Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə57/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

anlaşma  və hörmət əsasmda  açıq və nəzakətli fi­
kir mübadiləsi kimi başa düşülür [70a].
Mədəniyyətlərin və sivilizasiyaların dialoqun­
dan damşarkən ilk növbədə sivilizasiyalar və on­
ların  müxtəlifliyi  və  zənginliyi  nəzərdə  tutulur. 
Hazırda ölkələrin xarici siyasəti əvvəlkindən daha 
artıq  dərəcədə  mədəniyyətləri  dialoqu,  mədəni 
fərqləri,  müxtəlif  mədəni,  dini,  etnik  birliklərin 
birgə  yaşaması  problemlərinin  müzakirəsinə 
yönəldilmişdir.  Dialoqa  və  əməkdaşlığa  hazır 
olma  hamı  üçün  baza  prinsip  olmalıdır.  Yalnız 
belə  şəraitdə  azadlıq,  bərabərlik,  həmrəylik kimi 
universal  dəyərləri  qoruyub  saxlamaq,  separa­
tizm,  dini  fanatizm,  irqi,  milli, ayrı-seçkilik,  tota­
litar ideologiyalara qarşı birgə mübarizə aparmaq 
olar.
Bu  gün  bəşəriyyətin  üzləşdiyi  problemləri, 
təhlükələri  yalnız  bütün  xalqlann,  dövlətlərin 
birgə  səyi  ilə  aradan  qaldırmaq  olar.  Buna  görə 
də  dünya  mədəniyyətlərinin  yanaşı  yaşaması­
nı  təmin  etmək  üçün  onların  dialoqunu  təşkil 
etmək, digər mədəniyyətlərin nəsildən-nəslə keç­
miş dəyər təsəvvürlərinə və mədəni özəlliklərinə 
hörmətlə yanaşmaq lazımdır.
Azərbaycanın 
birinci 
ledisi 
M.Əliyeva 
dialoq 
haqqında 
damşarkən 
göstərir 
ki, 
mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq 
indi dünyada ən aktual və ən populyar mövzular­
dan  biridir.  Müxtəlif  ölkələrdə  bu  problemə  həsr 
olunmuş,  "dəyirmi  masa"lar,  konfranslar,  forum­
Sevda Ağamirzə qızı Əhədova
гзб
lar keçirilir.  Bütün bunlar öz-özlüyündə dialoqun 
bir  növü  olsa  da  təəssüf  ki,  mövcud  vəziyyətə 
onun  təsiri  hələlik  olduqca  azdır.  Düşmənçilik, 
dözümsüzlük,  etnik  təmizləmələr,  soyqırım­
lar,  müharibələr  bugünkü  dünyanın  reallığıdır. 
Belə  şəraitdə  dialoq  mövzusuna  qatılan  insan­
ların  -   siyasətçilərin,  ictimai  və  dini  xadimlərin, 
alimlərin,  sadə insanların  sayı ildən -ilə  artır. Bu 
da  öz növbəsində  mədəniyyətlərin,  sivilizasiyala­
rın qarşılıqlı əlaqəsi ilə bağlı müxtəlif ssenarilərin, 
konsepsiyaların,  nəzəriyyələrin  meydana  çıxma­
sına  səbəb  olur.  Artıq  mədəniyyətlərarası  dialoq 
sırf kulturoloji problem çərçivəsindən çıxaraq .bö­
yük  siyasətin  probleminə  çevrilibdir.  Bizim  hər 
birimiz  öz  ölkəmizin  vətəndaşı  olmaqla  yanaşı, 
bəşəriyyət  adlı  bir  ailənin  üzvüyük.  Qloballaşma 
prosesi hər birimizi böyük və ümumi bir məkanın 
sakinlərinə  çeviribdir.  Bu  məkanda  insanlararası, 
dövlətlərarası,  xalqlararası dialoq məhz etik, nor­
mal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır 
[20,2011,9 aprel].
Bu  gün  dünyada  milli  mədəniyyətlərin  di­
aloquna  münasibətdə  iki  yanaşma  özünü  gös­
tərməkdədir.  Birinci  yanaşma  mədəniyyətlərin 
aşağı  və  yüksək  tiplərinin  mövcudluğunu  iddia 
edir.  Bu  zaman yüksək  mədəniyyət tipi kimi in- 
gilis-saks  (Avroatlantika),  Avropa  mədəniyyəti 
qəbul  edilir.  Guya  tarixi  inkişafın  gedişi  onun 
qlobal  üstünlüyünü,  başqa  mədəniyyətlər  üçün 
nümunə  olması  hüququnu  sübut  etmişdir.  Bu
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


yanaşmanın ideoloji-siyasi  əsaslandırılmasını  biz 
S.Hantinqtonun  "Sivilizasiyaların  toqquşması" 
əsərində  görürük  [212].  Müəllif  dil,  din və  tarixi 
düşüncə birliyinə əsaslanaraq dünyanın müxtəlif 
mədəni  tiplər sivilizasiyasına bölür.  Bu sivilizasi­
yalar arasında münaqişələrin qaçılmaz olduğunu 
iddia edir.
Digər  yanaşma  hər  bir  mədəniyyətə  dəyər 
kimi,  qarşılıqlı  mədəni  zənginləşmə  mənbəyi 
kimi  münasibəti  özündə  ehtiva  edir.  Belə  dialoq 
bərabərhüquqlu subyektlərin qarşılıqlı əlaqəsidir, 
əməkdaşlığıdır.  Mədəniyyətlərarası  dialoqda  bu 
yanaşmanın əsas prinsipləri D.S.Lixaçevinmüəllifi 
olduğu  "Mədəniyyətin hüquq bəyannaməsi"ndə 
öz  əksini  tapmışdır:  Mədəniyyət  bəşəriyyətin 
humanistləşməsinin  əsas  mənbəyidir,  hər  bir 
xalqın  mədəniyyəti  onun  mənəvi  unikallığı­
nı  müəyyənləşdirməklə,  yaradıcı  potensial  və 
qabiliyyətini  nümayiş  etdirməklə  yanaşı  bütün 
bəşəriyyətin sərvətidir.  Ona görə də hər bir milli 
mədəniyyətin  qorunması  və  inkişafı  bütün  dün­
ya  birliyinin  işi  olmalıdır.  Mədəniyyət  xalqların, 
dövlətlərin, sivilizasiyaların sosial-iqtisadi inkişa­
fının, insanın mənəvi-əxlaqi yüksəlişinin əsasıdır. 
Demokratik həyat dəyərlərinin və insan hüququ­
nun  təmin  edilməsi  birinci  növbədə  cəmiyyətin 
mədəni inkişaf səviyyəsi ilə ölçülür. Mədəni irsin 
hər  hansı  elementinin  itirilməsi  əvəzolunmaz  it­
kidir  və  bütün  bəşəriyyətin  mənəvi  yoxsullaş- 
masma aparır. Mədəni qarşılıqlı anlaşma və mədə- •
Sevda Ağamirzə qızı Əhədova
niyyətləri qarşılıqlı surətdə zənginləşdirən dialoq 
iradəsinin  olmaması münaqişə və  müharibələrin 
əsas  səbəblərindən  biridir.  Məhz  dialoq  xalqlar 
arasında  qarşılıqlı  anlaşmanı  təmin edir,  onların 
hər  birinin  mənəvi  unikallığını  üzə  çıxarmağa 
kömək  edir.  Müasir  dünya  birliyinin  iqtisadi  və 
siyasi  inteqrasiyası  şəraitində  mədəni  inkişaf  və 
mədəni  həmrəylik  tolerantlığın,  qarşılıqlı  anlaş­
manın və demokratiyanın rəhni müharibə və zo­
rakılığın qarşısının almması şərtidir [133].
Akademik D.S.Lixaçevin mədəniyyətə yanaş­
ması da diqqəti cəlb edir: "Mədəniyyət müəyyən 
məkanda  yaşayan  insanları  adi  əhalidən  xalqa, 
millətə  çevirən  bütöv  hadisədir.  Mədəniyyət 
məfhumuna  din,  elm,  təhsil  və  insanların  və 
dövlətin mənəvi və əxlaqi davranış normaları daxil 
olmalı  və  daxildir.  Mədəniyyət Allah  qarşısmda 
xalqın  və  millətin  varlığım  zəruri  edən  amildir 
[134,  349].  D.Lixaçev  kulturasfera  (mədənisfera) 
məfhumunu  dövriyyəyə'daxil  etmiş,  mədəniy­
yətin  inkişafım  dinamikada  və  fərqlilikdə,  onun 
ayrı-ayrı hadisələri, fenomenləri, elementləri, qat­
lan,  yarımsistemləri  arasında  fasiləsiz  dialoqda 
görürdü [134, 254-258].
Sivilizasiya  proseslərinin,  birinci  növbədə 
qloballaşmanın  sürətlənməsi  şəraitində  dün­
yanın  müxtəlif  xalqlannın  mədəniyyətləri  də 
təhlükə  altında  qalır.  Kütləvi  kommersiya  mə­
dəniyyətin  güclənməkdə  olan  müdaxiləsi  həm 
milli  mədəniyyətlərin  özünəməxsusluğuna,  həm 
гзЧ
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə