Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə114/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   110   111   112   113   114   115   116   117   ...   144

348 

 

na?” – dedim. “Sağ ol, bəs sən?”. “İndi lap yaxşıyam” – dedim. 



Bu  adi  hal‐əhvallaşmada  sanki  qəlbimin  bütün  hisslərini  açıb 

ona dedim, həyəcandan məcməyi əlimdə əsirdi.  

Durnanın  gözəl  yanaqlarında  da  gizli  qızartı  yaranmışdı, 

“indi  lap  yaxşıyam”  cavabını  düzgün  anlayıb  xəfifcə  gülüm‐

sündü.  Bir  qədər  sonra  gəlib  dava  salan  o  mənfur  sərxoş  hər 

şeyi  pozmasaydı,  bəlkə  də  ürəyimi  ona  tam  açardım.  Çünki, 

ürəyimizdəkiləri kifayət qədər qarşılıqlı anlada bilmişdik. Təəs‐

süf  ki,  sərxoşun  qaraj  davası  planlarımı  alt‐üst  elədi.  Sonra  da 

Ağəli babanın qəfil ölümü araya düşdü. Hələ Durna, babasının 

meyidini  görərkən  necə  vahiməyə  düşmüşdü...  Heç  özüm  də 

anlamadım necə oldu ki, onun boynunu qucaqlayıb meyidi gör‐

məsin deyə qonşu otağa  apardım. Hələ onun başını sinəmə da‐

yayıb  için‐için  ağlaması...  Onun  boynunu  qucaqlayaraq  saçını 

sığallamağım, yataq qoxuyan alnından öpməyim, göz yaşlarını 

əllərimlə silməyim və onun bütün bunlara qarşı gəlməməsi, ək‐

sinə  bir  az  toxtaması...  Bütün  bunlar  baba  itkisinin  ağırlığı  fo‐

nunda  tam  səmimi  təsəlli,  həm  də  məhrəm  hisslərin  təzahürü 

idi.  Yasdan  başları  açılıb  Oğuzdan  qayıtdıqdan  sonra  qəlbimi 

anama açdım. Ən etibarlı sığınacağım, son ümid yerim anamın 

ətəyi idi. Anam da olduqca ehtiyatla dərdimi Afət xalaya anlat‐

mışdı. O isə öz növbəsində Durnanın razı olduğunu öyrənmiş‐

di. Qalan məsələləri isə anam Sabir dayı ilə həll etdi – “borş qo‐

naqlığı” adı ilə elçiliyimi deyirəm. İndi artıq mən öz nişanlımla 

telefonda danışır, onu institutda qarşılayır, şəhəri birlikdə gəzib 

evlərinədək maşında aparırdım. 

Durna olduqca utancaq, səmimi qızdır. Gözəlliyinə tay ola 

bilməz.  Hələ  uzun  saçları...  İnstitut  binasından  çıxanda  tələbə‐

lər mütləq çönüb küləyin sığalladığı uzun saçlarına  baxardılar. 

Sevincək  maşınıma  oturanda  isə  qürurla  dikəlirdim  –  “Qalın 

yana‐yana,  o  mənim  mələyimdir  –  uzun  telli  durnamdır”.  Gü‐




349 

 

nün proqramını həmişə o tərtib edərdi. İlk günlər varlı bir ailə‐



də böyümüş qızın tələblərinin mənimçün ağır ola biləcəyindən 

sıxılırdım,  amma  yanılmışdım.  Onu  babat  bir  restorana  dəvət 

edəndə, o,  tam əksinə – dənizkənarı parkda peraşki yeməyi üs‐

tün  tuturdu.  Onu  konsertə  və  ya  kinoya  dəvət  edəndə,  o,  məni 

zooparka  getməyə  razı  salırdı.  Mən  onun  istəklərinin  əsiri  idim 

və qənaətcilliyinə valeh olmuşdum, – “Həyat yoldaşım evdar, yı‐

ğımcıl qadın olacaq” – onu qayğıkeş qadınım kimi çox sevirdim. 

  

Fərhad: 

 

Quş qanadlı illər sürətlə ötürdü. Şükürlər olsun tanrıma ki, 



heç  bir  şeydən  şikayətim  yox  idi.  Durnanın  ali  məktəbi,  Kəna‐

nın isə orta məktəbi bitirməsinə iki ay qalmışdı. Kənan heykəl‐

taraşlığa  hazırlaşırdı  –  müəllim  yanına  hazırlığa  gedirdi.  İnsti‐

tutu  bitirən  kimi  Durna  ilə  Baysalın  toyunu  etməyi  planlaş‐

dırmışdıq.  Bakıdakı  mənzillərdən  bir  dördotaqlısını  Baysalın 

adına keçirmişdim. Mənzil yenicə təmir olunmuş, mebelləri alı‐

nıb quraşdırılmışdı. Ev, yeni evlənənləri qəbul etməyə tam ha‐

zır vəziyyətdə idi. Afət Zəhra ilə danışıb güclə razılığın almışdı 

ki, heç bir xərc çəkməsin və bundan sıxılıb, çəkinmək lazım da 

deyil – “Baysal indi həm də bizim doğmaca oğlumuzdur”, – de‐

mişdi. Ancaq hiss edirdim ki, ana öz oğlundan sanki ayrı düş‐

müşdü.  Zəhra,  bizim  heç  bir  təmənna  və  ağlımızdan  pis  fikir  

keçirmədən  Baysala  öz  balamız  kimi  etdiklərimizə  qarşı  çıxa 

bilmirdi.  Ancaq  sıxıntısını  duymaq  çətin  deyildi,  elə  bil  böyük 

oğlundan əlini üzmüşdü. 

Qəsəbəmizin ən iri şadlıq saraylarından biri olan “Dəniz”də 

Durnanın  toyunu  etdik.  Bütün  yaxınlarım,  sevdiklərim  və  qo‐

humlarım burada idi, hətta Aşralı və Hacı əmi də dəvətlilər ara‐

sındaydı.  Əli  də  Kiprdən  gəlmişdi.  Misilsiz  bir  gün  idi.  Bütün 



350 

 

əzizlərimi  bir  arada  görmək,  məni  kövrəldən  ən  böyük  hadisə‐



dir. Hamının çöhrəsində sevincimizə şəriklik hiss edirdim. 

Budur,  bəylə  gəlin  “Vağzalı”  sədaları  altında  saraya  daxil 

olurlar, elə bil bir cüt mələkdirlər. Qızıma ağ gəlinlik necə yara‐

şırmış, Allahım... Baysal məndən ürəyimin bir parçasını qopar‐

mış  rəqibim  idi.  Sanki  məğlubiyyətimi  boynuma  almış,  rəqibi‐

min gücünə boyun əymişdim. Baysalın ayaqlarına düşməyə, qı‐

zımın xoşbəxt olması üçün əlindən gələn hər şeyi etməsini yal‐

varmağa hazır  idim  –  eynən  rəqibindən  əfv  diləyən  məğlublar 

kimi. Balama əzab‐əziyyətin nə olduğunu göstərməmişdim, bu 

gündən sonra da göstərməzdim. Amma, bu gündən o,  Baysala 

aid  olan  bir  övladımdır.  İnsan  qanunları  doğrudan  da  acıdır  – 

qızı böyüt və bir başqasına ver... Bu acılıqdan nəvə şirinliyi göz‐

ləmək isə ən şirin şeydir. İlk dəfə baba olacağımı ağlımdan ke‐

çirdim. Bu dəqiqə Baysal gözümdə kişilərin ən güclüsü idi, qı‐

zımsa mələklərin ən şirini. Gözlərimin dolacağından qorxdum, 

ayaqyoluna qaçdım. Güzgüdə üzümə baxdım, – gözlərim qızar‐

mışdı. Yadıma kəndimizin ən qoca sakini Məhinin əhvalatı düş‐

dü. Məhi kişi qız nəvəsini ərə verirmiş. Toy günü qonaqlardan 

kimsə ayaqyolunu “məşğul” saxladığından, qaram‐qarıxıq evin 

arxasına qaçır. Görür ki, gəlinin atası burada ağlayır, qaçır töv‐

ləyə, görür digər oğlu burda ağlayır, ot tayasına, burda da gəli‐

nin  qardaşı  ağlayır.  Hövsələdən  çıxır  –  “Ay  it  küçükləri,  sizin 

əlinizdən  çişimi  də  edə  bilmirəm,  toydur,  hamı  sevinir,  sizsə 

arvad  kimi  ağlayırsınız,  nolub  sizə!?”.  Nəvəsi  cavab  verir  ki  – 

“Necə  ağlamayım  axı,  bacım  ərə  gedir,  ondan  ayrılırıq,  namu‐

sumuz əldən gedir...”. Cavab verir ki, – “Bəs yeddi oğulsunuz, 

onda  siz  neçəsinin  gözünü  yaşlı  qoymusunuz?  Öldürməyə 

aparmırlar ki, o yana dur görüm – üzünə çırtdıyar

64

...” – deyib 



elə  nəvəsinin  yanındaca  güclə  özünü  boşaltmağa  macal  tapır. 

                                                            

64

 

Sıçrayar.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə