SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə30/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   26   27   28   29   30   31   32   33   ...   116

64 
 
3. XV  əsrin  ikinci  yarısında  nisbətən  hərbi  toqquĢmaların  az  olması 
Təbrizin  iqtisadi  həyatının  inkiĢafına  imkan  yaratdı.  Nəticədə  sənətkarlıq  və 
ticarət də rövnəq tapdı. 
1474-cü  ildə  Təbrizdə  olmuĢ  Kontarini  yazır  ki,  Təbrizdə  ərzaq 
malları  çoxdur,  lakin  həddən  artıq  bahadır.  Çoxlu  bazar  vardır.  Hələbə  xeyli 
miqdarda ipək və hər cür mal aparan karvanların keçid yoludur [147]. Barbaro 
da Təbriz bazarında satılan bir sıra əmtəələrin qiymətini qeyd etmiĢdir [148]. 
Kontarini ġamaxı ilə Təbrizi müqayisə edərək yazır ki, ġamaxı Təbriz 
kimi  böyük  Ģəhər  deyildir,  lakin  hər  cəhətdən  ondan  yaxĢıdır,  burada  hər  cür 
ərzaq malları boldur [149]. 
1340-cı ildə ġamaxı qəsəbə olduğu və bütün ġirvanın illik gəliri 11,3 
tümən olduğu halda, Təbrizdən ildə 87,5 tümən, yəni ġirvanın illik gəlirindən 8 
dəfə  çox  gəlir  əldə  edilirdi.  XV  əsrin  ikinci  yarısında  Rusiya  ilə  Azərbaycan 
arasında ticarət münasibətlərinin geniĢlənməsi, Avropa tacirlərinin Rusiya yolu 
ilə, HəĢtərxan -Dərbənd - Bakı vasitəsilə ġamaxı ilə ticarət əlaqəsinə giriĢməsi 
bu  Ģəhərin  iqtisadi  tərəqqisinə  səbəb  olmuĢdu.  Əlbəttə,  bu  məsələdə  ġirvan 
ipəyinin  rolu  nəzərdən  qaçırıla  bilməz.  Bu  səbəblərə  görə  XV  əsrin  ikinci 
yarısında ġamaxı Ģəhəri Təbrizə nisbətən iqtisadi cəhətdən irəlidə gedirdi. 
Yuxarıda  qeyd  edilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  XIV 
əsrin  10-30-cu  illərində  Təbriz,  XIV  əsrin  sonu  -  XV  əsrin  əvvəllərində 
Sultaniyyə, XV əsrin ikinci yarısında ġamaxı ticarət sahəsində birinci dərəcəli 
rol oynamıĢdır. 
Sultan Yaqubun ölümü ilə (1490) feodal ara müharibələri kəskinləĢdi. 
Nəticədə Azərbaycanda 10 il ərzində 8 hökmdar dəyiĢdi. Bu müharibələrin əsas 
mərkəzi Təbriz Ģəhəri idi. Müharibələr nəticəsində əhali var-yoxdan çıxmıĢdı. 
1488,  1489-90-cı  illərdə.  Təbrizdə  iki  dəfə  vəba  xəstəliyi  yayılmıĢ,  nəticədə 
xeyli adam tələf olmuĢdu [150]. Yəhya Qəzvini Ağqoyunlu hökmdarı Əlvənd 
Mirzənin  hakimiyyəti  dövründə  (1497-1501)  Azərbaycanda  zülmün  və  vəba 
xəstəliyinin  nəticəsində  xeyli  adamın  ölməsi,  əhalinin  yoxsullaĢması,  bir 
hissəsinin isə vətənini tərk etmək məcburiyyətində qalması haqqında məlumat 
vermiĢdir [151]. 
Yuxarıda qeyd etdiklərimizi yekunlaĢdıraraq belə bir nəticəyə gəlmək 
mümkündür: XII əsrin sonu  - XIII əsrin əvvəlləri Təbriz üçün iqtisadi inkiĢaf 
mərhələsi olduğu  halda, XIII əsrin 30-50-ci  illəri tam tənəzzül,  60-90-cı  illəri 
isə  nisbətən  canlanma  dövrü  olmuĢdur.  XIII  əsrin  sonu  -  XIV  əsrin  əvvəlləri 
Təbrizin iqtisadi həyatında çiçəklənmə dövrü hesab oluna bilər. XIV əsrin 30-
cu  illərində  Elxanilər  dövlətinin  tənəzzülü,  feodal  ara  müharibələrinin 
kəskinləĢməsi  nəticəsində  Ģəhərin  iqtisadi,  təsərrüfat  həyatı  tam  tənəzzülə 
uğrayır,  hətta  XV  əsrin  sonuna  qədər  belə  Təbriz  XIV  əsrin  birinci  rübündə 
olan  səviyyəyə  yüksələ  bilmir.  XV  əsrdə  Təbrizin  iqtisadi  həyatında  nisbətən 
canlanma əmələ gəlirsə də, əsrin sonlarında Ģəhər tənəzzüd dövrü keçirir. 


65 
 
ġəhərin ictimai tarixi 
 
Təbrizin  əhalisi.  Təbriz  Ģəhərinin  əhalisinin  miqdarı  haqqında  dəqiq 
məlumat  yoxdur.  Orta  əsrlərin  siyahıyaalma  dəftərləri  hələlik  bizə  rast 
gəlməmiĢdir. Buna  görə  də  biz  ilk  mənbələrə  və  xarici  müəlliflərin  verdikləri 
məlumata əsaslanaraq əhalinin miqdarını təqribən də olsa müəyyənləĢdirməyə 
çalıĢacağıq. 
XI  əsrin  ortalarına  qədər  Təbrizii  xeyli  əhalisi  olmuĢdur.  Qətran 
Təbrizi də bunu təsdiq edir [152]. 1042-ci il zəlzələsi nəticəsində təxminən 40-
50  min  nəfər  tələf  olmuĢdur.  Bu  rəqəm  bir  qədər  ĢiĢirdilsə  də,  mübaliğəsiz 
demək  olar  ki,  həmin  dövrdə  Təbrizdə  100  min  nəfərə  qədər  əhali  olmuĢdur. 
Təbriz  ġəmsəddin  Eldənizin  (1136-1174)  hakimiyyəti  dövründə  paytaxt 
olduqdan  sonra,  Ģübhəsiz,  əhalisi  də  çoxalmıĢdı.  Akad.  Z.  M.  Bünyadov  bu 
dövrdə  Təbrizin  adını  əhalisi  100  mindən  artıq  olan  Ģəhərlər  sırasında 
çəkmiĢdir  [153].  Bu  məsələni  XIII  əsrin  əvvəllərində  yazılmıĢ  «Əcayib  əd-
dünya» əsərinin müəllifi də qeyd etmiĢdir. O yazır: «Bu vaxt Təbriz çox böyük 
Ģöhrətə  malik  Ģəhərə  çevrilir,  oraya  xeyli  əhali  toplaĢır»  [154].  Əlbəttə, 
Təbrizin paytaxt olması, ticarət karvan yolu üzərində yerləĢməsi, sənətkarlıq və 
ticarət  mərkəzinə  çevrilməsi  və  gözəl  təbii  Ģəraiti  orada  əhalinin  miqdarının 
artmasına  səbəb  olmuĢdur.  Lakin  XIII  əsrin  əvvəllərində  Cəlaləddin 
XarəzmĢah dövründə Təbriz əhalisi xeyli azalır. 1265-ci ildə Təbriz Abaqa xan 
dövrü  paytaxt  olduqdan  sonra  Ģəhərin  əhalisi  tədriclə  artmağa  baĢlamıĢdı. 
Arqun  isə  Təbrizin  qərbində  yerləĢən  «ġəm»  və  ya  «ġənb»  adlı  yerdə 
«Arquniyyə»  adlanan  Ģəhər  saldırır,  RəĢidəddin  həmin  dövrdə  Təbrizi  əhali 
çoxluğu cəhətdən Misirə, Arquniyyəni isə Qahirəyə bənzətmiĢdi [«155]. 
H.  671  (1272-1273)-ci  ildə  Təbrizdə  baĢ  verən  zəlzələ  nəticəsində 
xeyli  bina  dağılmıĢ,  [156]  çoxlu  adam  həlak  olmuĢdu.  Çox  keçmədən  Ģəhər 
yenidən abadlaĢır və əhalinin sayı artır. 1294-cü ildə RəĢidəddin Təbrizi əhalisi 
çox olan Ģəhər, Vəssaf isə  «Kiçik Misir» adlandırmıĢdır [157]. Həmin dövrdə 
Təbriz  qalasının  əhatəsi  6  min  addım  idi.  Qazan  xan  əhalinin  çoxalmasını 
nəzərə  alaraq  onu  24  kilometrə  çatdırdı.  Qazan  xan  Təbrizə  hasar  çəkdirənə 
qədər neçə min ev Ģəhərin hasarı xaricində yerləĢirdi. Bu da orada əhalinin nə 
dərəcədə  çoxaldığını  göstərir.  Qazan  xan  dövründə  Ģəhərin  sahəsi  Həmdullah 
Qəzviniyə görə 4 dəfə, Vəssafa  görə 54 min addım (4,5 fərsəng), yəni 9 dəfə 
artdı.  Təbriz  əhatəsinin  6  min  addım  (6  km)  olub,  oranın  əhalisinin  sayını  60 
min nəfər nəzərə alsaq, bu hesabla Qazan xan dövründə onun sahəsinin 9 dəfə 
böyüdüyünü  və  550-600  min  nəfər  yaĢadığını  ehtimal  etmək  olar.  Təbrizin 
hasarı daxilində RəĢidəddin tərəfindən saldırılmıĢ Rəb-i RəĢididə 30 min ev var 
idi  [158].  Hər  evdə  orta  hesabla  3  nəfərin  yaĢadığını  nəzərə  alsaq,  orada 
təqribən  90  min  nəfər  əhali  yaĢadığını  ehtimal  etmək  olar.  ġam  Qazan  da 
Ģəhərcik idi. Orada da müəyyən qədər əhali yaĢayırdı. Bütün bunlar XIV əsrin 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə