Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə48/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

lıqlı əlaqələrə girmək istəməyən mədəniyyətlərin 
mövcudluğunu nəzərdə tutur.
Nəhayət,  üçüncü  tip  münasibətlər  mədəniy­
yətlərin  qarşılıqlı  təsirini  nəzərdə  tutan  mü­
nasibətlər  tipidir  ki,  bu  zaman  müxtəlif  mə­
dəniyyətlər  bir-biri  ilə  münasibətdə  bərabər- 
hüqüqlu  subyektlər  kimi  çıxış  edirlər.  Mədəni 
münasibətlərin  bu  tipi  bütün  bəşər  mədəniyyəti 
üçün  ən mütərəqqi  xarakter daşıyır,  çünki aşağı­
dakı  prinsiplərə əsaslanır:
-  istənilən mədəniyyət əvəzedilməz və təkrar- 
edilməz dəyərlər məcmusundan ibarətdir və bu­
nun  sayəsində  hər  bir xalq  dünyada  mövcud  ol­
maq  və  digər  xalqlarla  qarşılıqlı  əlaqəyə  girmək 
imkanına malikdirlər;
-   bütün  xalqlar  bəşəriyyətin  ümumi  mədəni 
varisləridir,  xalqların  mədəni  özünəməxsusluğu 
digər  xalqların  əlaqələri  və  dəyərləri  ilə  mədəni 
təmaslar nəticəsində müəyyənləşir və zənginləşir;
-   hər  bir  xalq  özünəməxsusluğunu  qorumaq 
hüququna  malik  olsa  da  digər xalqlar  üçün  uni­
versal olmaq hüququna iddia edə bilməz;
-   ayrı-ayrılıqda  hər  bir  xalqın  mədəni  özəl­
likləri ümumbəşəri dəyərlərin vəhdəti prinsipinə 
zidd deyildir. Bu dəyərlər bəşəriyyəti birləşdirən, 
onun  həyat  fəaliyyətini  məhsuldar və  mütərəqqi 
edən dəyərlərdir [157, 28-29].
Mədəniyyətlərarası  münasibətlərin  bu  prin­
sipləri  mədəni  ünsiyyəti  və  mədəniyyətlərin  di­
aloqunun  əsas  prinsipləri  olduğundan  mühüm 
metodoloji əhəmiyyət kəsb edir.
Sevda Ağamirzə qızı Əhədova
m
Mədəni  təmaslar  xalqlar  arasında  ünsiyyətin 
mühüm  komponentlərindən  biridir.  Qarşılıqlı 
təsirə  məruz  qalan  mədəniyyətlər  təkcə  bir-bir­
lərini  tamamlamaqla  kifayətlənmir,  onlar  həm 
də  mürəkkəb  münasibətlərə  girirlər.  Qarşılıqlı 
əlaqə  prosesində  hər  mədəniyyətin  özünəməx­
susluğu  və  spesifikası  üzə  çıxır,  mədəniyyətlər 
digər mədəniyyətin ən yaxşı məhsullarını mənim­
səməklə  qarşılıqlı  şəkildə  uyğunlaşırlar.  Mədəni 
kontaktlar  insanların  şüuruna,  dünyagörü­
şünə  də  mürəkkəb  təsir  göstərir,  onları  başqa 
mədəniyyətlərin yeni elementlərini qəbul etməyə, 
yeni  şəraitə  adaptasiya  olunmağa  sövq  edir.  Bu 
mürəkkəb  proses  kulturologiyada  akkulturasi- 
ya adını  almışdır.  Hazırda  akkulturasiya  termini 
müəyyən  mədəniyyət  nümayəndələrinin  digər 
mədəniyyətin norma, dəyər və ənənələrini qəbul 
etməsi  ilə müşayiət olunan  mədəniyyətlərin qar­
şılıqlı təsiri prosesini izah etmək üçün  tətbiq olu­
nur [170,18].
Akkulturasiyarun  əsas  məqsədi  və  nəticəsi  də 
yad  mədəni  həyata  uyğunlaşmaqdan  və  ona  in­
teqrasiya  olunmaqdan  ibarətdir.  Kulturologiyada 
uyğunlaşma  (adaptasiya)  iki  aspektdən  -   psixo­
loji  və  sosial-mədəni  aspektdən  nəzərdən  keçiri­
lir.  Əgər  psixoloji  uyğunlaşma  yeni  mədəniyyət 
mühitində psixoloji məmnunluğa nail olmağı ehti­
va edirsə,  sosial-mədəni uyğunlaşma yeni şəraitdə 
sərbəst  davranmaq,  fəaliyyət  göstərmək  vərdiş­
lərinin  aşılanmasını,  insanın  öz  gündəlik  maddi-
m
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


məişət problemlərini həll etmək bacarıqlarının əldə 
etməsini nəzərdə tutur.
Buna  görə  də  adaptasiya  bir-biri  ilə  sıx  bağlı 
olan psixoloji və sosial-mədəni amillərdən asılıdır 
və son nəticədə insanların yeni mədəni mühitə in­
teqrasiyasına öz təsirini göstərir.
Ünsiyyət  prosesi  akkulturasiya  prosesinin 
əsasını  təşkil  edir.  Buna  görə  də  akkulturasiya 
prosesi  yeni  mədəniyyətə  alışma  vərdişlərinin 
aşılanması kimi də başa düşülə bilər.
Bəşəriyyət  mövcud  olandan  müxtəlif  mədə­
niyyətlərə malik insanlar arasında ünsiyyət prob­
lemi  tarixi  bir  zərurət  kimi  özünü  göstərmişdir. 
Zaman  keçdikcə  bu  problem  böyük  miqyas  ala­
raq şəxsi münasibətlərdən qruplar, xalqlar, regio­
nal dövlətlərarası münasibətlər səviyyəsinə qədər 
qalxmışdır.
Sevda Ağamı'rzə qızı  Əhədova
3 .2 .  M ə d ə n iy y ə tlə rin   q a rş ılıq lı  ə la q ə s i 
və  q a rş ılıq lı  tə s iri
Л   Mədəniyyətlərin  qarşılıqlı  münasibətləri 
IV -Ldünya  mədəniyyətinin  inkişaf  tarixi­
nin,  eləcə  də  beynəlxalq  münasibətlərin  ən  mü­
hüm  istiqamətlərindən  birini  təşkil  edir.  Dün­
ya  mədəniyyətinin  məcmusunu  təşkil  edən 
milli  və  ya  regional  mədəniyyətlərdən  heç 
biri  boş  yerdən  yaranmır,  əvvəlki  nəsillərin 
200
mədəni  nailiyyətlərinə  söykənirlər.  Tarixi  inki­
şaf  prosesində  mədəniyyətin  müəyyən  ənənəvi 
elementləri  zamanın  sınağına  tab  gətirməyərək 
sıradan çıxır,  digərləri əksinə həyatadavamlı ola­
raq inkişaf edir, mədəniyyətin yeni təzahürləri və 
nailiyyətləri ilə zənginləşirlər.
Heç  bir  mədəniyyət  təcrid  olunmuş  şəkildə, 
digər  mədəniyyətlərin  təsiri  olmadan  inkişaf 
edə  bilməz.  İstənilən  xalqın  mədəniyyətinin  in­
kişafında  və  zənginləşməsində  digər  xalqların 
mədəniyyətinin  təsiri  böyük  rol  oynayır.  Öz  ta­
rixi  inkişafında  xalqlar  bir-birləri  ilə  mədəni  tə­
masa  girir,  başqa  xalqın  mədəni  nailiyyətlərinin 
elementlərini yaradıcı şəkildə əxz edirlər.
Mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  təsiri 
müxtəlif və çoxcəhətli xarakter daşıyır. Başqa mə­
dəniyyətin  təsiri  yerli  mədəni  ənənələrə  və  sosi­
al-tarixi  şəraitə  cavab  verirsə,  asan  qəbul  olunur. 
Digər  hallarda  milli  və  lokal  mədəniyyətlərə  xa­
rici  mədəni  amillər  ciddi  göstərə  bilmir.  Özgə 
xalqlarla,  etnoslarla  qarşılıqlı  əlaqəyə  girən  xal­
qın  mədəniyyəti  müxtəlif  mədəni  təsir  qatları­
nı  özündə  ehtiva  edir.  Müxtəlif  tarixi  şəraitdə, 
müxtəlif ölkələrdə, müxtəlif ənənələrə malik xalq­
larda bu təsir müxtəlif forma və səviyyələrdə özü­
nü göstərir. Əlbəttə, mədəni təsiri bəsit şəkildə, adi 
riyazi əməl kimi, mədəniyyətləri toplamaq yolu ilə 
yeni mədəniyyətin yaranması kimi təsəvvür etmək 
olmaz.
Müasir dünyada mədaniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə