Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə26/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

Ə.Ə.Hüseynovun  qeyd  etdiyi  kimi,  qərbin  iqti­
sadi  və  texnoloji  nailiyyətləri  müəyyən  dəyərlər 
məcmusu  ilə  sıx  əlaqədardır.  Onların  qəbul 
edilməsi  istər-istəməz  qərb  mədəniyyətinin  mü­
əyyən elementlərinin də qəbul edilməsi deməkdir. 
Buna görə  də inkişaf etməkdə olan ölkələr öz iq­
tisadi  və  texnoloji  geriliklərin  aradan  qaldırmaq 
üçün  qərb  mədəniyyətinə  və  həyat  tərzinə  qarşı 
düşmən mövqe tutmamalıdırlar [107, 33].
Mədəni  imperializmdən  fərqli  olaraq  qlobal­
laşmaya  -  pozitiv  yanaşma  tərəfdarları  onu 
"müxtəlifliyin  vəhdəti"  kimi  qiymətləndirirlər. 
Qlobal mədəniyyət bu zaman mədəni dəyərlərin, 
normaların inteqrativ sistemi kimi çıxış edir. Hər 
bir mədəniyyətin dəyərləri  dünya mədəniyyətini 
zənginləşdirməklə  yeni  qlobal  mədəniyyət yara­
nır  ki,  o  da  öz  növbəsində  milli  mədəniyyətləri 
zənginləşdirir. İ.Vallerstaun isə ümumiyyətlə qlo­
bal mədəniyyətin insanlara, milli mədəniyyətlərə 
təsirinə şübhə ilə yanaşır [230].
Təəssüf  ki,  indiyədək  Azərbaycanda  qlobal 
informasiya  axınm  milli  mədəniyyətə  təsiri  ilə 
bağlı  əhatəli  sosioloji  sorğular,  elmi  tədqiqatlar 
aparılmadığından,  bu  təsirin  hansı  nəticələr  do­
ğurduğu  barədə konkret fikir söyləmək çətindir. 
Halbuki  qloballaşmanın  mədəniyyət  sahəsində 
mümkün mənfi nəticələrinin təsirini azaltmaq və 
neytrallaşdırmaq baxımından bu  tədqiqatlar mü­
hüm aktuallıq kəsb edir.
Sevda Ağamirzə qızı Əhədova
/03
Kommunikasiya  vasitələrinin  hədsiz  inki­
şafı,  qloballaşmanın  insan  fəaliyyətinin  bütün 
sahələrini  əhatə  etməsi,  dünya  inteqrativ  mə­
dəniyyətin  təşəkkül  tapması  ilə  səciyyələnən 
müasir  dövrdə  hər  bir  ölkənin  gələcək  mədəni 
tərəqqisi,  milli  mədəniyyətlərin  taleyi,  vahid 
mədəni məkanın formalaşması məsələləri getdik­
cə daha çox elmi tədqiqatların obyektinə çevrilir.
Yuxarıda  qloballaşmanın  inkişafının  ba­
zar  modeli  və  mədəniyyət  modeli  üzrə  fərqlən­
dirmək zərurəti qeyd edilmişdir. Əgər birinci hal­
da  qloballaşma  iqtisadi  bərabərsizliyə,  ölkələrin 
və  xalqlarm  varlılara  və  kasıblara  bölünməsinə 
gətirib  çıxarırsa,  mədəni  qloballaşma  hamıya 
mədəni istehsalda və onun nəticələrindən istifadə 
edilməsində bərabər etmək imkanları yaradır.
Mədəni  model  üzrə  qloballaşma  dünyada 
mövcud  olan  mədəni  müxtəlifliyi  inkar  etmir, 
insandan  öz  milli-mədəni  xüsusiyyətlərdən  im­
tina  etməyə  sövq  etmir.  Onun  məqsədi  həm 
də  hamı  üçün  ümumi  olan  yekcins  (homogen) 
mədəniyyət yaratmaq deyil, lokal, milli səviyyədə 
mövcud  olan  və  yaradılan  mədəni  dəyərləri  və 
nümunələri  bütün  dünyada  yaymağa  imkan 
verən  informasiya  texnologiyalarının  yaradılma­
sıdır. Mədəni qloballaşma heç də yeni mədəniyyət 
("fövqəlmilli",  "meqa",  "super",  "hiper",  hətta 
"monstr"  mədəniyyət)  yaradılması  prosesi  kimi 
deyil, yeni informasiya texnologiyalarının köməyi 
ilə  mədəni  yaradıcılıq  məhsulunun  planetin  ən
Müasir dünyada madəniyyatlərarası münasibətlər


ucqar nöqtələrinə  çatdırılması,  mədəniyyət yara­
dıcıları ilə onun istehlakçıları arasmda məsafənin 
aradan  qaldırılması  kimi  qəbul  edilməlidir.  Bu 
zaman  mədəni  dəyərlər  və  məhsullar  dar,  yerli, 
milli,  regional  çərçivələrdən  çıxaraq  özünə  daha 
geniş auditoriya tapmağa başlayır.
İqtisadiyyatdan,  siyasətdən  fərqli  olaraq 
mədəniyyət  öz  təbiəti  etibarilə  millidir.  Böyük 
türkoloq  L.N.Qumilyov  vaxtilə  vahid  dünya 
mədəniyyəti yaradılmasını nəzərdə tutan fikirləri 
primitivliyinə görə ciddi tənqid edərək sübut edir­
di  ki,  bütün  xalqlar  üçün eyni  olan  ümumbəşəri 
mədəniyyət  mümkün  deyildir.  Ümumbəşəri 
"mədəniyyət"  son  dərəcə  bəsitləşdirilmə  (milli 
mədəniyyəti məhv edilməsi) sayəsində mümkün­
dür.
Bu  baxımdan  P.Aslanovanm  qloballaşma  və 
mədəniyyət  anlayışlarının  təhlilinə  həsr  edilmiş 
fikirləri  də  maraq  doğurur.  "Beynəlxalq  mədə­
niyyət"  anlayışının  mövcudluğunu  qeyd  edən 
müəllif  bu  anlayışa  elm,  təhsil,  informasiya, 
beynəlxalq  hüquq,  iqtisadi  mədəniyyət,  kütləvi 
mədəniyyət məhsullarının, mənəvi mədəniyyətin 
formalarını,  asudə  vaxt  mədəniyyətini,  idmanı 
və  s.  daxil  edir.  Mədəniyyətin  qloballaşmasın­
dan bəhs  edən  tədqiqatçı  məhz beynəlxalq  məz­
munu  mədəniyyəti  nəzərdə  tutsa  da  beynəlxalq 
mədəniyyətə hər bir xalqın özünəməxsusluğunun, 
bənzərsizliyinin  ifadəsi,  məhz  fərqli  xalq  kimi 
mövcudluğunu  şərtləndirən  cizgi  və  çalar
- 1
Sevda Ağamirzə qızı Əhədova
uo
larin  daşıyıcısı  olan  milli  mədəniyyətin  müxtəlif 
müstəvilərə olduğunu vurğulayır [17,131-133].
Bununla yanaşı milli mədəniyyətlərin gələcək 
taleyi  ilə  bağlı  digər  yanaşmanm  mövcudluğu­
nu  da göstərməliyik.  Bu  yanaşmanm  tərəfdarları 
millətin  bəşəriyyətin  "fövqəlmilli  birliyə"  doğru 
inkişafında  yalnız  aralıq  həlqə  olduğu  fikrindən 
çıxış edərək milli mədəniyyətin də əbədi  kateqo­
riya  olmadığını,  onun əvvəli  olduğu  kimi,  sonu­
nun da olduğunu iddia edirlər [156,16].
Rusiya  alimi  N.D.Nikandrovun  fikrincə, 
qlobal  mədəniyyət  iqtisadi,  siyasi  və  ideoloji 
rəqabətin mövcudluğu şəraitində mümkün deyil­
dir. Əgər mədəniyyətin əsasını dilin təşkil etdiyi­
ni nəzərə alsaq, onda qlobal mədəniyyətə çağırış, 
elə qlobal dilə çağırış deməkdir ki, bunu nə rasio­
nal, nə  də emosional  səviyyədə heç kim  müdafiə 
etməyəcəkdir.  Bunun ən bariz nümunəsi ABŞ-da 
18-ci əsrdən mövcud  olan əridici tiyan  (smeltinq 
pot)  siyasətinin  iflasa  uğramasıdır.  Bu  ideya  ar­
tıq  tarixə  qovuşsa  da,  ölkədə  dil  və  mədəniyyət 
problemləri  hələ  də  qalmaqdadır.  Ona  görə  də 
qlobalizasiyanm əridici tiyan kimi qəbul edilməsi 
bir mifdir.  Çünki  fərqlilik, müxtəliflik,  ziddiyyət 
olmadan  inkişaf  ola  bilməz.  Deməli  qlobal 
mədəniyyətin  özü  də  mifdir,  mədəniyyətlərin, 
sivilizasiyaların dialoqu isə reallıqdır [149,141].
Lakin  "qlobal i  mədəniyyət"  anlayışına  heç 
də  bütün  dünyanın  bölüşdüyü,  eyniləşdirilmiş 
və  standartlaşdırılmış  dəyərlər  məcmusu  deyil,
Müasir dünyada mədəniyyətlararası münasibətlər
Ш


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə