Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə118/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   114   115   116   117   118   119   120   121   ...   144

360 

 

–  Əladır.  Burada  bir  qiyamət  qoparacağıq  ki,  hələ  Kipr 



adası  belə  möhtəşəm  toy  görməyib.  Otello  ilə  Dezdomona 

xatirələrdən silinəcək, hamı Əli və Elzadan danışacaq. 

Dilbərin  təklifi  lap  yerinə  düşmüşdü,  –  “Musiqiçilər  azca 

hündür  yerdə  xalçanın  üzərində  bardaş  quraraq  çalıb‐oxusun‐

lar və mütləq milli geyimdə olsunlar, səhnədə milli musiqi alət‐

lərimiz  nümayiş  etdirilsin.  Bir  də,  muğam  və  təsniflərimiz  ifa 

olunarkən  arxa  fonda  Azərbaycanın  dilbər  güşələrinin  video 

görüntüləri verilsin”. Vallah mən bu qızı yeyəcəm, adam da bu 

qədər  dəcəl,  şirin,  ağıllı  olarmı?  Getdikcə  daha  da  diqqətli 

olurdu.  Unutduğu,  təkcə  paltarımdakı  pamada,  krem  izləri  və 

saç  tükləridir.  Onun  dediklərini  də  tərtibata  əlavə  etdik.  Toy 

günorta  12‐də  başlanacaq,  ta  gecə  saat  2‐dək  davam  edəcəkdi. 

Sonrası  isə  Bakıdan  gəlmiş  “qaraçılar  dəstəsi”nin  planına  bağ‐

lıydı. Xəyallarım məni göylərə aparırdı. Yaşar mənə ruh verirdi: 

– Bu gün toy günüdür – bütün Kiprin ada olaraq “konuşa‐

cağı” möhtəşəm hadisə... Bütün qəzetlər manşetlərdə yazacaqdır: 

–  “Rum  və  türk  liderlər  Azərbaycan  düyünündə  bir  araya 

gəldilər!”, “Kipr sorunu, sən demə süfrə arxasında həll olunacaq 

qədər  sadəymiş!”,  “Bir  türk  cocuqla,  rumlu  qız  ailə  quraraq 

bunun  mümkünlüyünü  sübut  etdilər!”.  “Hər  iki  lider  türk‐rum 

evliliyinə,  dolayısıyla  dostluq  və  qohumluğa  ürəkdən  “hə”  de‐

dilər!”. “Bəylə gəlin adanın hər iki tərəfinin vətəndaşı elan edil‐

dilər!”.  “BMT  və  Avropa  Şurası  “mat”  vəziyyətinə  düşdülər!”. 

“Aradüzəldənlər,  çirkli  barmağınızı  cənnət  adamızdan  çəkin!”. 

“Yaşasın bütöv və müstəqil Kipr Dövləti!”. “Yaşasın yunan‐türk 

dostluğu!”. “Yaşasın Kipr‐Azərbaycan dostluğu!”. 

Bunları düşündükcə az qala gözlərimdən yaş gələcəkdi. İlk  

qonaqlar  gəlməyə  başladı.  Qonaqları  milli  azəri  geyimli oğ‐

lan və qızlar duz‐çörək və gül dəstələrilə qarşılayırdılar. Onlar 

mərkəzin  foyesindəki  stollara  dəvət  edilir,  təbii  mineral  sula‐

rımızın və meyvə şirələrimizin dadına baxırdılar. Foyedə həzin 



361 

 

kaman  musiqisi  əsəblərə  layla  deyirdi.  Hər  şey  çox  gözəl  idi. 



Allah haqqı, düz sözümdür, çox gözəl idi. Ən gözəli isə qonaq‐

ların  Azərbaycan  qonaqpərvərliyinə  valeh  olmaları  idi.  O  gün 

azəri türkü olduğum üçün çox qürur duydum. Gələnlərin əksə‐

riyyəti universitet professorları, parlament üzvləri, siyasətçilər, 

Əlinin hələ tanımadığım dostları və azərbaycanlı aktiv tələbələr 

idi. Nəhayət, böyüklüyünə qibtə etdiyim “sonuncu Türk Müca‐

hidim”in  maşını  binanın  qabağında  dayandı.  Onu  hörmət‐‐

izzətlə qarşıladım. Az sonra II Hrisostomosun maşını da gəldi, 

onunla  birlikdə  İoannis  Metaksas  da  gəlmişdi.  Sevirəm  huma‐

nist,  yuxa  qəlbli  insanları.  II  Hrisostomosun  əyilib  əlindən  öp‐

düm – adanın qeydinə biganə olmadığı və dəvətimi qəbul etdi‐

yi üçün ən azı bu ehtirama layiq idi. Sonra cənab İoannislə qu‐

caqlaşdıq – “Hər şeyə görə sizə minnətdaram, bunu sizin sayə‐

nizdə bacardıq”, – dedim. Rauf bəylə II Hrisostomos reportyor‐

lar üçün mehribanlıqla əl sıxıb görüşdülər, şəkil çəkdirdilər. İki 

böyük insanın indi danışıqlar stolu deyil, süfrə arxasında otura‐

caqlarını ağlıma gətirəndə uşaq kimi ağlamağım gəlirdi. Bu rəs‐

mi əlsıxmaları heç sevmirdim,  uzun çəkən saxta bir göstəridir. 

Onların  hər  ikisini  içəriyə  dəvət  etdik.  Foyedən  keçərkən  içə‐

ridəkilər  həyəcanlarını  gizlədə  bilmirdilər.  Axı  hər  ikisi  qəzet 

və  televiziyadan  ən  çox  tanıdıqları  simalar  idi.  Alqışlayır,  bu 

birliyə onlar da – “Hə! Hə, bax belə olmaq lazımdır! Biz sizlər‐

dən bunu çoxdan gözləyirdik!” – deyirdilər. 

İki lideri onlar üçün ayrılmış stoladək müşayiət etdim. Ar‐

tıq  qonaqların  hamısı  öz  yerlərinə  keçmişdilər.  Aparıcı  məclisi 

açdı  və  məni  mikrofona  dəvət  etdi.  Səhnəyə  qalxarkən  ayaq‐

larımın  titrədiyini  hiss  edirdim.  Zalı  seyr  etdim,  hər  şey  möh‐

təşəm idi, bütün stullar tutulmuşdu. Çox çıxışlar etmişdim. La‐

kin bu dəfə çıxış üçün əməlli hazırlaşmışdım: 

–  Əziq  qonaqlar  və  dostlar,  dəvətimizi  qəbul  edib  gəldi‐

yinizə,  bizi  şərəfləndirdiyinizə  görə  hər  birinizə  sonsuz  təşək‐



362 

 

kürümü bildirirəm. Bu möhtəşəm mərkəzin açılışını möhtərəm 



Rauf bəy öz xeyir‐duaları ilə şərəfləndirmişdi. İndi isə II Hrisos‐

tomos  həzrətləri  öz  gəlişi  ilə  bu  məkanı  daha  da  əzəmətli  etdi 

və müqəddəsləşdirdi. Azərbaycanın bir parçası kimi hesab etdi‐

yimiz  bu  məkana  xoş  gəlmisiniz,  –  qonaqlar  sürəkli  alqışlarla 

çəpik çaldılar. 

Bu  gün  bir  türk  oğlu  ilə  rum  gözəlinin  toy  günüdür.  Qoy 

bu  müqəddəs  nikah,  adanın  iki  xalqı  arasında  ənənəyə  çev‐

rilsin, müstəqil və bütöv Kipr dövlətinin sağlam özül üzərində 

inkişafına gözəl nümunə olsun. Və bu bütövləşmədə ən çox se‐

vinən tərəflərdən biri də qardaş Azərbaycan və bizlər olacağıq.  

Bu gün çox əlamətdar gündür – hər iki xalqın iki tanınmış 

siması,  ziyalıları  bu  xeyir  işin  şahidi  olmaqla,  həm  də  öz  xalq‐

larına dostluq, mehribanlıq mesajı verməklə, türk‐yunan övlad‐

larının  xoşbəxtliyi  naminə  bir  stol  arxasında  əyləşmək  nümu‐

nəsi göstərirlər. Qoy beynəlxalq təşkilatlar görsünlər ki, əgər öz 

“sülhməramlı”  barmaqlarını  bu  adadan  çəksələr,  iki  xalq  özü 

bu “mübahisəni” elə süfrə arxasındaca həll etməyə qadirdirlər. 

(Sürəkli alqışlar!) 

Bu  gündən  Elizabet  balamızı  –  əziz  Elzamızı  Azərbaycan 

balası  kimi  bağrımıza  basırıq,  öz  övladımız  kimi  qəbul  edirik. 

Buna şahidsiniz və Kiprin yunan tərəfi ilə qohumluqdan böyük 

qürur  duyuruq.  Qoy  adamızda  sülh  həmişəlik  bərqərar  olsun! 

Yaşasın Bütöv və müstəqil Kipr dövləti! Hamınızı Azərbaycan, 

Kipr,  Türkiyə  və  Yunanıstan  dostluğunun  möhkəmlənməsi 

üçün əlimizdən gələni etməyə çağırıram! (Sürəkli alqışlar!) 

Burada  bir  Azərbaycan  atmosferi  yaratmağa  çalışmışıq. 

Milli xörəklərimiz, geyimlərimiz, əl işlərimizlə tanış olub, musi‐

qimizi  dinləyəcəksiniz.  Hər  birinizi  gözəl  Azərbaycanda  gör‐

mək  istəyilə  bir  daha  sizlərə  öz  dərin  ehtiramımı  bildirirəm. 

(Sürəkli alqışlar!) 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə