Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə120/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   116   117   118   119   120   121   122   123   ...   144

366 

 

* * * 



 

Dilbər yenə də həyatımı mənalandıran əsas “ilham pərim” 

olaraq  qalırdı.  Müştərək  romanımızın  373‐cü  səhifəsini  yazır‐

dıq.  Özümü  18  yaşlı  oğlanlar  kimi  hiss  edirdim.  Sevgimiz 

aşıb‐daşırdı,  bütün  dağ‐dərə,  meşə‐çöl  ehtirasımızın  şahidi  idi. 

Artıq tünlükdən qaçır, təbiət qoynuna tələsirdik. Açığını deyim 

ki, evdə astmadan əziyyət çəkən Afətimə yazığım gəlirdi. Sevgi 

dolu Dilbərlə, ailə qayğısı və xəstəlik əzabı daşıyan Afətim ara‐

sında  balaca  “çatlar”  yaranırdı.  Birincidən  müsbət  enerji  və  il‐

ham  alırdımsa,  ikincinin  ah‐vayı  və  ağrı‐acısına  acıyırdım.  Al‐

lahsız iş tutmağım isə öz vicdanımı sızladırdı. Durnasız Afətin 

halı  doğrudan  da  çətin  idi.  Yazıq  paltar‐palaz,  biş‐düş  işlərini 

çatdıra  bilmirdi, bir yandan da Bahar dəcəlliyindən əl çəkmirdi 

– evi dağıdıb tökürdü. 

Artıq  Durna  hamiləydi.  Kənan  isə  Kiprə  yollanmağa  ha‐

zırlaşırdı.  Fikirləşəndə  ki,  bir  azdan  ər‐arvad  evdə  tək‐tənha 

qalacağıq,  ikimizi  də  vahimə  basırdı.  Vəziyyət  dalana  doğru 

irəliləyirdi. 

Elə  bu  ərəfədə  Dilbərin  anası  ürək  çatışmazlığından  öldü. 

Bunu səriştəsiz yazıçılığıma yozmayın, vallah, düz sözümdür.., 

nə  qədər  gözlənilməz  də  olsa,  o  öldü.  Qız  uşağı  təkcə  yaşaya 

bilməzdi, asudə çöl həyatımın da üstünə od ələndi. Lap dilxor 

olmuşdum. Düzü, Afət də Dilbərin halına ürəkdən acıyırdı. Ba‐

şımı itirmişdim, heç bir şeyə qərar verə bilmirdim. 

Afətin  bir  gün  temperaturu  qalxdı,  yorğan‐döşəyə  düşdü. 

İşə  getmədim.  Yemək  bişirməyi  bacarmıram,  yalnız  çay  dəm‐

ləyə  bilirdim.  Yazığa  çay  içirməkdən  çaydan  iyrəndirmişdim. 

Hətta,  bir  dəfə  zarafatla  –  “İnsafın  olsun,  heç  olmazsa  bunun 

içinə  kartofdan‐soğandan  atsana...”  –  demişdi.  Yox,  belə  getsə 

canım  Afətimi  acından  öldürə  bilərdim,  nə  qədər  restorana 




367 

 

yemək sifariş vermək olar? Bahar isə “anamızı ağladırdı” – “kö‐



pəyin qızı” civədi, civə... 

Görünür Afətin mənə yazığı gəlmişdi. Bir gün məni yanına 

çağırıb Dilbərin telefonunu yığmağımı istədi. Telefonu ona ve‐

rib  Baharın  aşırdığı  qab‐qacağın  dalınca  qaçdım.  Geriyə  qayı‐

danda  telefonla  danışıb  qurtarmışdı.  Sualedici  nəzərlərlə  məni 

süzdü: 


– Xəbərin varmı ki, Dilbər üç gündür ofisdə yatır? 

– Yox..! 

– Sənin insafına nolub belə, onun səndən başqa kimi qalıb 

ki,  yoxsa  mənim  razılığımı  soruşmağa  çəkinirsən?  Mən  özüm 

ondan  xahiş  etdim  ki,  tez  bizə  gəlsin.  Bu  gündən  sonra  Dilbər 

bizdə  qalacaq.  Yoxsa  sənin  qaynamamış  çayların  mənim  içimi 

pozacaq. Həm mənə dərdləşməyə adam olsun, həm sənin kirli 

paltarlarını yuyar, həm də mənə bacardığından baxar. 

– Doğru sözündür? Bəs..? 

–  Bəsi‐məsi  yoxdu.  Artıq  nə  sən  o  yaşda  deyilsən,  nə  də 

mən.  Durub  bu  yaşdan  sonra  səni  qısqanan  deyiləm  ki?  Elə 

Durnanın  otağında  da  yatar.  Bu  barədə  bir  daha  danışmaya‐

cağıq,  bunu  mənim  xatirimə  edirik,  bunu  mən  səndən  xahiş 

edirəm. Yoxsa, balalarım yanımda olmadan çox yaşaya bilmər‐

əm. Sən də işə rahat gedə bilərsən. Heç olmasa evə vaxtında qa‐

yıtmağı da öyrənərsən – azca qımışdı. 

Sanki,  Dilbərlə  məni  evləndirmək  üçün  fikrimi  öyrənmək 

istəyirdi. Dilbərlə olanlara görə arvadımdan utandım, – əynim‐

də  paltarım  büzüşdü.  Amma  onun  ofisdə  gecələdiyindən  val‐

lah, xəbərim yox idi. 

– Afətim mənim, səni əvəz edəcək heç bir qadın ola bilməz, 

buna həmişə əmin olmağını istəyirəm. Sən mənim gül balaları‐

mın anası, ömrümün bəzəyi və  ən yaxın dostumsan. Heç vaxt 

ağlına gətirmə ki, kimisə səndən artıq sevə bilərəm, kimisə sən‐




368 

 

dən  yuxarı  mərtəbəyə  qoya  bilərəm.  Amma,  Dilbərə  olan  mü‐



nasibətimi səmimi anlamağa çalış. Ona yazığım gəlir, onu kim‐

səsiz qoymağa haqqım yoxdur. Sən demişkən, indi onun mən‐

dən  və  bizdən  başqa  kimsəsi  yoxdur.  Belə  düşündüyün  üçün 

açığı sevindim, lakin, onu evimizə gətirməyi heç fikirimdən də 

keçirməmişdim. Məncə də ən doğru yol budur... 

Əyilib  yanağından  öpdüm.  Sevincimi  gizlədə  bilmirdim. 

Axı  bu  gündən  etibarən  ikiyə  parçalanmayacaqdım  və  sevdi‐

yim iki qadın da yanımda olacaqdı... 

Axşamüstü Baysal, Dilbər və Durnanı da götürüb bizə gəl‐

di. Yeməkdən sonra məsələni Afətin özü açdı: 

–  Uşaqlar,  bir  balaca  kədərli  notlar  üzərində  mühüm  bir 

məsələni  sizə  bildirmək  istəyirəm.  Bu  zəhrimara  qalmış  astma 

və  şəkər  məni  gündən‐günə  əldən  salır.  Ev  işlərini  çatdıra  bil‐

mirəm.  Fərhadın  paltarları  kirli,  ütüsüz  qalıb.  Anası  rəhmətə 

gedəndən  sonra  Dilbər  tək  qalıb.  Onun  yardımına  mənim  çox 

ehtiyacım var. Durna köçəndən və Kənan Kiprə gedəndən son‐

ra evdə qulağıbatmış kimi tək qalmışam. Həm dərdləşməyə bir 

bacım olsun, həm də ev işlərinin qulpundan yapışsın deyə Dil‐

bərin bizim evə köçməsinə qərar vermişik. Mən istəyirəm ki, bu 

gündən etibarən hamı Dilbəri bu ailənin ən yaxın bir üzvü kimi 

qəbul  etsin.  Dilbər,  bu  sənə  qulluqçuluq  təklifi  deyil,  səmimi 

bacılıq  təklifidir.  Xahiş  edirəm  ki,  məni  qırmayasan,  sözümü 

yerə  salmayasan.  Sən  Fərhadın  Durna  nənəsinin  yeganə  yadi‐

garısan. Biz səni çöllərdə təkbaşına qoya bilmərik. Şükür Allaha 

ki, dolanışıq və qalacaq yer sarıdan sıxıntımız yoxdur. Kənanın, 

ya da Durnanın otağını sənin üçün elə bu gün hazırlayarıq. Sa‐

bah  isə  evinizdən  özünə  lazım  olan  şeyləri  gedib  gətirərsiniz. 

İstəyirsənsə, evini bir ailəyə kirayəyə də verə bilərsən. Bir sözlə 

günü bu gündən sən bu evin üzvüsən. 

Dilbər təzə gəlin kimi başını aşağı salıb durmuşdu, gözləri 

dolmuşdu: 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə