2. Qadınların respublikasının sosial-mədəni və
ictimai-siyasi həyatında yeri və rolu
I
1920-1930, qismən də 1940-cı illərdə Azərbaycanda, o
cümlədən Naxçıvanda baş vermiş sosial-iqtisadi dəyişikliklər
qadınlara respublikanın iqtisadi və sosial-mədəni həyatında daha
yaxından iştirak etməyə şərait yaratdı, onların təhsil və mədəni
səviyyəsinin yüksəlməsinə, sosial-siyasi fəallağının artmasına
gətirib çıxardı. Sonrakı dövrdə Naxçıvan qadınları ictimai-siyasi
həyatda və mədəni quruculuqda ən fəal qüvvə kimi fəaliyyət
göstərirdilər. Naxçıvanda bu dövrlərdə ictimai-iqtisadi həyatın elə
bir sahəsi yox idi ki, orada qadın əlinin hərarəti, onun zəkasının
işığı hiss, edilməsin.Naxçıvan qadınlarının vəziyyətində baş verən
dəyişikliklərin' nəticəsi olaraq onlar nəinki ictimai istehsalda,
həmçinin respublikanın mədəni həyatında geniş təmsil olunmağa
başladılar. Qeyd edək ki, bu proses artıq Böyük Vətən
müharibəsindən sonrakı ilk illərdə geniş vüsət tapmışdı.
Müharibədən sonra mədəni-maarif müəssisələrinin üzərində
rəhbərliyi gücləndirmək, əhalinin durmadan artan mədəni
tələbatını ödəmək məqsədi ilə 1945-ci ilin ikinci yarısında bütün
müttəfiq və muxtar respublikaların nazirlər sovetləri yanında
nazirlik hüququna malik mədəni-maarif müəssisələri komitəsi
yarandı. Naxçıvanda Muxtar Respublikanın müvafiq komitəsi (ilk
sədr Nəcəf Tağızadə - S.A.), rayon icrayyə komitələri yanında isə
mədəni-maarif şöbələri fəaliyyətə başladı.
Müharibədən sonra Azərbaycan rəhbərliyi səviyyəsində qadın
ların xalq təsərrüfat sahələrinə, habelə mədəni quruculuq işlərinə
daha geniş cəlb olunması, qadın məsələlərinə diqqət yetirilməsi
məqsədi ilə bir sıra tədbirlər görüldü. 1945-ci ilin iyul ayında 16
sərhəd rayonunda, o cümlədən Naxçıvanın 6 rayonunda partiya
komitələri yanında qadınlar arasında iş aparan şöbə təşkil edildi.
1950-ci ildə Naxçıvan vilayət qadınlar şöbəsinin müdiri Əsgərova
idi. 1951-ci ildə onu Hacıyeva əvəz etdi [95, s. 1, iş 2058, bağlama
• •
162]. Ümumiyyətlə, 1950-ci illər Naxçıvanda qadın şöbələrinin
müdirlərinin tez-tez dəyişilməsi adi hal almışdı. Bir müddətdən so
nra Hacıyevanı S.Əliyeva əvəz etmişdi. 1953-cü ildə isə vilayət qa
dınlar şöbəsinin mııdiri F.Rzayeva idi. 1946-cı ilin iyulunda qadın
şöbələri müdirlərinin respublika müşavirəsi keçirildi. Müşavirənin
yekunlarına görə, Azərbaycan KP rəhbərliyinin xüsusi qərarı [56,
1945, 5 iyul №133] respublika qadınları arasında siyasi-mədəni iş
lərin daha da sürətləndirilməsinə, onların təhsilə və mədəni quru
culuğa daha geniş cəlb olunmasına, sosial fəallığının artmasına sə
bəb oldu.
1946-1947-ci illərdə respublikanın şəhər və rayonlarında gənc
qadınların konfransları keçirilmiş, bu konfranslarda gənc qadınlar
və qızlar arasında siyasi işin vəziyyəti, onların fəallığını artırmaq
barədə qərarlar qəbul edilmişdi. 1947-ci ilin oktyabrında Bakıda
keçirilmiş gənc qadınların III respublika qurultayı gənc qız və
qadınların respublikanın təsərrüfat, mədəni və ictimai-siyasi
həyatında rolunun artırılmasına böyük təkan verdi [2, 1947, 10
oktyabr].
Qadınlarının mədəniyyət sahələrinə cəlb edilməsinə o dövrdə
Azərbaycan və Naxçıvan rəhbərliyinin bu məsələyə aid qəbul et
dikləri qərar və sərənacamlarmm böyük təsiri oldu. Xüsusən,
AK(b)P MK-nın 1947-ci il sentyabrın 9-da «Respublikanın mədə
ni-maarif müəssisələrinin kadrlarla təminatı» haqqında məsələni
müzakirə edərək, xüsusi qərar qəbul etməsi, 1948-ci ilin noyabrın
da «Respublikada mədəni-maaif işçilərinin vəziyyəti və onu yaxşı
laşdırmaq tədbirləri haqqında» məsələyə xüsusi plenum həsr edil
məsi mədəni-maarif müəssisələri üçün qadın kadrların hazırlanma
sına, onlardan ən bacarıqlılarını mədəni-maarif müəssisələrində
rəhbərliyə irəli çəkilməsinə rəvac verdi, yerli partiya, sovet orqan
ları, həmkarlar komitələrinin bu məsələlərlə müntəzəm məşğul ol
malarını sür'ətləndirdi. Naxçıvan rəhbərliyinin müvafiq məsələlərə
dair qəbul etdikləri qərarlardan sonra Naxçıvan MSSR-də mədə
ni-maarif işləri getdikcə qüvvətləndi. 1948-ci ilin sonunda respub
likada 7 mədəniyyət evi, 37 klub, 19 kitabxana, 44 qiraət koması
var idi. Müharibədən sonrakı ilk üç ildə kolxozlarda 35 yeni klub
və qiraət koması tikilmişdi. Lakin onların ixtisaslı kadrlarla tə'min
olunması problem olaraq qalırdı. Naxçıvanın 136 mədəniyyət işçi
sindən cəmisi 2-nin ali təhsili, 22-nin natamam ali, 62-nin orta təh
sili var idi [56, 1948, 20 noyabr]. 1951-ci ildə Naxçıvanda dövlət
hesabına saxlanılan mədəni-maarif müəssisələrində 136 adam, o
cümlədən 90-na yaxın qadın çalışırdı [14, s.260, iş 332, v.64]. Təkcə
Ordubad rayon mədəni-maarif müəssisələrində çalışan 33 işçinin
20-si qadın idi [14, s.260, iş 305, v.8].
102
Mədəni-maarif sistemində fəal işləyən bir çox qadınlar bu
sahədə yüksək vəzifələrə irəli çəkilmişdilər. Məsələn, Lətifə
Məmmədova Naxçıvan şəhər mərkəzi kitabxanasına, Rəfiqə
Bağırova isə Ordubad rayon kitabxanasına müdir tə'yin edilmişdir
[14, s.260, iş 332, v.64]. 1940-cı illərin sonunda Naxçıvanda şəhər
mədəniyyət sarayı, dövlət kitabxanası, 62 klub, 22 kütləvi
kitabxana (130 min nüsxə kitab fondu ilə), dövlət teatrı,
Fılormoniya, 5 qəzet, 24 kino qurğusu mövcud idi. Bu
müəssisələrdə 35 dram, 25 xor, 28 musiqi dərnəyi fəaliyyət
göstərirdi [131]. Bu dərnəklərdə iştirak edənlərin, kitabxanaya
abunə yazılanların çoxu qadın idi. Qeyd edək ki, 40-50-ci illərdə
qadınların mədəni-maarif müəssisələrinə cəlb edilməsi nəticəsində
1957-ci
ildə
onlar bu
sahədə
işləyən
işçilərin
55%-ni,
kitabxanaçılarm isə 85%-ni təşkil edirdilər [56, 1957, 29 mart]. Bu
isə əslində çox mütərəqqi proses olub, qadınlarımızın qeyri-istehsal
sahələrinə daha geniş cəlb edilməsinin göstəricisi idi.
Müharibənin qurtarmasından sonra respublikada qadınların
təhsilə cəlb edilməsində bir sıra irəliləyişlər baş vermişdi. 1945-ci
ildə Naxçıvanda 180 məktəb, 3 texnikum, musiqi məktəbi,
müəllimlər institutu fəaliyyət göstərirdi. Təhsil alan 25478
şagirddən 11.500 nəfəri (təqribən 47,8%) qız idi [56, 1945, 30 aprel].
1949-cu ildə isə Naxçıvanda 29.000 şagirdin tə'lim-tərbiyəsi ilə
1.115 müəllim məşğul olurdu ki, onların 70%-i Ordubad Redaqoci
Məktəbinin və Naxçıvan Müəllimlər İnştitutunun yetirmələri idi
[131, 1949, №4]. 50-ci illərin sonlarında 1773 müəllimdən 528-i
qadın idi [34, s.39]. Naxçıvanda qadın təhsilinin inkişafında 1955-
ci ilə qədər fəaliyyət göstərmiş 2 №-li qız məktəbinin və onun di
rektoru Pəri İbrahimovanın mühüm xidmətləri olmuşdur.
■
Müəllimlərdən Səmənnaz Sadıqova SSRİ Ali Sovetinə, Məsmə
Talıbova Azərbaycan Ali Sovetinə, Pəri İbrahimova və Tovuz
Sadıqzadə isə Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdilər.
1950-ci il martın 10-da Naxçıvanın fəal qadınlarının respublika
müşavirəsində «Naxçıvan MSSR-da qadınlar arasında işin və
ziyyəti və onun yaxşılaşdırılması haqqında» məsələ müzakirə edil
miş və belə bir fakta diqqət yetirilmişdi ki, bu bölgədə hələ də qa
dınlara münasibətdə köhnə baxışlar, stereotiplər qalmaqdadır. On
ların hüquqları tez-tez pozulur. Hüquq mühafizə orqanları, xüsu
sən prokurorluq və məhkəmələr nigah-ailə haqqında sovet qanun-
103
I
Dostları ilə paylaş: |