SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə26/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

56 
 
çağırarkən  10-15  gün  ərzində  əmirlərinə  20  min  dəst  qumaĢ  paltar 
bağıĢlamıĢdı.  RəĢidəddin  yazır  ki,  sonralar  da  Qazan  xan  əmirlərinə  çoxlu 
paltar  hədiyyə  etmiĢdi.  Lakin  xəzinədən  heç  vaxt  paltar  əksilmirdi.  Elə  gün 
olmurdu ki, onun xəzinəsindən 100, 200, 300 dəst paltar çıxmasın [93]. QumaĢ 
paltarlar  o  qədər  qiymətli  sayılırdı  ki,  xəzinəyə  daxil  olarkən  onları 
möhürləyirdilər ki, dəyiĢməsinlər [94]. 
Elxani  hökmdarları  əcnəbi  tacirləri  ölkəyə  cəlb  etmək  məqsədilə 
onlara  bir  sıra  güzəĢtlər  verirdilər.  Marko  Polo  1295-ci  ildə  Təbrizdə  olarkən 
venetsiyalılar Xəzər dənizində gəmiçilik imtiyazı almıĢdılar [95]. 1320-ci ildə 
isə  Venetsiya  tacirləri  Əbu  Səid  ilə  ticarət  müqaviləsi  bağlamağa  nail 
olmuĢdular. Müqaviləyə əsasən Venetsiya tacirləri Ġran və Azərbaycanda azad 
surətdə  istədikləri  yerə  gəlib  ticarətlə  məĢğul  ola  bilərdilər.  Onlar  gömrük 
haqqından  baĢqa  bütün  vergilərdən  azad  edilmiĢdilər.  Əbu  Səid  öz  ölkəsində 
olan bütün dövlət məmurlarına göstəriĢ vermiĢdi ki, venetsiyalıların tacirlərinə 
və  ticarət  karvanlarına  yardım  etsinlər;  yollarda  müxtəlif  bəhanələrlə  onların 
qarĢısını  kəsməsinlər,  lazım  gəldikdə  təhlükəsizliklərini  təmin  etmək  üçün 
onlara  adamlar  qoĢsunlar.  1324-cü  ildə  Venetsiyadan  Təbrizə  konsul  gəlir  və 
Venetsiya  tacirləri  tədricən  Təbrizdə  ticarət  kontorları  təĢkil  edirlər.  Bu  kimi 
ticarət  müəssisələrinin  sayı  o  qədər  çox  idi  ki,  hətta  1328-ci  ildə  həmin 
kontorların iĢini yoxlamaq üçün Venetsiyadan Təbrizə xüsusi müfəttiĢ gəlmiĢdi 
[96]. 
Daxili  və  xarici  ticarətin  inkiĢafı  nəticəsində  Təbrizdən  toplanılan 
tamğa vergisi hesabına əldə edilən illik gəlirin miqdarı da xeyli artmıĢdı: 1340-
cı  ildə  bütün  Azərbaycandan  toplanılan  209  tümən  gəlirin  115  tüməni  (yəni 
yarıdan çoxu) Təbriz və onun ətraf nahiyələrinin hesabına idi. Bu, yalnız tamğa 
vergisi idi. Həmin verginin 87,5 tüməni Təbriz Ģəhərinin özündən toplanmıĢdı. 
Bu rəqəmdən aydın olur  ki,  sənətkarlıq və ticarətdən toplanılan  vergi divanın 
əsas gəlirini təĢkil edirdi [97]. 
Təbrizdə  ticarətin  Azərbaycanın  digər  əyalət  və  Ģəhərlərinə  nisbətən 
daha  çox  inkiĢaf  etməsini  baĢqa  bir  müqayisə  ilə  də  göstərmək  olar.  1340-cı 
ildə  Muğan  və  Arran  vilayətlərindən  30  tümən  3  min  dinar,  GüĢtasfi  və 
Arrandan 11 tümən 7500 dinar, Ərdəbil, Xalxal, MeĢkin, Əhər, Kəleybər, Xoy, 
Xiyov, Salmas, Urmiya, UĢnuyə, Sarab, Miyana, Kərmrud, Marağa, Dexarqan, 
Nilan,  Mərənd  (vilayəti  ilə  birlikdə)  və  Dizmardan  götürülən  gəlir  cəmi  93 
tümən 8400 dinar olduğu halda [98], yalnız Təbrizdən 87,5 tümən [99] və  ya 
bütün  Azərbaycan  mahalından  olan  illik  gəlirdən  4  tümən  3400  dinar  az 
mədaxil  əldə  edilmiĢdi.  1336-cı  ildə  Bağdaddan  götürülən  gəlir  Təbrizə 
nisbətən üç dəfə az, yəni 30 tümən [100] idi. 
Abdulla  Mazandaraninin  verdiyi  məlumata  görə  1340-cı  ildə  Təbriz 
Ģəhərindən  288,  1000  dinar  və  ya  288  tümən  gəlir  götürülmüĢdür  ki,  onun  1 
milyon dinarı  və  ya  100 tüməni böyük tamğa, ipək ticarətindən, qoyun dərisi 


57 
 
alverindən,  qapan  haqqından,  qalan  188,1000  dinarı  isə  ticarətin  digər 
sahələrindən əldə edilmiĢdir [101]. Ətraf nahiyələrdən isə  407 min dinar gəlir 
olmuĢdur  [102].  Həmdulla  Qəzvini  ilə  Abdulla  Mazandaraninin  gətirdiyi 
rəqəmlər  arasında  xeyli  fərq  vardır.  Bizcə,  Həmdulla  Qəzvininin  rəqəmləri 
həqiqətə  daha  yaxındır.  Mazandarani  Təbrizdən  toplanılan  vergilərin  dəqiq 
siyahısını  versə  də,  rəqəmlərin  çoxunu  özündən  uydurmuĢdur.  Həmdullah 
Qəzvini isə bir müddət Təbrizdə olmuĢ, bir peçə dəfə ölkənin camiül-hesabını 
(maliyyə haqq-hesabının yekununu - S. O.) yoxlayıb yazmıĢdır [103]. 
Abdulla  Mazandarani  də  əsasən  Təbrizdə  boya-baĢa  çatmıĢdı.  Lakin 
onun müstofi iĢləməsi barədə əlimizdə heç bir məlumat yoxdur. Hər iki müəllif 
demək olar ki, eyni dövrdə yaĢamıĢdır. Digər faktlar da Həmdullah Qəzvininin 
göstərdiyi  rəqəmlərin  düzgün  olduğunu  təsdiq  edir.  1295-ci  ildə  Ġranın  ildə 
1700 tümən (Vəssafa görə, 1800 tümən), Qazan xan dövründə isə 2100 tümən 
gəliri  olmuĢdur.  Lakin  1340-cı  ildə  həmin  rəqəmin  yarısı  qədər  gəlir  əldə 
edilmirdi  [104].  Abdulla  Mazandarani  özü  də  1340-1360-cı  illərdən  söhbət 
açarkən  yazır:  «KeçmiĢdə  vergilərin  toplanılması  qaydası  haqqında  qanun 
verildiyi halda, indi ayrı-ayrı vergi toplayan amillər (məmurlar - S. O.) istədiyi 
kimi vergi alırlar». [105]. 
XIV  əsrin  40-60-cı  illərində  ölkədə  hərc-mərclik  hökm  sürürdü. 
Elxani dövləti tənəzzülə uğramıĢ, hakimiyyət uğrunda feodal ara müharibələri 
geniĢlənmiĢdi  [106].  Belə  bir  vəziyyət  Azərbaycanın  iqtisadi  həyatına,  o 
cümlədən  ticarətinə  ağır  zərbə  endirmiĢdi.  Ölkə  belə  bir  vəziyyətdə  ikən 
Həmdullah Qəzvini 1340-cı ildə yalnız tamğa hesabına Təbriz Ģəhərindən 87,5 
tümən gəlir əldə edildiyini bildirir. Abdulla Mazandarani isə ölkənin tənəzzülü 
dövründə  bu  rəqəmi  ĢiĢirdirilmiĢ  Ģəkildə,  yəni  1340-cı  ildə  Təbriz  Ģəhərindən 
288,1  tümən,  Həmdullah  Qəzvininin  divan  dəftəri  əsasında  qeyd  etdiyi 
rəqəmdən  200,5  tümən  və  ya  təqribən  üç  dəftə  artıq  qeyd  etmiĢdir.  Bu  da, 
əlbəttə, inandırıcı deyildir. Buna görə də «Risale-yi Fələkiyyə» əsərinə istinad 
edən  ġirin  Bəyaninin  XIV  əsrin  40-60-cı  illərində  Təbrizin  iqtisadi  inkiĢafı  
haqqında  fikir  söyləməsi  tamamilə  səhvdir.  Bu  da  onun  mənbələrə  tənqidi 
yanaĢmamasından irəli gəlmiĢdir [107]. 
XIV  əsrin  20-30-cu  illərində  Təbrizdə  olmuĢ  avropalıların 
məlumatları  da  Təbrizin  ticarətdə  tutduğu  mövqeyi  müəyyən  etmək  üçün 
əhəmiyyətlidir.  1321-ci  ildə  Ġtaliyanın  Perdenon  Ģəhərindən  Təbrizə  gəlmiĢ 
Odorik  (1286-1331)  yazır:  «Təbriz  Ģahanə  Ģəhərdir.  Ticarət  baxımından 
dünyada Təbrizdən yaxĢı Ģəhər yoxdur. Çünki yer üzündə elə mal tapılmaz ki, 
Təbriz  anbarlarında  həmin  maldan  olmasın.  ġəhərin  yerləĢdiyi  mövqe  də  çox 
yaxĢıdır.  Ona  görə  ki,  dünyanın  hər  yerindən  adamlar  ticarət  üçün  oraya 
gəlirlər.  Təbrizdə  yaĢayan  xristianlar  mənə  dedilər  ki,  Ģahın  bu  Ģəhərdən  əldə 
etdiyi gəlir Fransa kralının Fransadan əldə etdiyi gəlirdən çoxdur»[108]. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə