Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə36/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

İnsan  yeni  vaxtda  bir  neçə  identikliyə  (ölkə, 
milli,  regional,  etnomədəni,  professional  və  s.) 
sahib  ola  bilər.  Şübhəsiz,  çoxmillətli,  çoxetnos- 
lu  ölkələrdə  poliidentikliyin  inkişaf  etdirilməsi 
müasir  reallıqlara  adekvat  cavab  verən  strategi­
yanın  -   mədəniyyətlərin,  sivilizasiyaların,  xalq­
ların  münaqişəsiz,  dinc  yanaşı  yaşama  strategi­
yasının  uğurunun  əsas  şərtlərindən  birini  təşkil 
edəcəkdir.
Ölkəmizdə  ümumi  tarixi  tale,  genetik-et- 
nik  yaddaşm  daşıyıcı  olan  bütün  xalqlar,  et­
nik  qruplar  "Azərbaycançılıq"  məfkurəsi  ətra­
fında  sıx  birləşərək  haqlı  olaraq  özlərini  azər­
baycanlı  adlandırırlar.  Ölkədə  etnik-milli  bir­
liklərin  qarşılıqlı  münasibətləri,  tarixi-mədəni 
ənənələri,  həyat  tərzi  müxtəlifliyin  vəhdətini 
müəyyənləşdirmişdir.  Ölkəmizdə  yaşayan  etnik 
birliklərin nümayəndələrinin özlərini azərbaycanlı 
kimi  hiss  etmələri  heç  bir  vəchlə  etnik  hiss  və 
identiklikdən  məhrum  edilmək  deyil,  əksinə, 
yuxarıda  qeyd  edildiyi  kimi,  dualist  identikliyin 
ən bariz nümunəsidir.
Milli-etnik  mənsubiyyətindən  asılı  olmaya­
raq  Azərbaycan  dövlətinin  vətəndaşı  olmaqdan 
qürur  duyan  hər  kəs  üçün  Azərbaycan  doğma 
vətəndir.  Heydər  Əliyevin qeyd  etdiyi kimi,  res­
publikanın ən başlıca sərvəti qədimlərdən bu tor­
paqda yaşayan,  öz taleyini,  öz həyatını bu torpa­
ğa bağlayan,  müxtəlif millətlərdən olan, müxtəlif 
dinlərə  etiqad  edən  adamlardır.  Ölkə  nə  qədər
m
Sevda Ağamirzə qızı Əhədova
çox xalqı birləşdirirsə, bir o qədər zəngin olar [3, 
I  cild].  Azərbaycanın  polietnikliyi  dövlətimizin, 
xalqımızın  tolerantlığının,  humanistliyinin  əyani 
sübutudur. Əks təqdirdə bəzilərinin sayı bir neçə 
min təşkil edən bu  azsaylı etnik qruplar və xalq­
lar  çoxdan  assimilyasiya  olunaraq  dünyanın  et­
nik  xəritəsindən  silinmiş  olardı.  Onların  dilini, 
mədəniyyətini,  etnik varlığını qoruyub saxlayan, 
milli  hüquqlarının  təminatında  olan,  bunun­
la  da  planetin  mozaik  etnik  mənzərəsini  daha 
da  zənginləşdirən  məhz  Azərbaycan  dövlətidir. 
Əslində  Azərbaycanın  polietnikliyi,  etnomədəni 
müxtəlifliyi  xalqımızın  bədxahlarına  verilən  ən 
tutarlı  cavabdır.  Ölkəmiz  etno-mədəni  münasi­
bətlərin  unikallığı  baxımından  dünyaya  əsil 
örnək  ola  biləcək  təcrübəyə  malikdir.  Bu  gün 
Azərbaycan  Respublikasmda  bütün  xalqların  et­
nik-milli  hüquqları  ən  yüksək  səviyyədə  qoru­
nur.  Millətlərarası  münasibətləri  tənzimləyən 
mütərəqqi  milli  qanunvericilik  sistemi,  həyata 
keçirilən milli-mədəni siyasət dilindən, dinindən, 
irqindən,  etnik  mənsubiyyətindən  asılı  olmaya­
raq  bütün  vətəndaşların  hüquq  və  azadlıqlarım 
tam təmin etməyə imkan verir.
Bu baxımdan Heydər Əliyevin azərbaycançılıq 
ideologiyası  bütün  Azərbaycan  millətinin  ümdə 
maraqlarını  təmin edən bütöv elmi nəzəriyyədir. 
Azərbaycançılıq  mahiyyətcə  müxtəlif  xalqla­
rın,  mədəniyyətlərin,  ənənələrin,  konfessiya- 
lann  vəhdətidir  [62,  30].  Azərbaycançılıq  ide-
m
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


yası  milli  azlıqların,  onların  adət-ənənələrinin, 
mədəni hüquqlarının  hərtərəfli  təmin edilməsini 
də  özündə  ehtiva  edir.  Bununla  yanaşı  azər- 
baycançılıq etnik və dini birliyi deyil,  milli və re­
gional  mənsubiyyətindən,  sosial  vəziyyətindən, 
dinindən asılı olmayaraq bütün vətəndaşların öz 
ümumi  vətəninə  -  Azərbaycana  mənəvi  sadiqli­
yini  əsas  tutur.  Vətənə sevgi,  onun mənafeyi uğ- 
runda  bircə  mübarizə  aparmaq  əzmini  özündə 
əks  etdirir.  Bu  gün  Azərbaycan  cəmiyyəti  dün­
ya  birliyinə  inamla  inteqrasiya  olunmaqla  yana­
şı  ölkəmizi  əsil  tərəqqi  və  çiçəklənməyə  aparan 
milli  ideya  ətrafında  daha  sıx birləşir.  Bunun  ən 
bariz nəticəsi -  etnik mənsubiyyətdən asılı olma­
yaraq hammın özünü Azərbaycan xalqının tərkib 
hissəsi kimi hiss etməsidir.
Heydər  Əliyevin  müdrik  siyasəti  sayəsində 
ölkəmizdə  millətlərarası  sülh  və  anlaşma  daha 
da  dərinləşmiş,  etnoslar,  xalqlar  arasmda  hər 
hansı  münaqişə,  ziddiyyət,  qarşıdurma  ehtimalı 
həmişəlikaradanqaldmlmışdır. Bizim cəmiyyətdə 
insanlara  etnik  və  ya  dini  mənsubiyyətinə  görə 
deyil, ancaq xidmətlərinə görə qiymət verirlər. Bu 
baxımdan Azərbaycan tarixən etnik tolerantlığın, 
digər mədəniyyətlərə və adət-ənənələrə hörmətin 
mövcud olduğu unikal məkandır.
Multikulturalizm  mədəniyyətlərin  qarşılıq­
lı  nüfuz  etməsi,  zənginləşməsi  və  kütləvi  mə­
dəniyyətin  ümumbəşəri  məcrada  inkişafı  məq­
sədilə onlann paralel olaraq mövcudluğunu tələb
Sevda Ağamirzə qızı Əhədova
/50
edən  tolerantlığın  bir  aspekti  kimi  də  nəzərdən 
keçirilir.
Poliidentiklik  getdikcə  daha  da  postindus­
trial  dövrün  amilinə,  bu  və  ya  digər  cəmiyyətin 
daxilində  yanaşı  yanaşmanın  mühüm  aspektinə 
çevrilir [146, 525-526].
Qloballaşma müxtəlif mədəniyyətlərin yanaşı 
mövcudluğunun əsas  prinsipi kimi qəbul  edilən 
multikulturalizmə də öz təsirini göstərməkdədir, 
bu  da  bir  sıra  neqativ  meyllərin  güclənməsində 
inkişaf  etmiş  ölkələrdə  sosial-mədəni  vəziyyətin 
mürəkkəbləşməsində  özünü  göstərir.  Bir  sıra 
tədqiqatçıların  nəzərincə,  qloballaşma  şəraitində 
multikulturalizm  mədəniyyətin  əsas  fəaliyyət 
prinsipi  kimi  mədəniyyətlərin  pozitiv  qarşılıq­
lı  əlaqəsini,  dialoqunu  deyil,  əksinə  "lider"  mə­
dəniyyətin  (və  ya  mədəniyyətlərin)  "periferiya" 
mədəniyyətlər  üzərində  hegemonluğunu  təmin 
etməyə,  mahiyyət etibarilə milli mədəniyyətlərin 
vəhdətinin  və  homogenliyin  qarşısını  almağa, 
onlar  arasında  fərqlərin  aradan  qaldırılmasına 
gətirib çıxarır [176, 289-290].
Qloballaşma  multikulturalizm  prinsipini  le- 
gitimləşdirməklə  (A.İ.Şendrik)  mədəni  dünyala­
rın  unifikasiyasma  (eyniləşməsinə)  gətirib  çıxa­
rır.  Qlobalizmin  məzmunu  baxımından  bu  qərb, 
xüsusən  Amerika  mədəniyyətinin  digər  mə­
dəniyyətlər  üzərində  qələbəsi  deməkdir.  Qlobal­
laşma  nəticəsində də  məhz belə  monomədəniyyət 
yaranır.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə