Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə38/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

mədəniyyətlər arasındakı münasibətlərə, rəqabətə 
xüsusi  təsir  göstərir,  bir  mədəniyyətin  digəri 
üzərində dominantlığma səbəb olur [118].
Yalnız bu prinsiplərə əməl edilməsi şəraitində 
dünyada  mədəniyyətlərin  müxtəlifliyini  qo­
ruyub  saxlamaq  olar.  YUNESKO-nun  mədəni 
özünüifadə  müxtəlifliyinin  qorunması  və  təşvi­
qinə  dair  konvensiyasında  qeyd  edildiyi  kimi, 
mədəniyyət  inkişafın  əsas  hərəkətverici  qüv­
vələrindən  biri  olduğundan  inkişafın  mədəni 
aspektləri  onun  iqtisadi  aspektləri  kimi  mühüm 
əhəmiyyət kəsb edir və fərdlər, insanlar bu sahədə 
iştirak etmək və bundan faydalanmaq hüququna 
malikdirlər [67].
Beləliklə,  biz  multikulturalizmin  ölkə  daxi­
li  və  beynəlxalq  aspektlərini  nəzərdən  keçirdik. 
Əgər ölkələrin daxili siyasətində multikulturaliz­
min  həyata  keçirilməsi  müəyyən  ziddiyyətlərin, 
mübahisələrin  yaranmasına  rəvac  verirsə,  bey­
nəlxalq  və  mədəniyyətlərarası  münasibətlərdə 
multikulturalizm  tamamilə  başqa  məzmun  kəsb 
etməyə başlayır.
Qlobalizasiya  yekcinsliyə  və  standartlaşmaya 
gətirib çıxarmamalı, mədəniyyətlərin müxtəlifliyi, 
müxtəlifliyin  vəhdəti  qorunub  saxlanılmalıdır. 
Beynəlxalq  səviyyədə  multikulturalizmin həyata 
keçirilməsi  bu  problemlərin  həllinə  nail  olmaqla 
yanaşı mövcud etnik, dini, regional və beynəlxalq 
münaqişələrin  qarşısını almaqda mühüm  rol oy­
naya bilər.
Sevda Ağamirzə qızı Əhadova
/56
2 .3 .  Q lo b a lla ş m a   və  beynəlxalq 
m ə d ə n i  h ü q u q la r
X
alqlar  arasında  mədəni  əlaqələrin  geniş­
lənməsinin, mədəniyyətlərarası dialoqun 
həyata  keçirilməsinin  əsas vasitələrindən biri  də 
beynəlxalq  və  milli  səviyyədə  mədəni  hüquqla­
rın  inkişafına  və  genişlənməsinə  nail  olmaqdan 
ibarətdir.
Mədəni  hüquqlar  məsələsi  bir  tərəfdən  dün­
yada  genişlənən  inteqrasiya  prosesinin,  digər 
tərəfdən  isə  mədəni  müxtəlifliyin  qorunması 
meylləri  kontekstində  böyük,  əhəmiyyət  kəsb 
etməyə  başlayır.  Hamı  tərəfindən  qəbul  edilmiş 
mədəni  hüquq  normalarının  təmin  edilməsi  və 
müdafiəsi hazırda bütün beynəlxalq birliyin əsas 
vəzifələrindən birinə çevrilməkdədir.
Qlobalizasiya proseslərinin sürətləndiyi şərait­
də  mədəni  hüquqların  təmin edilməsi,  digər mə­
dəniyyətlərə  hörmət,  mədəniyyətlərin  qarşılıqlı 
əlaqəsi  bəşəriyyətinin  inkişafının  zəruri  element­
lərindən birini təşkil edir. Mədəniyyət həm hər bir 
insanın, həm də ayrı-ayrı sosial qrupların həyatının 
ayrılmaz  hissəsinə  çevrilməkdədir.  Ona  görə  də 
mədəni  hüquqlar  insan  və  kollektiv  hüquqların 
mühüm  tərlüb  hissəsi  kimi  beynəlxalq  hüququn 
əsas diqqət yetirdiyi məsələlərdən biridir.
İnsan hüquqları sahəsində qəbul edilmiş bey-
nəlxalqhüquqnormalarıbirsırabeynəlxalqhüquq
konvensiyalarında,  müqavilələrində,  aktlarmda
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


digər  sənədlərdə  öz  əksini  tapmışdır.  Onlardan 
bəziləri,  məsələn  bəyannamə  və  tövsiyələr  döv­
lətlər  üçün  hüquqi  məcburiyyət  daşımasalar  da, 
beynəlxalq birlik üçün böyük mənəvi gücə malik­
dirlər.
İnsan hüquqlarının tərkib hissəsi olan mədəni 
hüquq  normaları  beynəlxalq  hüququn  tərkib 
hissəsi  olmaqla,  həm  də  xarici  siyasət  sferası­
na  daxil  edilmişdir.  Onlara  hörmət  edilməsi  isə 
ümumilikdə  beynəlxalq  ictimaiyyətin  vəzifəsinə 
çevrilmişdir.
Qloballaşma və  onun müxtəlif aspektləri mə­
dəni hüquqlara birbaşa təsir göstərir.
Mədəni 
hüquqlar 
bir 
sıra 
beynəlxalq 
hüquqi  aktlarda,  YUNESKO-un  konvensiya  və 
sənədlərində,  tövsiyələrində  öz  əksini  tapsa  da, 
bu  məsələ  beynəlxalq  hüquqda  hələ  də  araşdır­
ma tələb edən məsələlərdəndir. Mədəni hüquqlar 
digər insan hüquq və  azadlıqları  ilə  sıx bağlıdır. 
Bununla  yanaşı,  beynəlxalq  hüquq  normaların­
da  konkret  xalqm  mədəni  hüquqları,  xüsusən 
mədəni irsin,  mədəni özünəməxsusluğun qorun­
masına,  mədəni  inkişafına  aid  hüquqlar  bir  sıra 
hallarda  kollektiv  hüquqlar,  xalqlarm  hüquqları 
kimi  nəzərdən keçirilir.  Mədəni  hüquqlar dedik­
də,  birinci  növbədə  ayrı-ayn  şəxslər  və  qruplar 
üçün ümumi olan və onların kollektiv özünəməx­
susluğunu  formalaşdıran  və  müəyyən  edən 
mədəni dəyərlər nəzərdə tutulur.
Sevda Ağa mirzə qızı Əhədova
Daim  inkişaf  edən  və  genişlənən  mədəni 
hüquqlar  artıq  milli  dövlət  çərçivələrini  aşaraq, 
qloballaşma  və  inteqrasiya  proseslərinin  təsiri 
üə  universal  əhəmiyyət  kəsb  etməyə  başlamış­
dır.  Mədəni  hüquq  digər  insanlar  tərəfindən 
həmin şəxslərin və qrupların mədəni hüquqlarına 
hörmət,  başqa  cür  olmaq hüququnu  özündə  eh­
tiva  edir.  Mədəni  hüquqlar  hökmən  müxtəlif 
mədəniyyətlərin və sivilizasiyalann nümayəndə­
lərinin heç də eyni dəyərlərə malik olmasım tələb 
etmir.  Əlbəttə,  bütün  insanlar  bir  sıra  ümumi 
(bəşəri)  dəyərlərə  malik  ola  bilərlər,  ancaq  ta­
rixin və sosial təşkilata formalaşması prosesinin 
nəticəsi  olaraq  mədəniyyətlər  bir-birindən  fərqli 
olduqlan  kimi  bu  mədəniyyətlərin  daşıyıcıları 
olan insanlar da müxtəlifdir.
Əsasən fərdi xarakter daşıyan siyasi və mülki 
hüquqlardan fərqli olaraq, mədəni hüquqlar həm 
fərdi, həm də kollektiv ifadə və realizə formaları­
na malikdirlər.
Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi 
(1948-ci  il),  (12-ci  və  27-ci  maddələr),  Mülki  və 
Siyasi,  Hüquqlar  Haqqında  Beynəlxalq  Pakt 
(1966-cı il) (27-ci maddə), İqtisadi, Sosial, Mədəni 
Hüquqlar  Haqqında  Beynəlxalq  Pakt  (1966-cı 
il)  (25-ci  maddə)  insan  hüquqları  sahəsində  əsas 
beynəlxalq sənədlər hesab olunur [36].
Ümumdünya  İnsan  Hüquqları  Bəyannamə­
sinin  22-ci  maddəsi hər bir insanın  öz ləyaqətini 
qoruyub  saxlamaq,  şəxsiyyətini  azad  inki-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə