Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə116/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   112   113   114   115   116   117   118   119   ...   144

354 

 

–    Sizə  bir  şad  xəbər  də  mən    deyim.  Mən  artıq  nişanlan‐



mışam, – dedi. 

– Nə danışırsan, kimdir o bəxtəvər balamız? – soruşdum. 

– Yunandır, adı Elizabetdir – qısaca Elza. 

–  Ciddi  deyirsən,  başqa  bir  millətdən  olan  qızla  evlənmə‐

yinə bəs sizinkilər nə deyir? 

– Elza türkcə təmiz bilir, yunan Kiprindəndir. Evdəkilərin 

hamısı  ilə  vaxtaşırı  danışır.  Artıq  bizimkilər  ona  elə  isinişiblər 

ki, elə bil yüz ildir ki, qonşumuzda yaşayan qızla evlənirəm. 

–  Lap  yaxşı,  Allah  xeyirlisindən,  xoşbəxtlərdən  eləsin.  Bəs 

toyu nə vaxta planlaşdırmısan? 

– Bax o sizdən asılıdır. Nə vaxt sizin üçün “müsaid” olsa, o 

zaman da evlənəcəyik. 

– Toyu Kiprdə planlaşdırmısan, ya burda? 

– O da sizin məsləhətinizə bağlıdır, amma biz Kiprdə – öz 

yerimizdə planlaşdırmaq istərdik. 

–  Belə...  Demək  gələn  ayın  neçəsi  sənin  üçün  düşərli  gün‐

dür? 

– 17‐si. Həm də Elzanın doğum günüdür. 



–  “Dəmiri  isti‐isti  döyərlər”,  babam  demişkən,  –  “canına 

yel keçməmiş” bütün qonaqlarını 17‐nə dəvət elə, mən də özü‐

münküləri çağıraram. Bu gündən işə giriş. Nə vaxtadək Bakıda 

qalmağı düşünürsən? 

–  Toya  gəlmişdim,  əgər  mənlik  vacib  bir  işiniz  yoxdursa, 

mənim də başqa bir işim yoxdur burda. 

– Yox, elə sabah qayıt işinin üstünə və necə lazımdırsa to‐

yunun təşkili ilə məşğul ol. Amma nəzərə al ki, oradakı dostla‐

rımızın hamısını çağıracağıq. 

Ofisdə  bizi  Dilbər  qarşıladı.  Uşaq  ərköyünlüyü  ilə  “gəlin 

atasının” boynuna sarılıb üzümdən öpdü. Axşam toyda çəkilmiş 

şəkilləri  göstərmək  üçün  Əlini  kompüterə  tərəf  dartdı.  Mənim 




355 

 

qol götürüb oynamağımı lağa qoyub gülüşürdülər. Çox xoşbəxt 



idilər. “Kaş mən də belə cavan olaydım”, – ilk dəfə onlarla eyni 

yaşda  olmadığımın  paxıllığını  çəkdim,  belə  tez  yaşlandığıma 

acığım tutdu. Stolumun arxasına keçib Əlinin toy işi üçün fikrimi 

toplamağa  çalışdım.  Ağlıma  gözəl,  amma  “başımdan  yekə”  bir 

ideya  gəlmişdi  –  əslində  Kiprdə  ilk  dəfə  olarkən  ağlıma  girmiş 

bir  fikir  idi.  Yunan  və  türk  Kiprini  ayıran  “Yaşıl  xətt”  deyilən 

sərhəddə tamaşa edərkən, bir adanın iki millətini bölənlərə qarşı 

içimdə  acı  bir  nifrət  oyanmışdı.  BMT  və  NATO  “sülhməramlı‐

larının”  öz  evləri  kimi  saymazyana  qərar  və  hərəkətləri  adamı 

qıcıqlandırmaya bilməzdi. Məncə, türk tərəfdən Rauf Denktaş və 

yunan tərəfdən dini lider II Hrisostomosun bir araya gələ bilməsi 

və  bu  davaya  məntiqlə  yanaşa  bilmələri  çox  mətləbləri  açar, 

düşmən barmağını sındırar və iki millətin eyni adada dinc yaşa‐

ması  üçün  ciddi  mesajlar  verə  bilərdi.  Lakin,  ondan‐buna,  bun‐

dan‐ona  söz  aparanlar  aranı  qızışdırmaqdan  başqa  bir  şeyə  ya‐

ramırdılar.  Eynən  bizim  Qarabağ  düyünümüz  kimi  –  görünən 

əllər  başımızın  üstündə  o  yan‐bu  yana  gedib‐  gəlir,  lakin  nə  bu 

əlləri  qırmağa  gücümüz  çatır,  nə  də  yardımlarını  görə  bilirik... 

Əlinin toyuna Rauf Denktaşla birlikdə II Hrisostomosu da dəvət 

etmək istəyirdim. Amma alınacağına ümidim çox az idi. 

Yunanıstanın  Azərbaycandakı  səfirliyinin  telefon  nömrə‐

sini  tapdım.  Qafqaz  Müsəlmanları  İdarəsinə  zəng  vurub  xahiş 

etdim  ki,  Bakı  yepiskopu  Aleksandr  ata  ilə  görüşməyimə  yar‐

dım  etsinlər.  Sağ  olsunlar,  görüşə  razılıq  aldılar.  Kofemizi  içib 

Əliylə  kilsəyə  getdik.  Aleksandr  ata  ibadətdəydi.  Kilsə  işçiləri‐

dən biri, bizi gözləmək üçün geniş bir zala dəvət etdi. İlk dəfə 

idi  ki,  kilsəyə  girirdim.  İkona  və  dekorasiyalara  ağzımız  açılı 

qalmışdı.  Bir  qədər  sonra  bizi  Aleksandr  atanın  yanına  dəvət 

etdilər.  Yepiskop  bizi  olduqca  mehriban  qarşıladı,  gəlişimizin 

səbəbini soruşdu. Məqsədimi açıqladım: 




356 

 

–  Siyasətlə  heç  vaxt  maraqlanmamışam  və  belə  bir  niy‐



yətimin  nə  vaxtsa  olacağına  da  inanmıram.  Baxın,  bu  cavan 

oğlanın  gələn  ayın  17‐si  Kiprdə  toyudur,  bir  rum  qızı  ilə  ailə 

qurur.  Kiprdə  bizim  “Azərbaycan  Mədəniyyəti  Mərkəzi”nin 

rəhbəridir. Türk Kiprinin ağsaqqalı Rauf Denktaşla yaxşı müna‐

sibətlərimiz  var.  Elə  mərkəzin  açılışını  da  o  özü  etmişdi.  Bil‐

mirəm nə dərəcədə real görsənir və məqsədəuyğundurmu, am‐

ma  ürəyimdən  keçir  ki,  bu  türk‐rum  evliliyi,  bir‐birinə  az  qala 

nifrətlə  baxan  iki  millət  arasında  azca  da  olsa  yaxınlaşmaları 

baxımından  müsbət  hadisə  olsun.  Rauf  bəyin  II  Hrisostomosla 

bir  neçə  dəfə  rəsmi  görüşləri  olub,  lakin  onları  bir  süfrə  arxa‐

sında – qonaqpərvər Azərbaycanın zəngin süfrəsi ətrafında gör‐

mək istəyirəm. Məsləhətdirsə, bu istəyimi Yunanıstanın Bakıda‐

kı səfiri, cənab İoannis Metaksasla birgə müzakirə etməkdə mə‐

nə yardımçı olmağınızı xahiş edirəm. 

Aleksandr ata mehribanlıqla gülümsünərək saqqalına sığal 

çəkdi: 


– Mən sizin bu addımınızı xeyirxah bir iş kimi qiymətlən‐

dirirəm və əlimdən gələn köməkliyi edəcəyimə söz verirəm. Sə‐

firlə bu yaxın günlərdə görüşmüşük, ümidvaram sizin xoş mə‐

ramınızı müsbət qarşılayar. 

Yanımızdakı kilsə əməkdaşına səfirlə telefon əlaqəsi yarat‐

mağı  tapşırdı.  Telefon  tez  cavab  verdi  –  səfirin  özüydü.  Alek‐

sandr  ata  səfirlə  mehriban  hal‐əhvaldan  sonra  mənim  istəyim 

barədə  ona  izahat  verdi.  Mümkün  köməkliyi  etməsini  xahiş 

etdi. Səfirlə sabah saat 10 üçün görüşə biləcəyimi dedi. 

Ona sonsuz təşəkkürümü bildirdim. Xristian və müsəlman 

dostluğu,  eyni  tanrı  bəndələri  olmağımıza  dair  bir  neçə  xoş 

sözlər deyib onunla sağollaşdım və söz verdim ki, İncili və Töv‐

ratı mütləq tapıb oxuyacağam. O, yanındakı əməkdaşa nəsə işa‐

rə elədi. Kilsə əməkdaşı bir neçə dəqiqəyə əlində iki kitab bizə 

yaxınlaşdı.  Aleksandr  ata  kitabları  öpərək  mənə  uzatdı  – “Biz‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə