SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə22/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

48 
 
gəliri 2 min tümən olduğu halda, 1340-cı ildə 209 tümənə enmiĢdi. Atabəylərin 
hakimiyyəti  dövründə  ildə  Arrandan  300  tümən,  1340-cı  ildə  isə  30  tümən  3 
min dinar, yəni 10 dəfə az vergi toplanmıĢdı. ġirvanın mədaxili 100 tüməndən 
11 tümənə enmiĢ, yəni təqribən 9 dəfə azalmıĢdı [38]. 
ġübhəsiz, belə  bir vəziyyət  Təbriz  Ģəhərinin də  iqtisadi həyatına  ağır 
təsir göstərmiĢdi. Sultan Cəlaləddin XarəzmĢahın hakimiyyəti dövründə ticarət 
yolları daha təhlükəli vəziyyətə düĢmüĢdü.    Tacirlərin gediĢ-gəliĢi kəsilmiĢdi. 
H.  624  (1226-27)-cü  il  hadisələrindən  bəhs  edən  ibn-əl-Əsir  yazır:  «Ġvaiyyə 
türkman tayfa baĢçıları Xoy əhalisindən xərac aldıqdan sonra... Təbriz ətrafında 
ticarət  karvanını  qarət  edib, onların  çoxlu  pul  və  parçalarını  talam  etmiĢdilər. 
Ərzrumdan qoyun alıb Təbrizə aparan tacirlərin qarĢısını kəsib, 20 min baĢdan 
ibarət  qoyunlarını  almıĢdılar.  Tacirlərdən  qəsb  olunmuĢ  saysız-hesabsız 
qənimətlər  içərisində  çoxlu  arĢın  malı  var  idi  ki,  bunların  bir  qismi  hələ  də 
açılmamıĢ  taylarda  dururdu»  [39].  Hətta  vəzirlərin  özləri  də  qarətlə  məĢğul 
olurdular.  Cəlaləddinin  vəziri  ġərəf  əl-Mülk  ġamdan  Azərbaycana  gəlmiĢ  70 
nəfərdən  ibarət  Ġsmaililərin    ticarət  karvanını    qarət  etdirib,    özlərini 
öldürtdürmüĢdü   [40].   Belə    bir   soyğunçuluq    ticarətin   inkiĢafına  ağır 
zərbə  vururdu:  ĠĢ  o  yerə  çatmıĢdı  ki,  Təbrizin  illik  gəliri  Sultan  Cəlaləddinin 
atlarının  yem  puluna  belə  çatmırdı.  Təbrizdə  olan  xassə  torpaq  və  əmlakdan 
heç  bir  gəlir  mümkün  deyildi.  Xoy  Ģəhəri  kimi  Təbriz  də  xarabalığa 
çevrilmiĢdi.  Nəsəvi  sözünə  davam  edərək  yazır  ki,  ağır  və  fəlakətli  vəziyyət 
yaranmıĢdı.  Halbuki  əvvəllər  yalnız  Kuzekonan  qəsəbəsi  xəzinəyə  daha  çox 
gəlir verirdi [41]. 
Ġbn əl-Əsir XII əsrlə XIII əsrin 20-ci illərini müqayisə edərək yazırdı 
ki,  Atabəy  Cahan  Pəhləvan  (1172-1186)  və  ondan  qabaqkı  hökmdarlar 
dövründə  Azərbaycan  və  Arranın  mal-dövləti  və  əhalisi  çox  idi...  Sultan 
Cəlaləddinin dövründə isə bu vilayətlər xarabalıqa çevrildi [42]. 
Monqollar  üç  dəfə  Təbrizə  hücum  etdilər.  Təbrizlilər  onlara 
hədiyyələr  verməklə  Ģəhərin  talan  edilməsinin      qarĢısını  aldılar  [43].  Bu 
vəziyyət  digər  Ģəhərlərə  nisbətən  Təbrizin  abad  qalmasına  səbəb  oldusa  da, 
onun  daxili  və  xarici  ticarətinə  ağır  zərbə  endirdi.  Çünki  digər  Ģəhərlərlə 
iqtisadi əlaqəyə girmədən heç bir Ģəhər daxili və xarici ticarətini inkiĢaf etdirə 
bilməz.  Elxani  hökmdarları  ilə  Qızıl  Orda  xanları  arasında  gedən  ardıcıl 
vuruĢmalar da ticarət yollarının bərbad hala düĢməsinə səbəb olmuĢdu. Hülakü 
xanın hakimiyyəti dövründə Təbriz ilə Marağada Qızıl Orda hökmdarı Bərəkə 
oğlunun    (1256-1266)  adamları  istədikləri  kimi  hərəkət  edirdilər.    Bərəkə 
oğlunun Təbrizdəki ticarət nümayəndələri   (ortaqan)   oradakı  mühüm  ticarət 
sahələrini  öz  əllərinə  keçirmiĢdilər.  Onlar  ticarətdə  Ģərik  olmaq  üçün  yerli 
Təbriz tacirlərinə böyük məbləğdə pul vermiĢdilər. 1264-cü ildə həmin ortaqlar 
cəzalandırılır,  onların  malları  və  verdikləri  borc  pullar  isə  Təbriz  tacirlərinə 
qalır.  Bərəkə  oğul  da  həmin  ildə  Təbrizdən  Qızıl  Orda  ölkəsinə  mal  aparıb 


49 
 
satan  tacirləri  öldürtdürür.  Beləliklə,  Təbrizin  daxili  və  xarici  ticarətinə  ağır 
zərbə  endirilir.  Yalnız  Keyxatunun  (1291-1295)  hakimiyyəti  dövründə 
Elxanilər ilə Qızıl Orda  Ģəhərləri arasında ticarət  münasibətləri müvəqqəti də 
olsa  qaydaya  düĢür.  Vəssaf  həmin  dövrdə  Arran  ərazisindən  çoxlu  miqdarda 
ticarət  karvanı  keçməsindən  bəhs  edərək  yazır:  «Arabaların,  qulların,  at  və 
qoyunların çoxluğundan Arran ərazisi təlatümə gəlmiĢdi. Bir müddət fasilədən 
sonra yenə də tacirlər zərif mallar satmağa baĢladılar» [44]. 
Keyxatunun hakimiyyəti dövrünə qədər ölkədə ticarət tənəzzül dövrü 
keçirirdi. BaĢqa karvan yollarında da ticarətin vəziyyəti ağır idi. Hələ Arğunun 
hakimiyyəti dövründə (1286-1291) Kenuya tacirləri ona müraciət edərək ticarət 
yollarının  qaydaya  salınmasını  və  Ġran  körfəzində  liman  düzəldilməsini  xahiĢ 
etmiĢdilər [45]. 
Təbriz  sənətkarlarının  hazırladıqları  malların  dövlət  tərəfindən  bazar 
qiymətindən  aĢağı  qiymətə  alınması  da  ticarətə  ağır  zərbə  endirirdi.  Bundan 
əlavə müxtəlif adlar altında alınan vergilər: tamğa [46], bac və sair ticarətin və 
sənətkarlığın inkiĢafına maneçilik törədirdi. Hələ Abaqa xan dövründə (1265-
1282)  ayrı-ayrı  Ģəhərlərdə  tamğaçı  təyin  edilir,  sənətkar  və  tacirlərdən  tamğa 
vergisi  alırdılar.  Həmin  dövrdə  Əmir  Əli  Təbriz  tamğaçısı  təyin  olunmuĢdu 
[47]. Bundan əlavə, Təbriz Ģəhnəsi Narduy Axtaçı sənətkar və tacirlərdən zorla 
vergi alırdı [48]. 
H.  641      (1243-44)-ci  ildə  Mankfulad  Təbriz  sənətkarları  üzərində 
basqaq  [49]  təyin  edilmiĢdi.  Sənətkarlardan  alınan  verginin  miqdarı  o  qədər 
çox  idi  ki,  onlar  vergi  verməkdən  imtina  edirdilər  [50].  H.  642  (1244-45)-ci 
ildə  ġərəfəddin  Xarəzmi  vergi  toplamaq  üçün  Təbrizə  göndərilmiĢdi.  O, 
Bəqayaye-mal  (keçmiĢdən  qalan  vergiləri)  adilə  əhalidən  zorla  vergi  tələb 
edirdi.  Cəmaləddin  Əli  TəfreĢi  ona  müavin  (nayib)  təyin  olunmuĢdu.  Onlar 
əhaliyə  zülm  etməkdə  əlbir  idilər.  Cüveyni  yazır  ki,  ġərəfəddin  Təbrizə 
getdikdən  sonra  ötən  illərin  hesabına  əhali  üzərinə  çoxlu  vergi  qoydu. 
Xondəmir  qeyd  edir  ki,  nəticədə  Təbriz  və  bir  sıra  digər  Ģəhərlərin  əhalisinin 
vəziyyəti  xeyli  ağırlaĢdı  [51[.  ġərəfəddin  Xarəzmi  və  Cəmaləddin  Əlinin 
Təbriz  əhalisinə  zülmü  barədə  dövrün  Ģairi  Zəccaci  bir  beyt  Ģer  yazmıĢdır. 
Sonuncu beytinin tərcüməsi belədir: 
Bir adam göyə də uçsa, səndən canını qurtara bilməz [52].  
Cüveyni  Mankfuladın  Təbriz  əhalisinə  zülmünü  belə  təsvir  edirdi. 
«Təbriz müsəlmanları, hətta rəis, Ģeyx, varlı, yoxsul, cavan və qocalar üzərində 
həddən artıq vergi qoyulmuĢdu. ġəri baxımdan dul qadın və yetim uĢaqlardan 
vergi  alınması  nəhy  (qadağan)  edildiyi  halda,  onlardan  da  vergi  alınırdı. 
ġəhərdə  qadın  və  yetim  uĢaqların,  məzlum  və  yoxsulların  ah-naləsi  göylərə 
ucalırdı. Hər küçədə iĢgəncə, hər evdə yad bir adam-vergi yığan məmur var idi. 
Aman və möhlət vermədən onlardan qızıl tələb edirdilər. QardaĢ-qardaĢın, ata-
oğulun  dərdini  çəkə  bilmirdi».  Nəhayət,  Əmir  Arqunun  əmrilə  h.  647  (1249-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə