Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

niyyət  predmetini,  məsələn,  rəsmi  əsərini  satın 
almaq  olar,  lakin  o  bir  mədəni  dəyər  kimi  bü­
tün  bəşəriyyətə  məxsusdur.  Fərdi  kompüterə 
də  malik  olmaq  olar,  lakin  onun  yaradılma­
sı  üçün  zəruri  olan  biliklərin  mülkiyyətçisi  ola 
bilməzsən.  Özəl  mədəniyyət  müəssisələrinin 
mövcudluğu  mədəniyyətin  deyil,  mədəniyyət 
sənayesinin  özəlləşdirilməsinin nəticəsi  sayılma­
lıdır. Öz unikallığına və təkrarolunmazlığına görə 
ümumbəşəri maraq kəsb edən, ümumi istifadə və 
istehlak  üçün  nəzərdə  tutulan  mənəvi  dəyərləri 
necə alıb-satmaq, özününküləşdirmək olar?
Dünyanın  eyniləşməsinə 
(unifikasiyasına), 
iqtisadi  və  sosial  bərabərsizliyə  gətirən,  bazar 
modelinə  əsaslanan  qloballaşmadan  fərqli  ola­
raq,  mədəni  qloballaşma  milli,  dini,  sosial,  regio­
nal  müxtəlifliyi  saxlamaqla  mədəni  bərabərliyə 
gətirib çıxarmalıdır. Əsas odur ki, iqtisadi və siyasi 
fəaliyyət  qaydaları  mexaniki  olaraq  mədəniyyətə 
də tətbiq edilməsin.
Q loballaşmaya həsr edilmiş ədəbiyyatda mədəni 
qloballaşmanın  bu  inkişaf  istiqamətini  bəzən  qlo- 
kallaşma  da  adlandırırlar.  Məhz  belə  qloballaşma 
qlobal  və lokal  aspektləri  uzlaşdırmağa,  transmilli 
əlaqələr və münasibətlər səviyyəsində lokal  (milli) 
fərqləri  və  özəllikləri saxlamağa xidmət edir  [123]. 
Başqa  sözlə,  qlobal  texnologiyalar  və  informasiya 
dünyasında  azərbaycanlı, yenə də öz milli-mədəni 
dəyərlərinə,  mənəvi  həyat tərzinə və təfəkkürə  sa­
diq azərbaycanlı olaraq qalır.
Sevda Ağamirzə qızı Əhədova
H6
Mədəni fəaliyyətin də əsas məqsədi qloballaş­
manın müsbət nəticələrini  artırmaq və bütün in­
sanlar üçün əlçatarlılığını  təmin etməkdən ibarət 
olmalıdır.  İnkişaf  etməkdə  olan  qloballaşma  ilə 
ümumi  rifahın  və  hər  kəsin  öz  mədəniyyətinə 
mənsubluluğunun təmin edilməsi üçün əsas olan 
milli identiküyi, milli və regional mədəniyyətləri 
qorumaq  zəruriliyi  arasında  ziddiyyətlər  möv­
cuddur.
Bu ziddiyyətləri aradan qaldırmaq üçün ikişa- 
xəli strategiyanın həyata keçirilməsi tələb olunur. 
Birincisi,  sivilizasiyaların  tərəfdaşlığını  təmin 
etməküçünbeynəlxalqsəviyyədəmədəniyyətlərin 
dialoquna ehtiyacı vardır. Lakin bu dialoq yalnız 
milli mədəniyyətə düzgün münasibətin mövcud­
luğu şəraitində mümkündür.
Milli  mədəniyyətin  inkişafına  nail  olma­
dan,  öz  mənəvi  dəyərlərimizə  inam  və  etimadı 
yüksəltmədən  və  ümumbəşəri  dəyərlər  siste­
mi  kimi  başa  düşülən  qlobal  mədəniyyətin  mil­
li  identikliyə  zərər  vurmayacağına  əmin  olma­
dan  mədəniyyətlərin  dialoquna  nail  olmaq  ol­
maz.  Əgər  biz  öz  mədəniyyətimizin  əbədiliyinə 
inanırıqsa,  yalnız  o  zaman  başqaları  ilə  dialoq 
apara,  onlan  daha  yaxşı  başa  düşə  və  ümumi 
problemlərin  həlli  üçün  yollar  axtarıb  tapa  və 
bununla  da  mövcud  problemləri  aradan  qaldı­
ra  bilərik.  Bütün  bunlar  dövlətin  mədəniyyətin 
siyasətinin  məzmununu  və  məqsədini  təşkil 
edir.  Məhz  buna  görə  də  qloballaşma  dövründə
Müasir dünyada mədənıyyətlərarası münasibətlər
U
7


dövlətin  məqsədyönlü  mədəniyyət  siyasəti  mü­
hüm əhəmiyyət kəsb etməyə başlayır. Azərbaycan 
filosofu  S.Məmmədəliyevanın  qeyd  etdiyi  kimi, 
mədəniyyət  siyasəti  öz  mədəniyyətinin  dəyər  və 
ənənələrinin möhkəmlənməsinə kömək etməlidir. 
Yalnız  öz  mədəni  dəyərlərinə malik  olanlar digər 
xalqların mədəni dəyərlərini asanlıqla mənimsəyə 
bilərlər  [139,  106].  İnformasiya  kommunikasiya 
texnologiyalarının ictimai həyatın bütün sahələrinə 
nüfuz  etdiyi  müasir  şəraitdə  mədəniyyət  siyasəti 
və  mədəni  fəaliyyət  milli  dövlətin  sərhədləri  ilə 
məhdudlaşmamalı, mədəniyyətin yeni formalarım 
və mədəni proseslərin artmaqda olan kompleksli- 
yini  nəzərə  almalıdır.  Mədəniyyətə  dövlət inhisa- 
nnm  mövcud  olmadığı  bir  şəraitdə  mədəniyyət 
siyasəti  öz  istiqamətinin  dəyişməyə,  sərhədləri 
aşmağa,  dünyada  gedən  mədəni  prosesləri  dərk 
etməyə və bu proseslərdə yaxından iştirak etməyə 
hazır olmalıdır.
iqtisadi  qloballaşmanın  sürətlənməsi,  infor­
masiyanın qlobal xarakter alması nəticəsində mə­
dəniyyət öz milli sərhədlərini aşaraq, qlobal bazar 
mexanizminin təsir dairəsinə cəlb olunur. Mədəni 
məhsulların  istehsalı,  bölgüsü  və  istehlakı  milli 
sərhədləri  daha qətiyyətlə aşmaqdadır.  Bu zaman 
əsas  mədəni  axın  "Şimal"dan  (Qərbdən),  "Cə­
nuba"  (Şərqə)  yönəlmişdir.  Əslində  şərti  olaraq 
vesternləşmə  (qərbləşmə)  adlanan  bu  istiqamət 
də mədəni qloballaşmanın bütün aspektlərini tam 
əhatə  etmir.  Son  dövrlərdə  qərb  dövlətləri  ilə  ya­
Sevda Ağamirzə qızı Əhədova
U
8
naşı  bir  sıra  Asiya  və  Latm  Amerikası  ölkələri 
(Hindistan,  Çin,  Türkiyə,  Braziliya,  İran  və  b) 
qlobal  mədəni  proseslərin  fəal  iştirakçılarına 
çevrilməkdədirlər.  Hind  filmlərinin  satışından 
gələn  gəlirin  yarıdan  çoxu  qərb  ölkələrinin payı­
na düşür. Nobel mükafatı almış yazıçılar arasında 
qeyri-qərb yazıçılarının sayı getdikcə artmaqdadır. 
Cənubi-Şərqi  Asiya  "istem'Təri,  Latm  Amerikası 
teleserialları,  Türkiyə  diziləri  qərb  telekanallarını 
getdikcə  işğal etməkdədirlər.  Bütün  dünyada baş 
verən  miqrasiya  prosesləri  (əsasən  "Cənub"dan 
"Şimal"a) inkişaf etmiş ölkələrin etnik, mədəni lan­
dşaftam   sürətlə  dəyişməsinə,  qeyri-qərb  mədəni 
məhsulun (həm simvolik, həm də maddi) istehsa­
lının və istehlakının artmasına ciddi təsir göstərir. 
Bütün bunlar dünya mədəniyyətində ciddi  trans­
formasiya  prosesinin  başlandığını  sübut  edir. 
Lakin hələlik mədəni qloballaşmada qərbin aparıcı 
rolu qeyri-şərtsizdir.
Rusiya  tədqiqatçısı  V.Malaxov bunu  nəzərdə 
tutaraq  qeyd  edir  ki,  sənayecə  inkişaf  etmiş 
dövlətlərin  açıq-aşkar  mədəni  hökmranlığı  si- 
yasi-iqtisadi  və  hərbi-siyasi  sahədə  baş  verən 
proseslərin  simvolik  sahədə  davamlıdır  [136, 
206]. Qloballaşmanın bu aspekti, öz mədəni-milli 
dəyərlərinə  və  ənənələrinə  sadiq  qalan  xalqların 
təbii  etirazları  ilə  qarşılanır.  Əlbəttə,  bir  çoxları 
bu şəraitdə milli mədəniyyətini qoruyucusu kimi 
milli  dövlətə  böyük  ümidlər  bağlayırlar.  Lakin 
etiraf  edilməlidir  ki,  müasir  informasiya  texno­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə