Ölümlər həyatı dimdikləyirlər,
Qara gün ağ gündən sağ olmaq üçün;
Sonra da,
əzizim,
nə olacaq ki -
Məzar, sinəmizə dağ olmaq üçün.
Barmaqlar sözləri dimdikləyirlər,
Yaxşılıq - su ömrü qazansın deyə;
Sonra da,
əzizim,
nə olacaq ki -
Adamlar ellikcə qızınsın deyə.
Şeirlər günəşi dimdikləyirlər,
Dünya gecələr də nur olsun deyə;
Sonra da,
əzizim,
nə olacaq ki -
Ürəklər təzədən qurulsun deyə...
Moskva - Gəncə reysi,
dekabr, 1979-cu il
Səyavuş Sərxa n lı
---------------------------------------------------------------------------
s ö ?
------------------------------------------ Vətən, səslə oğlunu
ATA QƏBRİ
“Ata itirmək - dağ itirməkdir”.
Məmməd Arazın teleqramından
Düşürəm qatardan...
Qarşıma çıxan
Ata məzarının həsrəti olur.
Özünü bağrımın başına sıxan
Həsrətlə görüşmək çox çətin olur.
Nə bilim, nağıldı dünyanın işi,
Kimə doğan zaman, kimə batan gün.
Yola yaxın yerdə yatır o kişi
Addım səslərini eşitmək üçün.
Duma qatandı sinəmə enən,
Qəbiristan köz kimi,
qəbiristan soyuq...
Onun baş daşına qonub deyinən
Boz sərçə qədər də etibarım yox!
Gəlib qayıdıram... qonaqsayağı,
Bu dünya hay salıb, sinəmlə gedir.
Qoca anamla da görüşüm, axı,
Onunla başlanır, onunla bitir...
Ölərəm o ata alqışı üçün -
Daha nə danlamır, nə də öyməyir;
Gərməşov çubuqlu “naxışı” üçün
Bu meydan belimin yeri göynəyir!
Ona yaraşsaydım, Tanrım, nə dərdim!
Nə içdim o rəhmin yağışlarından?
«e?
Səyavuş Sərxa n lı--------------------------------------------------------
Ax... ölüb, yeddi qat yerə girərdim,
Bircə, o dilsizcə baxışlarından!
Dağtək söykənirəm o təmiz ada,
O var ki... dünyada bu gün mən varam;
Atasız böyüyən dostlarıma da
Mən indi dolan bir gözlə baxıram.
Ona qurban olum, min qurban olum,
Gözümdə gözləri yaşlanır indi;
Bir ata qəlbindən başlanan yolum -
Bir ata qəbrindən başlanır indi...
Şəmkir - Novruz bayramı,
mart, 1977-ci il
YAŞAMAQ DEYƏ
Cilovsa əlində dağ cığırları,-
Sıldırım dağlar da sənindir demək;
Yağırsa başından
dəli quşların
qıy-qışqırıqları,
çal-çağırları -
Bağçalar, bağlar da sənindir demək;
Düşüb uşaqlığın iziylə gələn,
Müdrik qocalığın gözüylə gülən
Həsrətli çağlar da sənindir demək;
Bir qız baxışını, dost itkisini,
Ata-anaların kövrək səsini
Yollara ehtiyat götür, götür sən,
Dayanma, duruxma, soruşma niyə -
& 2 Я
Yaşamaq deyə!
Dikdə şimşəklərin rəqsini görüb,
Dərənin köpürən sularına bax;
Göldə qovaqların əksini görüb,
Göydə dumaların qatarına bax;
Zirvədə sal buzdan güzgünü görüb,
Cadar düzənlərin qubarına bax.
Quc, quc təbiəti parça-parça sən,
İç, iç gözəlliyi marçamarçla sən,
Dayanma, duruxma, soruşma niyə -
Yaşamaq deyə!
------------------------------------------------------
Vətən, səslə oğlunu
Səfərə çıxmısan...
hələ nəyin var? -
Götür,
obaların ərkini götür!
Hələ ümidlərə isinməyin var -
Götür,
babaların kürkünü götür!
heyrətə qərq olub gəzinməyin var -
Götür,
duyğuları Kür kimi götür!
Demirəm bir quru sədaya dön sən,
Sevgi dənizində adaya dön sən,
Dayanma, duruxma, soruşma niyə -
Yaşamaq deyə!
Dolasın boynuma kənd
doqqazları,
Öpüm dönə-dönə kəhrizlərindən.
Obamın o qara, göyçək qızları
Keçsinlər billurluq dəhlizlərindən.
Alça ağacları
dümağ yaz qarı...
Uzağam səyahət pəhrizlərindən!
s ?
Səyavuş Sərxa n lı---------------------------------------------------------
Ayları, illəri səsləyirəm mən -
Körpətək çiynimdə daşımaq üçün.
Elə hey doğulmaq istəyirəm mən,
Bir ömrü
ömürtək yaşamaq üçün...
Şəmkir,
1965-ci il
HABİL “SEGAH” I
Dağların başında bir çəngə bulud
Bir çəngə
yolunmuş saça dönübdür;
Gözümün önündə adicə bir val
Hissləri qovuran saca dönübdür!
Sinələr söküldü gözümdə şan-şan,
Xallar -
keçmişlərə pəncərə kimi;
Kamana dönərək
bir qədim insan
Danışır öz qədim hekayətini.
Yerin qulaqları yenə kar olub,
Bu odu şimşəktək yerə ötürür.
Dünyada nə varsa,
bəstəkar olub.
Biri bəstələyir,
biri bitirir.
Ay batdı, gün doğdu,
yandı üfüqlər,
• S O ?
Vətən, səslə oğlunu
Orda ruhsuzların başı əzilmiş.
Kaman hönkürəndə
gördüm bir səhər
Şirindil çayların səsi kəsilmiş...
Hardasa mənzilə tələsdi qatar,
hardasa
bir hicran şaqqanaq çəkdi;
Elə sehrləri açdı ki, xallar -
Qəlbimi bir anda
yüz yana çəkdi.
Kaman nağıl dedi
qocalar təki,
Dedi ürəyini çox yandır hələ;
Arzuyla
Azadlıq arasındakı
Sərhəd dağlarında
tufandır hələ!
Hardasa bir eşqə gecikdi ürək,
Bir günahsız tale gör nəyə döndü;
Xallar töküldükcə
qaqqıltılartək,
Kaman yaralanmış dumaya döndü.
Dağların başında bir çəngə bulud
Bir çəngə yolunmuş saça dönübdür;
Gözlərim önündə
adicə bir val
hissləri qovuran saca dönübdür...
ЧС2?
Sumqayıt,
1968-ci il
Dostları ilə paylaş: |