  qə­
dər,  xüsusilə  1991-1993-cü  illərdə  Cənubi  Qaf­
qazda  sülhün,  sabitliyin  təmin  olunması,  et­
nik  münaqişələrin  aradan  qaldırılması  siyasəti
гг1
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


nəzərdən  qaçırılmış,  onun  aktuallığına  və  prak­
tik  həllinə  ciddi  fikir  verilməmişdir.  Yalnız 
H.Əliyevin  Azərbaycanda  siyasi  hakimiyyətə 
gəlməsi ilə regionda bu istiqamətdə düşünülmüş 
siyasi tədbirlər həyata keçirilməyə başlandı. 1993- 
1996-cı  illərdə  H.Əliyevin  mövcud  beynəlxalq 
münasibətlər  sistemində  həyata  keçirdiyi  xarici 
siyasət sayəsində dünyanın ауп-ауп inkişaf etmiş, 
nüfuzlu və dünyada mövcud olan münaqişələrin 
həllində  xüsusi  təsir  gücünə  malik  dövlətlərin 
diqqətini.  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh 
yolu  ilə  nizamlanması  prosesinə  cəlb  etmək 
mümkün  oldu.  I.Hüseynovamn  qeyd  etdiyi  ki­
mi,  H.Əliyevin  Qafqazla  bağlı  siyasəti  region 
dövlətlərinin  hər  birinin  suveren  hüquqlarına, 
xalqların  və  millətlərin  öz  müqəddəratını  bey­
nəlxalq  hüquq  normaları  çərçivəsində  təyin 
edilməsinə hörmətlə yanaşılmasına, insan hüquq 
və  azadlıqlarının  qorunmasına,  separatizmə 
və  terrorçuluğa,  dövlətlərin  və  xalqların  təhlü­
kəsizliyinə, milli və mənəvi dəyərlərin qorunma­
sına,  milli və  siyasi  münaqişələrin həllində birgə 
əməkdaşlığa yönəlmişdir [30, 318-319].
Qloballaşmanın 
ziddiyyətləri 
ən 
parlaq 
şəkildə sosiomədəni (elm, təhsil, mədəniyyət, eti­
ka,  din)  sahələrdə  özünü  göstərir.  Qlobal  infor­
masiya  məkanının  təşəkkül  tapması,  İnternetin 
və telekommunikasiyanın inkişafı mədəniyyətlər, 
sivilizasiyalar,  dinlər arasında  qarşılıqlı  əlaqələri 
artırır,  onların  qarşılıqlı  zənginləşməsinə  səbəb
Sevda Ağamirzə qızı Əhadova
230
olur. Eyni zamanda inkişaf etmiş ölkələrlə yoxsul 
ölkələr  arasında  həyat  səviyyəsi,  müasir  texnika 
ilə  təminat,  mədəni  nemətlərdən  istifadə  və  s. 
göstəricilər üzrə qütbləşmə güclənir. İnformasiya 
şəbəkələrinə nəzarət edən  transmilli şirkətlər on­
ların  vasitəsilə  qərb  sivilizasiyasının  heç  də  yax­
şı  olmayan  dəyərlərini  diktə  etməyə  can  atırlar. 
Bununla da sivilizasiyon və mədəni müxtəlifliyin 
itirilməsi,  qeyri-humanist  meyllərin  güclənməsi, 
maddiyyatm aktivləşdirilməsi təhlükəsi güclənir. 
Məhz  buna  görə  də  qloballaşmanın  təhlükəli 
meyllərinin  aradan  qaldırılması  üçün  sosio- 
mədəni  sahədə  çoxcəhətli  dialoq  və  əməkdaşlıq 
xüsusilə mühümdür.
Dialoq  və  tərəfdaşlıq  inteqral  sosio-mədəni 
dünyanın,  biliklərə 
əsaslanan  postindustri­
al  cəmiyyətin  təşəkkülünün  başlıca  yoludur. 
Əlbəttə,  dialoq  prosesi  bu  gün  cəmiyyətin  həyat 
fəaliyyətin  bütün  sahələrini  -   iqtisadiyyatı, 
siyasəti,  texnologiyanı  əhatə  edir.  Lakin  ən  mü­
hüm  və  ziddiyyətli  dialoq  məhz  mənəvi,  sosial- 
mədəni  sahədə  gedir.  Məhz  bu  sfera  dialoq  və 
əməkdaşlıq üçün daha açıqdır. Ölkələr və xalqlar 
elm,  təhsil,  mədəniyyət  sahəsində  daha  çox  qar­
şılıqlı  fəaliyyətdədirlər.  Elmin  son  nailiyyətləri, 
tələbə  mübadiləsi,  konfessiyalar  arasında  dialoq 
getdikcə genişlənməkdədir.
Eyni zamanda  sosial-mədəni  sahələrdə  möv­
cud olan qarşıdurma  və ziddiyyətlər bir sıra hal­
larda  mədəniyyətlərarası  münaqişə  və  toqquş­
Müasir dünyada mədəniyyatlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə