Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə115/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   111   112   113   114   115   116   117   118   ...   144

351 

 

Allah  rəhmət  eləsin  müdrik  qocaydı  –  110  yaşında  dünyasını 



dəyişdi. 

 

Yox,  ağlamaq  yaramaz!  Amma  doğrudan  da  itki  kimi  bir 



şeydi  qız  köçürmək.  Durna  evimizdəki  otağını  səliqəyə  salıb 

yığışdırmışdı. Bu gündən bu otaq sahibsiz qalacaq, evimi isidən 

xoş  gülüş,  mələk  nəfəsi  xeyli  azalacaq.  Qonaqların  yanına 

qalxdım. Bəylə gəlinin kəbinlərinin kəsilməsi mərasimi gedirdi. 

Budur  kəbin  kağızını  imzalayaraq  ər  və  arvad  elan  edildilər. 

Qızım  artıq  Baysalın  arvadı  (qızımın  timsalında  “arvad”  sözü 

çox kobud səslənirdi) hesab olunurdu. Xeyir‐dua vermək üçün 

mikrofonu  mənə  verdilər.  Sağımda  Zəhra,  solumda  isə  Sabirlə 

Afət  dayanmışdı.  Ağzımdan  “tökülən”  sözləri  sabahı  gün  to‐

yun videolentinə baxaraq yadıma salıb yazıram, çünki bu çıxış 

üçün  əvvəlcədən  heç  bir  hazırlıq  görməmişdim.  Qonaqları  sa‐

lamladıqdan sonra bunları demişdim: 

– Əziz qonaqlar, bu gün mənim ən yaxın dostum Nağının 

oğlu Baysal balamızın toyudur. Onun ömür‐gün yoldaşı olacaq 

gəlinimiz  isə  mənim  ciyərparəm  –  qızımdır.  Bu  gün  gözlərimi 

dolmuş görsəniz, elə bilməyin ki, bu, “ata qız toyunda ağlayar” 

məsəlindən  qaynaqlanır.  Siz  bunu,  mərhum  dostum  Nağının 

bu  gün  bizimlə  olmamasına  heyifsiləndiyimə  yozun.  Baxın, 

Baysalın atasının durmalı olduğu yerdə, digər dostumuz Sabir 

durub.  Baysal  həmişə  atasının  dostlarının  əhatəsində  olacağın‐

dan əmin ola bilər. Bunun ən rəsmi vədi kimi öz balamızı ona 

əmanət veririk. Qızım, sözüm sənədir... Bax gör ağ gəlinlik sənə 

necə yaraşır. Bəy evinə – öz evinə ağ paltarda gedirsən, oradan 

da ağ libasda (ağ kəfəni nəzərdə tutmuşdum) çıxacaqsan. Atan 

olaraq  sənin  halallığını  Baysala  mən  verirəm.  Bu  gündən  atan 

da, dostun da odur. Sənə, ona tabe olmağı tapşırıram, əgər haq‐

lı  sözündən  çıxsan,  haqqımı  sənə  halal  etməyəcəyimi  bəri  baş‐

dan  bilməyini  istəyirəm.  Əminəm  ki,  Baysal  da  bizlərin  ümi‐




352 

 

dini,  inamını,  əmanətini  qırmaz.  Çünki,  Nağı  kimi  bir  kişinin 



oğlu elə bizim tanıyıb bildiyimiz Baysal kimi olmalıdır. 

Sabir və Yaşar da evlənənləri təbrik edib öyüd‐nəsihət ver‐

dilər. Zəhra mikrofonu əlinə götürəndə həyəcandan əlləri əsir‐

di.  O,  bu  gün  çox  məğrur  və  qürurlu  idi.  Ana  nəsihəti,  xeyir‐ 

duası ilə cütlüyü təbrik etdi. Ən qısa “çıxış” isə Afətinki oldu – 

“Allah xoşbəxt eləsin” – deyib mikrofonu masabəyiyə qaytardı. 

Bizi  rəqsə  dəvət  etdilər.  Yaşar  da  ailəvi  bizə  qoşuldu, 

sonra bacımgil və Əli, daha sonra Nağının digər oğlanları, son‐

ra Kənan və Dilbər, gerisini görmədim – sevincimdən gözlərim 

dolmuşdu. Tanrım, səni and verirəm öz böyüklüyünə, sevənləri 

bir‐birindən ayırma! Qoy hamı əzizlərini  bir yerdə görməkdən 

qürurla göz yaşı axıtsın, göz yaşlarımızı dərd‐ələmə axıtma, ya 

Rəbbim! Rəqs etməyi bacarmırdım, ancaq sevdiklərimin yanın‐

da  körpə  uşaq  kimi  tullanıb‐düşməkdən  utanmazdım  –  əgər 

oynamağı  bacarsaydım  –  “utanmasan  oynamağa  nə  var  ki!”  – 

yaxşı məsəldir. 

Toy  möhtəşəm  keçdi.  Evlənənləri  yola  saldıq.  Qızımın  və 

Baysalımın  alnından  öpdüm.  Qızımın  əlini  öz  əlimlə  Baysalın 

ovcuna qoydum – öz əlimlə qızımı Baysala əmanət verdim. Ba‐

kıya – yeni mənzillərinə getdilər. Allah özü xoşbəxt, uğurlu, xe‐

yirlisindən  eləsin.  Qonaqları  evlərinə  yola  saldıq.  Əli,  Sabir  və 

Yaşar ailəliklə bu gün də bizi tək qoymadılar. Sabirlə Yaşar çox 

içmişdilər  –  20  yaşında  olduğu  kimi    şitlik  edirdilər.  Kənanla 

Əli  də  onlara  qoşulmuşdu.  Əslində  Kənanın  bacısızlıq  dərdini 

unutdurmaq,  məlum  kefsizliyinə  pərdə  çəkmək  istəyirdilər. 

Durnanın  otağını  açıb  içəri  boylandım  –  səssizliyin  uğultusu 

qulaqlarımı  dəldi.  Bədənim  gizildədi  –  buna,  “namusa  boğul‐

maq”  deyirlər.  Özümü  “arsızlığa”  qoydum  və  atam  demişkən 

“şitəngi”lərə  qoşuldum.  Saunanı  yandırıb  gecə  saat  3‐dək 

deyib‐güldük, sərxoş olanadək içdik. Dərd başqa, amma sevinci 




353 

 

dostlarla bölüşmək daha möhtəşəm bir şeymiş. Tanrı bizi sevin‐



cimizi bölüşməyə dostlarsız qoymasın. 

Bax  beləcə,  ailə  üzvlərimdən  birinin  sayı  “azaldı”,  azaldı 

ki,  sayımız  üç,  beş  dəfə  çoxalsın...  İndi  mən  nəvə  sorağınday‐

dım, indidən baba olmaq eşqinə düşmüşdüm. İnsan çox axmaq 

məxluqdur  –  qızını  köçürəndə  kədərlən,  sonra  da  nəvə  sora‐

ğında gözün saralsın, üzün sevinsin... Səhər evimizin qonaqları 

evlərinə dağılışandan sonra evdəki boşluq özünü hər addımda 

göstərirdi. Afət yerli‐yersiz hara başını salırdısa, çönəndə gözü‐

yaşlı  olurdu.  Soğan,  ət,  xörək,  sil‐süpür  işləri  indi  təkcə  onun 

boynunda idi, ən yaxın köməkçisi getmişdi. 

Axşam yatağa girəndə çox yorğun idi: 

–  Yox,  vallah  bacarmaram,  Durnasız  bacarmıram.  Qulağı‐

batmış, gic toyuq  kimi bütün günü öz‐özümə danışmışam, dəli 

olacağam, bir tədbir gör. Mən Durnasızlığa uyğunlaşa bilməyə‐

cəyəm. 

–  Nə  deyirsən,  indi  durub  sənə  qızmı  gətirək,  nədi‐nədi 



canım‐gözüm arvadım Durnasız qala bilmir? Keçəcək quzum, öy‐

rəşəcəksən. Uzağı iki‐üç günə alışacaqsan, hamı necə, sən də elə. 

Göz yaşlarını saxlaya bilmədi, sinəmə qısıldı. Başını qucaq‐

layıb  saçını  sığalladım.  “Mənim  Afətim  indi  nənə  olacaq, 

saçlarına  dən  düşəcəkdir”,  –  deyib  fikrini  dağıtmağa  çalışdım. 

Başını sinəmə qoyub yuxuya getdi. 

 

 

* * * 



 

...Yeməyimi  yeyib  işə  yollanmaq  üçün  eşiyə  çıxdım.    Əli, 

özünə  aldığı  təzə  “Lexus”  markalı  maşınında  məni  həyətdə 

gözləyirdi. Uğura inanan adamam, – Əliylə görüşdüyüm bütün 

sabahlarım uğurlu olub. Sevindim. Maşına minib yola düşdük. 

Yolboyu  Kiprdəki  işlərin  vəziyyətini,  gələcək  planlarımızı  mü‐

zakirə etdik. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə