Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə119/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   115   116   117   118   119   120   121   122   ...   144

363 

 

Çıxışımı qurtarıb öz yerimə keçdim. Aparıcı Rauf Denktaşı 



dəvət etdi. Onun çıxışı qısa, ancaq çox məntiqli oldu: 

–  Möhtərəm  II  Hrisostomos  cənablarını  yenidən,  həm  də 

belə  bir  əziz  gündə  Kıbrıs  Türk  Cümhuriyyətində  gördüyüm 

üçün  çox  məmnunam.  Bəlkə  də,  əvvəllər  belə  səmimi  və  əziz 

günlərdə  daha  tez‐tez  görüşsəydik,  bu  mübahisə  də  bu  qədər 

böyüməzdi.  Cənab  II  Hrisostomos  da,  mən  də  ömrümüzün  ən 

gözəl çağlarını bu “sorun”a həsr etdik. Amma sizin üzünüzdəki 

istəyi  gördükcə  düşünürəm,  –  “Kıbrıs  adasının  hər  iki  xalqı 

bütövləşmək,  birləşmək  istəyirsə  heç  kim  bu  istəyə  qarşı  gələ 

bilməz,  çünki  adanın  nicat  yolu  bütövləşərək  müstəqil  olmaq‐

dan  keçir.  Bu  istəyə  daima  dəstək  verəcəyimə  əmin  ola  bilər‐

siniz. Mən də öz adımdan türk oğlu Əli bəyə və rum gözəli Eli‐

zabet  xanıma  xoşbəxtlik  arzulayıram.  Rumlu  və  türklü  adanın 

bütövləşməsində bizə nümunə olmağınızı təvəqqe edirəm. Bizə 

sübut edin ki, rum və türk birlikdə mehriban yaşaya bilər. Hər 

ikinizi “kutluyorum, hayırlı, uğurlu olsun!”. (Sürəkli alqışlar!) 

II  Hrisostomos  söz  üçün  dəvət  olundu.  Hər  iki  gəncə 

gözaydınlığı  verdi.  Mənim  bu  addımımı  yüksək  qiymətləndi‐

rib,  səmimi  təşəkkürünü  bildirdi.  Son  sözləri  isə  bütün  zalda 

əyləşənlərin ayaqlar üstündə alqışlarına səbəb oldu: 

–  Bu gündən etibarən Əli Kipr adasının rum tərəfinin fəxri 

vətəndaşı elan olunur. Bu çəkic isə – əlində qızıl suyuna çəkil‐

miş çəkici göstərdi – bir simvoldur, iki xalq arasındakı qadağan 

sərhəddi – “Yaşıl xətti” – sizin dağıtmağınızı arzu edirəm. Tanrı 

öz  xoşbəxtlik  nemətindən  sizə  bol‐bol  versin.  Xoşbəxt  olun. 

(Ayaqüstə sürəkli alqışlar!). 

Səfir İoannis  Metaksas da Azərbaycan və Yunanıstan dost‐

luq  münasibətlərindən,  hələ  Bakıdaykən  mənim  təklifimi  rəğ‐

bətlə qarşıladığından sevinclə danışdı: 

–  Mən  çox  sevinirəm  ki,  bu  adanın  iki  xalqının  bütöv  və 

müstəqil  dövlət  yaratmaq  rüşeymlərini  bir  daha  öz  gözlərimlə 



364 

 

gördüm.  Burda  hər  iki  tərəfin  ziyalıları  və  siyasətçiləri  eyni 



sevinci bölüşürlər. Onda biz nəyi və kimi gözləyirik? Burdan o 

yanasını artıq onların öhdəsinə buraxırıq. İndi isə çox sevdiyim 

Azərbaycan  mətbəxini,  milli  adətlərini,  qonaqpərvərliyini,  mu‐

siqisini  eşitmək,  görmək  üçün  səbirsizlənirəm.  Gəlin  bu  toyun 

dadını çıxaraq və elə bu ziyafət stolları arxasındaca dini, siyasi, 

milli və digər iddialarımızı bir tərəfə qoyub gözəl Azərbaycanı‐

mızın qonağı olaq. (Sürəkli alqışlar!) 

İoannis Metaksasın sözləri, həm də rəsmi hissənin bitməsi 

kimi  səsləndiyindən,  milli  muğamlarımızın  həzin  ifasına  baş‐

lamaq barədə işarə verildi. 

Hamıdan çox mən sevinirdim. Səfir İoannis Metaksas toyun 

ortasında  məni  təbrik  edib  dedi  ki,  –  “Təbriklər,  çox  səmimi  və 

gözəl  toy  oldu!”.  Toydan  sonra  mərkəzin  həyətində  müxbirlər 

üçün  ayaqüstü  verilən  qısa  müsahibələr  və  toydan  görüntülər 

həmin  həftənin  ən  maraqlı  mətbuat  başlıqlarına  –  xəbərlərə  çev‐

rilmişdi. “Quşu düz gözündən – tam 12‐dən vurmuşdum”. Toyun 

möhtəşəm keçdiyinə sevinirdim, Rauf Denktaşla II Hrisostomosu 

bir  ziyafət  stolunda  birləşdirə  bildiyimə  sevinirdim,  səfir  İoannis 

Metaksasın səmimi  sevincinə  qoşularaq  sevinirdim, adanın  uzun 

illər üzləşdiyi mübahisə alovunun üstünə az da olsa su çilədiyimə 

sevinirdim,  Kipr  “sorunu”nu  da  Qarabağ  düyünü  kimi  açılmaz 

hala  salan  BMT,  Avropa  Şurası,  ATƏT  kimi  təşkilatların  icazəsi 

olmadan  bu  işə  baş  qoşduğuma  görə  sevinirdim,  Azərbaycanı 

ləyaqətlə  təmsil  etdiyimə  sevinirdim,  bu  əziz  gündə  bütün  sev‐

diklərimi  yanımda  gördüyüm  üçün  sevinirdim,  azəri  türkü  ol‐

maqdan  qürurlanaraq  sevinirdim...  Ümumbəşəri  düşünmək, 

problemə bəşər övladı prizmasından yanaşmaq daha müdhiş bir 

şeymiş.  Kaş  Qarabağ  münaqişəsinə  də  bu  prizmadan  yanaşan 

100‐150  erməni  və  azəri  ziyalı  tapılaydı,  qollarını  çırmalayıb  heç 

bir  tənə,  təzyiq  və  qadağalara  baxmadan  işə  girişəydilər.  Vallah, 

bu  ATƏT‐in  Minsk  qrupunun  yollarda  qalmış,  qarınotaran  nü‐



365 

 

mayəndələrindən minqat xeyirli olardı...  Nəysə, deyəsən siyasətə 



meylləndim.  Siyasət,  nifrət  etdiyim  ən  pis  peşə,  sənət  və  ya 

oyundur. Siyasət mənlik deyil. Amma bu xəbərin rəsmi dairələrdə 

necə qarşılanacağını heç düşünməmişdim. Bir təsəllim vardı – heç 

bir pis iş tutmamışdıq! 

On  gün  adada  kef  çəkdik.  Təkcə  Əlinin  qohumları  toyun 

sabahı  günü  Bakıya  qayıtmışdılar.  Bizim  “qaraçı  dəstəmiz” 

topa  ilə  gah  alış‐veriş  mərkəzlərinə,  gah  da  tarixi  abidələrə 

girib‐çıxırdı.  Şəhərə  ilk  gəlişim  zamanı  etdiyim  “çuşka”lıqlar‐

dan ötrü burnumun ucu göynəyirdi. 

Baysal‐Durna  və  Əli‐Elza  cütlüyü  Yunanıstana  “bal  ayı”na 

yollandılar.  Bizimkilər  Kipri  çox  bəyəndilər.  Girnə  qalasını  gə‐

zərkən Dilbər əvvəllər burada olduğumuzu ağzından qaçırmışdı. 

“Qaçırmışdı” deyəndə ki, Afət, burada Dilbərlə birgə olduğumu 

bilirdi. Qız ağlına gətirməmişdi ki, axı bunu demək bəlkə lazım 

deyil?  Çox  sadəlövhdür  mənim  “dəli  keçim”.  İndi  qadınlara 

Dilbər bələdçilik edirdi. Biz üç dost və Kənan isə bütün günü Ağ 

dənizin düzlü sularında günəşlənir, yeyib‐içir, gəzirdik. 

Rauf bəylə görüşəndə mənə dedi – “Rəhmətlik Elçibəyə ver‐

diyim  sözün  arxasında  duracağam,  səni  oxutmaq  mənə  qismət  

olmadı,    heç  olmazsa  oğlunu  Kiprdəki    universitetlərin  birində 

oxutmağı fikirləş – bütün təhsil haqqını öz üzərimə götürürəm”. 

Durduğumuz  yerdə  Kənanın  işi  də  düzəldi.  Elə  isti‐isti  yetkili 

adamlarla  əlaqə  saxlayıb  oğlumun  universitet  işini  həll  etdi. 

Kənan bu ildən Kipr Beynəlxalq Universitetində təhsil alacaqdır. 

Bakıya  kefi  kök  qayıtdıq.  Durnanın  yoxluğuna  uyğunlaş‐

mağa  başlamışdıq.  Həyatımızın  yelkənli  qayığı  xoşbəxtlik 

dənizində  öz  axarı  ilə  üzürdü.  Yalnız,  Afət  axır  vaxtlar  astma‐

dan yaman əziyyət çəkirdi, – dənizin rütubəti onu heydən‐hal‐

dan  tamam  salmışdı.  Öskürəyi  adamın  ətini  ürpədirdi.  Artıq 

aerozolsuz keçinmirdi. Bir tərəfdən də şəkər əhədini üzürdü... 

 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə